Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:52

ANS-in prezidenti Vahid Mustafayev Yasamal Rayon Prokurorluğunda dindirilib


Noyabrın 29-da ANS şirkətlər qrupunun prezidenti Vahid Mustafayev Yasamal Rayon Prokurorluğunda 2 saat dindirilib. Dindirmə şirkətin tanınmış azərbaycanlılar haqqında nəşr etdiyi «Azərilər» kitabı ilə bağlı olub.


Şirkətin vəkili Aslan İsmayılovun verdiyi məlumata görə, dindirmədə suallar «Azərilər» kitabı ilə bağlı olub. Vəkil hesab edir ki, kitabın nəşri ilə bağlı heç bir qanun pozuntusu olmayıb: «Həmin kitab razılaşma ilə nəşr edilib».


Yasamal Rayon Prokurorluğuna müraciət edən Milli Elmlər Akademiyasının bir qrup əməkdaşları isə bildiriblər ki, ANS «Azərilər» kitabını nəşr etməklə onların müəlliflik hüquqlarını pozub.


Noyabrın 27-də ANS-in vitse-prezidenti Mirşahin Ağayev də bu məsələ ilə bağlı Yasamal Rayon Prokurorluğunda dindirilmişdi.


Vəkil Aslan İsmayılov hazırda istintaqının dindirmə mərhələdə olduğunu deyir. Əgər cinayət əməli sübuta yetirilərsə, təqsirləndirilən şəxslər üçün cərimə və ya üç ilə qədər həbs cəzası nəzərdə tutulur.


XS
SM
MD
LG