İranın prezidenti Amerika xalqına acıq məktub göndərib. Mahmud Əhmədinejat Amerika xalqını İraqda hökumətin siyasətini dəyişməyə çağırıb. Əhmədinejat deyib ki, Amerika İraqa hərbi əməliyyatlara sərf etdiyi pulu öz ölkəsinə xərcləsin, İraqdan qoşunlarını çıxarsın. O, Corc Buşun hakimiyyətini “zorakı və ədalətsiz” adlandırıb.
Amerika Dövlət departamentinin sözçüsü Tom Casey isə deyib ki, məktubda təzə heç nə yoxdur və bu, ictimai fikrə yönəlib.