Avropa Komissiyası Türkiyə ilə üzvlük danışıqlarını qismən təxirə salmağı təklif edib. Avropa Birliyinin genişlənmə üzrə komissarı Olli Rehn deyir ki, bu, Ankaranın Birliyin üzvü olan Kiprə limanlarını açmamasına etirazdır. Bu limanların açılması Türkiyə və Avropa Birliyi arasında gömrük razılaşmasının tələbidir.
Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan bu tələbi qəbuledilməz adlandırıb. Yunanıstanın Xarici İşlər Nazirliyi isə bəyan edir ki, bu danışıqların davam etməsi üçün Türkiyə bütün öhdəliklərə əməl etməlidir.