Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:31

«Siyasi partiyalar haqqında» qanunun dəyişdirilməsi üçün beynəlxalq təcrübə öyrənilir


«Siyasi partiyalar haqqında» qanuna əlavə və dəyişikliklər parlamentin müzakirəsinə 2007-ci ilin axırında çıxarılacaq». Bunu Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev parlamentin bir illik fəaliyyəti ilə bağlı dekabrın 1-də keçirilən mətbuat konfransında bildirib.


Cənab Mirzəyev deyib ki, hazırda «Siyasi partiyalar haqqında» qanunun dəyişdirilməsi üçün ekspertlər beynəlxalq təcrübəni öyrənirlər. İlk növbədə partiyaların maliyyələşməsi, qeydiyyatı və sair bu kimi məsələlərə diqqət yetirilir. Məqsəd Azərbaycanda partiya quruculuğunu Avropa standartları səviyyəsinə qaldırmaqdır.


XS
SM
MD
LG