Afina Olimpiadasının qalibi, zədə üzündən uzun müddət idmandan kənarda qalan güləşçi Fərid Mansurova həkimlər axır ki, məşq etməyə icazə verib.
Bir neçə gün əvvəl Almaniyadan qayıdan Fərid ilk vaxtlarda məşqdə özünü çox yükləməməlidir. O, məşqçilər məsləhət bilərsə, ölkə çempionatına qatılacağını da bildirib.