Azərbaycan futbol yığmasının baş məşqçisi Şahin Diniyevin AFFA ilə imzaladığı müqavilənin müddəti noyabrın son günündə başa çatıb. Hələlik müqavilə müddətinin uzadılmasına dair rəsmi sənəd ortada olmasa da, AFFA-dan verilən məlumatlara görə, artıq razılıq əldə olunub. Diniyevin seçmə mərhələnin sonuna qədər yığmaya rəhbərlik edəcəyinə dair müqavilə AFFA prezidenti Ramiz Mirzəyev ölkəyə qayıdandan sonra rəsmiləşəcək.