Keçid linkləri

2017, 23 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 14:07

«Azərenerji» rayonlara xəbərdarlıq etdi


«Azərenerji» Qapalı Səhmdar Cəmiyyəti enerji pullarının yığımında yaranan problemlə bağlı 46 rayonun icra hakimiyyətinə xəbərdarlıq edib. Cəmiyyətin baş mühəndisi Saleh Məmmədovun «Azadlıq» radiosuna verdiyi məlumata görə, elektrik enerjisindən istifadəyə meyl artsa da, ödənişdə heç bir artım yoxdur. Bunu əsas gətirən «Azərenerji» 46 rayona xəbərdarlıq məktubu göndərib.


Cənab Məmmədov deyir ki, onlar müraciət etdikləri rayonların hansınınsa işığını tamamilə kəsmək fikrində deyillər, sadəcə, ödənişin az olduğu rayonlara məhdudiyyətlər tətbiq olunacaq.


Günün bütün mövzuları

XS
SM
MD
LG