Keçid linkləri

2025, 20 İyun, Cümə, Bakı vaxtı 11:10

Gəncədəki «Qatır Məmməd» adıyla tanınan ticarət mərkəzi sökülür


Dekabrın 5-də Gəncənin «Qatır Məmməd» adıyla tanınan ən iri ticarət mərkəzinin sökülməsinə başlanıb. On ildən çoxdur ki, Gəncə çayının sağ sahilində yerləşən yarmarkada 1700-dən çox adam çalışırdı. Şəhər İcra Hakimiyyətindən bildirirlər ki, Gəncə Dövlət Universitetinin binası qarşısında yerləşən yarmarka həm antisanitariya, həm də gediş-gəliş üçün maneə yaratdığı üçün köçürülməsi qərara alınıb.


Mərkəzin «Yeni Cəncə» yaşayış massivinə köçürülməsi nəzərdə tutulur. Bunun üçün ötən ildən yer də ayrılıb.


«Qatır Məmməd» mərkəzinin rəhbəri Əli İsmayılov isə köçürülməylə bağlı narazı qalanların hamısının yeni yarmarkada yerlə təmin olunacağını bildirir. Köhnə ticarət mərkəzinin yerində isə bulvar salınacaq.


XS
SM
MD
LG