Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:57

ATƏT-in Qarabağ danışıqları ilə bağlı yeni bəyanatı gözlənir


Oskanyan ən problemli məsələlər barədə razılaşmanın mümkünlüyünü deyir
Oskanyan ən problemli məsələlər barədə razılaşmanın mümkünlüyünü deyir

Dağlıq Qarabağ münaqişəsinin həlli üçün aparılan danışıqlarla bağlı ATƏT-in ayrıca bəyanatla çıxış edəcəyi gözlənilir. Ermənistanın Xarici İşlər naziri Vartan Oskanyan bu barədə «Azadlıq» radiosunun erməni redaksiyasına məlumat verib. Onun sözlərinə görə, sənədin mətni hazırda Azərbaycan və Ermənistan tərəfi ilə razılaşdırılır. Bu bəyanatda iki ölkə prezidenti arasında gedən danışıqlarda irəliləyişin qeyd olunacağı və müzakirələri davam etdirməyin tövsiyə ediləcəyi gözlənir.


Cənab Oskanyan həmçinin Azərbaycan və Ermənistan prezidentlərinin ötən həftə Minskdə baş tutan görüşünün münaqişənin həllinə ümid verdiyini və ən problemli məsələlər barədə razılaşmanın mümkünlüyünü deyib.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG