Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 22:50

Politoloq: 'Sülh müqaviləsi üçün əvvəlcə ərazi bütövlüyü tanınmalıdır'


Prezident İlham Əliyev iyunun 27-də deyib ki, sülh müqaviləsinə hazırlıq işləri getməlidir. O bunu, Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşdə deyib:

“Biz müharibə istəmirdik və bu gün də istəmirik. Hesab edirəm ki, müharibə riskini sıfra endirmək üçün bölgəmizdə, Cənubi Qafqazda müxtəlif təşəbbüslər irəli sürülməlidir. Biz buna hazırıq. Bizə müharibə lazım deyil. Delimitasiya üzrə işçi qrup yaradılmalıdır. Sülh müqaviləsinə hazırlıq işləri getməlidir”.

Bundan əvvəl, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov AzadlıqRadiosuna demişdi ki, Ermənistanda parliament seçkisində Nikol Paşinyan qalib gələndən sonra Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi mümkün kimi görünür.

O ümid etdiyini demişdi ki, bundan sonra Ermənistan mina xəritələrini də Azərbaycana verəcək, bölgədə regional əməkdaşlıq tədbirləri start götürəcək.

Sülh müqaviləsi üçün lazım olanlar

Siyasi şərhçi Rauf Mirqədirov deyir ki, sülh sazişi üçün iki mühüm məsələ şərtdir. Birincisi, Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü tanımalıdır. Onun fikrincə, Ermənistan bunu etməsə, Azərbaycanın hansısa sənədi imzalayacağına inanmır.

Şərhçinin fikrincə, ikinci məqam isə sərhədlərlə bağlı sualların aradan qalxması ilə bağlıdır.

Elə isə Azərbaycanla Ermənistanı 30 ildir ki, müharibə şəraitində saxlayan Azərbaycanın keçmiş Dağlıq Qarabağ vilayətinin de fakto Azərbaycanın nəzarərindən kənarda olması sülh müqaviləsində necə yer almalıdır?

Rauf Mirqədirov hesab edir ki, heç bu məsələ də sülh müqaviləsinin predmeti deyil:

“Müqavilənin əsas mövzusu tərəflərin bir birinin ərazi bütövlüyünü tanımasıdır. Düşünürəm ki, biz erməni icması ilə dialoqa getmək məcburiyyətindəyik, bu qaçılmazdır. Bu halda bu problem ən azı bizim daxili işimiz olacaq”.

Ermənistan öz ərazisində Rusiya hərbi bazalarının genişlədirilməsi üçün danışıqlar aparır
Gözlə

No media source currently available

0:00 0:03:40 0:00

Qarabağın statusu müəyyən edilməyənədək

Yerevanda Regional Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Riçard Giraqosyan deyir ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyün tanıya bilər, amma bəzi şərtlərlə:

“Realist olsaq, Ermənistan de fakto post müharibə reallığını qəbul edəcək. Amma Yerevan rəsmi olaraq Azərbaycanın sərhədlərini, Dağlıq Qarabağ ermənilərinin statusu müəyyən edilməmiş tanımayacaq. Bu ya muxtariyyət olacaq, ya da ki, milli azlıq kimi mədəni muxtariyyət olacaq. Bu aydınlaşmayana qədər düşünmürəm ki, Ermənistan rəsmi şəkildə sərhədləri tanıyacaq”.

Riçard Giraqosyan deyir ki, Ermənistan tərəfi sərhədlərin demarkasiyası və sülh razılaşmasını iki ayrı məsələ kimi görür.

Şərhçinin fikrincə, sülh razılaşması diplomatik danışıqlarla müzakirə olunmalıdır və ən azı Rusiya ilə ABŞ, yəni, ATƏT-in münaqişənin nizamlanması ilə məşğul olması üçün yaradılmış Minsk Qrupunun işi bərpa olunmalıdır.

Azərbaycan və Ermənistan arasında 44 günlük müharibə keçən ilin noyabrında Rusiyanın vasitəçiliyi ilə dayanıb, Azərbaycan 90-cı illərdə itirdiyi torpaqların çox hissəsini geri qaytarsa da, keçmiş Dağlıq Qarabağ vilayətinin çox hissəsinə atəşkəs razılaşmasından sonra bölgəyə gələn Rusiya sülhməramlıları nəzarət edir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG