Keçid linkləri

2025, 19 May, Bazar ertəsi, Bakı vaxtı 00:43

ANS-in tezliyilə bağlı müsabiqə elan edildi


Milli Televiziya və Radio Şurasının rəhbəri Nuşirəvan Məhərrəmli
Milli Televiziya və Radio Şurasının rəhbəri Nuşirəvan Məhərrəmli
Milli Televiziya və Radio Şurası (MTRŞ) ANS televiziyasının yayımlandığı tezliklə bağlı müsabiqə elan etdi. Şuranın noyabrın 30-da qəbul etdiyi qərara görə, ANS özü də bu müsabiqədə iştirak edə bilər. MTRŞ-ın rəhbəri Nuşirəvan Məhərrəmli: «Şura üzləri prezidentin bu məsələyə münasibətini əsas tutaraq, ANS-in müsabiqədə iştirakını məqbul sayıb».

Noyabrın 29-da prezident İlham Əliyev bildirmişdi ki, Milli Televiziya və Radio Şurasının iradlarını nəzərə aldıqdan sonra ANS-in fəaliyyəti bərpa edilə bilər.


Cənab Məhərrəmlinin dediyinə görə, bir ay müddətində tezliyə sahib olmaq istəyənlərin sənədləri qəbul olunacaq. Bundan sonrakı bir ay müddətində isə sənədlərə baxılacaq.


Azərbaycanda yayımlanan xarici telekanallara gəldikdə isə, Şuranın qərarına görə, gələn il yanvarın birindən bu kanalların hüquqi vəziyyətinə baxılacaq. Nuşirəvan Məhərrəmli hesab edir ki, Azərbaycan ərazisində xarici ölkələrin teleradio verilişlərinın yayımı yalnız həmin ölkələrlə bu barədə ayrıca müqavilə olduğu halda mümkündür: «Məsələn, Azərbaycan Türkiyə televiziyalarını yayımlayırsa, qarşı tərəf də belə bir şərait yaradır. Əgər Rusiya da bunu istəyirsə, onda Azərbaycanla bağlı da addımı atmalıdır».


MTRŞ rəhbərinin sözlərinə görə, Şura qərar qəbul edib ki, 2007-ci ilin yanvarın 1-dən bu məsələ ciddi şəkildə öz həllini tapsın.


Milli Televiziya və Radio Şurasının noyabrın 24-də qəbul etdiyi qərarla ANS TV və ANS ÇM radiosunun yayımı dayandırılıb.


XS
SM
MD
LG