Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:50

ANS-in bağlanmasına parlamentdə aydınlıq gətirilməsi təklif olundu


Deputatlar MTRŞ sədrinin parlamentə gəlməsinin zəruri olduğunu bildirirlər
Deputatlar MTRŞ sədrinin parlamentə gəlməsinin zəruri olduğunu bildirirlər

Milli Televiziya və Radio Şurası (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli ANS-lə bağlı baş verənlərə parlamentdə aydınlıq gətirməlidir. Bu barədə bəzi millət vəkilləri dekabrın 5-də Milli Məclisin iclasında məsələ qaldırıb.


Müsavatın deputat qrupundan Nəsib Nəsibzadə isə ANS-in bağlanmasını tək azad sözə qarşı deyil, eyni zamanda, fərqli fikrə hücum kimi qiymətləndirib. Məsələyə münasibət bildirən digər deputatlar da MTRŞ sədri Nuşirəvan Məhərrəmlinin məsələyə aydınlıq gətirmək üçün parlamentə gəlməsinin zəruri olduğunu bildiriblər.


Milli Məclisin sədri Oqtay Əsədov isə ANS-lə bağlı problemin artıq araşdırıldığını deyib. Spiker adıgedən televiziyanın həqiqətən də MTRŞ-la işini düzgün qurmadığını bildirib: «Problemlər mövcuddur, amma məsələni siyasiləşdirmək lazım deyil».


MTRŞ-ın qərarı ilə noyabrın 24-də ANS TV və ANS ÇM-in fəaliyyəti dayandırılıb və onların tezliyinin alınması üçün müsabiqə elan olunub.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG