Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 07:56

ABŞ və müttəfiqləri Rusiyaya qarşı vahid cəbhədən çıxış edəcəklər


ABŞ dövlət katibi Entoni Blinken yanvarın 20-də Berlində Britaniya, Almaniya və Fransa xarici işlər nazirləri ilə danışqılarından sonra mətbuat konfransı keçirib
ABŞ dövlət katibi Entoni Blinken yanvarın 20-də Berlində Britaniya, Almaniya və Fransa xarici işlər nazirləri ilə danışqılarından sonra mətbuat konfransı keçirib

Dörd ölkənin xarici siyasət idarələrinin başçıları bir daha münaqişənin diplomatik yolla həllini istədiklərini təsdiqləyiblər

ABŞ və onun Avropa müttəfiqləri Ukraynanın dəstəklənməsi və Rusiyanın bu ölkə üzərinə təcavüzdən geri çəkilməsi üçün ona təzyiq göstərilməsi məsələsində vahid cəbhədən çıxış edəcəklər.

Bu barədə bəyanatı Berlində Almaniya, Britaniya və Fransa xarici işlər nazirləri ilə dördtəfəli danışıqlarından sonra ABŞ dövlət katibi Entoni Blinken deyib.

Blinken yanvarın 20-də keçirilən bu görüşdən sonra bəyan edib ki, Rusiyanın Ukrayna ərazisinə yeni müdaxiləsi təqdirində ABŞ və onun müttəfiqləri yekdil və sərt cavab verəcəklər.

ABŞ rəsmiləri “yeni müdaxilə” deyərkən Rusiya qoşunlarının Ukrayna sərhədini hər hansı şəkildə keçməsini nəzərdə tuturlar.

Blinken habelə qeyd edib mki, Rusiya Ukraynaya birbaşa müdaxilənin əvəzində təcavüzün başqa vasitələrinə, məsələn kiberhücumlara əl ata bilər. Dövlət katibi vurğulayıb ki, müttəfiqlər belə hücumlara da cavab verəcəklər.

Dörd ölkənin xarici siyasət idarələrinin başçıları bir daha münaqişənin diplomatik yolla həllini istədiklərini təsdiqləyiblər.

Blinken son zamanlar Vaşinqtonun bəyənatlarında tez-tez səslənən formulu bir daha dilə gətirib.

O deyib ki, prezident Vladimir Putinin qarşısında iki seçim var: ya de-eslalasiya, ya da münaqişə.

Onun sözlərinə görə ikinci yolun seçilməsi Rusiya üçün “ağır” nəticələrə səbəb ola bilər.

***

ABŞ-ın Dövlət katibi Entoni Blinken Berlində əsas avropalı müttəfiqlərlə danışıqların növbəti raunduna başlayıb. Rusiyanın Ukrayna ilə sərhədə qoşun yığdığı bir dönəmdə məqsəd ümumi strategiya formalaşdırmaqdır. Çoxları Rusiyanın Ukraynaya müdaxiləyə hazırlaşmasından qorxur, Moskva isə belə bir niyyəti olmadığını deyir.

Blinken yanvarın 20-də Almaniya, Fransa və Britaniyadan həmkarları ilə görüşür. Daha sonra isə Cenevrəyə yola düşəcək, orada Rusiyanın Xarici işlər naziri Sergey Lavrovla danışıqlar aparacaq.

Ağır iqtisadi nəticələr...

Rusiyanın Ukrayna ilə sərhəd boyunca 120 minədək əsgər cəmlədiyi bildirilir. Belarusa da qüvvə yerləşdirilib, Moskvayla Minsk qəfil hərbi təlimlərin anonsunu veriblər.

Blinken bur gün öncə Kiyevə səfəri zamanı Vaşinqtonun Ukraynaya dəstəyini bir daha dilə gətirib. O deyib ki, Rusiya Ukraynaya təcavüz edərsə, Birləşmiş Ştatlar Kiyevə özünü müdafiə üçün əlavə materiallar verə bilər.

ABŞ Prezidenti Co Bayden isə yanvarın 19-da mətbuat konfransında qeyd edib ki, rusiyalı həmkarı Vladimir Putin hərbi hücumla bağlı hələ qərar gəlməyib, amma belə bir hücum baş verərsə, Rusiya ağır iqtisadi nəticələrlə üzləşər.

Kreml isə yanvarın 20-də bəyan edib ki, Rusiyaya mümkün faciəvi nəticələrlə bağlı xəbərdarlıq vəziyyəti daha da ağırlaşdıra bilər.

“Hücumlar baş verərsə, buna hazırıq”

Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen yanvarın 20-də deyib ki, “vəziyyət pisləşərsə, Ukraynanın ərazi bütövlüyünə yenə hücum olarsa”, Avropa İttifaqı “nəhəng” iqtisadi və maliyyə sanksiyaları ilə reaksiya verər.

“Biz Rusiyanın Avropanı nüfuz sahələrinə bölmək cəhdini qəbul etmirik. Hücumlar baş verərsə, buna hazırıq”, – o, Davosda Dünya İqtisadi Forumuna onlayn müraciətində vurğulayıb.

Rusiya 2014-cü ildə Krımı ilhaq edərək Ukraynanın şərqindəki separatçıları dəstəkləməyə başlayıb. O vaxtdan münaqişədə 13 min 200-dən çox adam öldürülüb.

Blinken:Rusiya Ukraynaya təcavüz etsə ciddi nəticə ilə üzləşəcək
Gözlə

No media source currently available

0:00 0:01:43 0:00

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova yanvarın 20-də iddia edib ki, Ukrayna və Qərbin Rusiyanın Ukraynaya hücum edəcəyi iddiaları “özlərinin, hərbi xarakterli daxil olmaqla, irimiqyaslı provokasiyalarını ört-basdır etmək” niyyəti güdür. Zaxarova son günlər Britaniya hərbi təyyarələri ilə Ukraynaya silah göndərildiyini qeyd edib.

Birləşmiş Ştatların Ukraynaya ABŞ istehsalı silahlar göndərilməsinə dair Baltik ölkələrinin xahişini təsdiqlədiyi bildirilir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG