Keçid linkləri

Təcili xəbərlər
2023, 23 Mart, Cümə axşamı, Bakı vaxtı 17:22

Azərbaycan xəbərləri

123 gündəlik yoluxma aşkarlanıb, 4 ölüm

COVID-19

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 123 yeni yoluxma faktı qeydə alınıb, bu virusa yoluxanlardan 406 nəfər sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bu gün, iyunun 4-də verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər də vəfat edib.

Qurumdan bildirilib ki, indiyədək Azərbaycanda ümumilikdə 334 min 539 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 326 min 269-u sağalıb, 4 min 933-ü vəfat edib, aktiv xəstə sayı isə 3 min 337-ə düşüb.

Açıqlamaya görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 9 min 585, indiyə qədər isə ümumilikdə 3 milyon 551 min 620 test icra olunub.

Rəsmi qurumların məlumatına görə, Azərbaycanda evdə də müalicə alan koronavirus xəstələri var.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 3.7 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

Bütün xəbərləri izləyin

Azərbaycanda Ramazan ayı başlayıb

Ramazan barabançıları - Türkiyədə gecə həyatının bir başqa üzü
Gözlə

No media source currently available

0:00 0:01:02 0:00

Bu gün, martın 23-də Azərbaycanda Ramazan (hicri təqvimi) ayının başladığı açıqlanıb.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası Ramazan ayının başlanması ilə əlaqədar fətva verib.

Təqvimə əsasən, Şəvval ayının 1-i (21 aprel) Fitr (Ramazan) bayramıdır.

Orucun mühüm əməllərindən biri sayılan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür. QMİ Qazılar Şurasının qənaətinə görə, adambaşına 10-15 manat fitrə zəkatının imkansızlara verilməsi məsləhətdir.

Xatırlatma

İslam dininə görə, "Qurani-Kərim" Ramazan ayında nazil olduğundan həmin ay müqəddəs sayılır. Bu dinə görə, həmin ayda oruc tutmaq vacib bilinir. Oruc tutmaq xəstələr, səfərdə olanlar, hamilə və uşaq əmizdirən qadınlar, ahıllar istisna olmaqla, bütün müsəlmanlara tövsiyə edilib. Bu ayda bəzi müsəlmanlar günün işıqlı vaxtlarında oruc tuturlar. Oruc tutan insanlar iftara qədər (axşama qədər) yemək və su qəbul etmirlər. Həmin müddətdə siqaret çəkmək, cinsi əlaqədə olmaq da, İslam qaydalarına görə, düzgün sayılmır. Oruc tutan insanın yalan danışması, rüşvət alması, başqasının haqqını tapdalaması da günah sayılır.

Ermənistan bir hərbçisinin həlak olduğunu bildirir

Ermənistan-Azərbaycan sərhədi

Ermənistan bir hərbçisinin həlak olduğunu, Azərbaycan isə bunda əli olmadığını deyir.

Ermənistan Müdafiə Nazirliyi martın 22-də hərbi qulluqçusunun həlak olduğunu açıqlayıb.

Nazirliyin məlumatına görə, Yerasx rayonu istiqamətində Azərbaycan tərəfinin açdığı atəşdən Arşak Sarqsyan adlı hərbçi həlak olub.

Azərbaycanın Müdafiə Nazirliyi bu məlumatı təkzib edib. Azərbaycan tərəfdən vurğulandığına görə, "Ermənistan Müdafiə Nazirliyi bu kimi dezinformasiyaları yaymaqla son dövrlərdə ordusunda artan intizamsızlıq nəticəsində baş verən özünəqəsd və digər neqativ halları ört-basdır etmək məqsədini güdür".

Son həftələr həm Qarabağda, həm də iki ölkənin sərhədində atəşkəsin pozulması ilə bağlı qarşılıqlı iddialar səslənir. Martın 5-də Qarabağda atəşkəsin pozulması nəticəsində hər iki tərəfdən ümumilikdə 5 nəfərin həlak olduğu açıqlanmışdı.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin il Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Son illər müəyyən fasilələrlə Azərbaycanla Ermənistan arasında həm Rusiya, həm də Avropa İttifaqının vasitəçiliyi ilə sülh danışıqları aparılır. Tərəflər arasında, hələlik, sülh müqaviləsi bağlanmayıb.

DSX: '…Bir hərbçi yaralanıb'

DSX

Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) bildirir ki, martın 20-də saat 02:50-də Ermənistan Silahlı Qüvvələri Zəngilan rayonunun Ağbaşyurd yüksəkliyində yerləşən mövqelərini atəşə tutub. Vurğulandığına görə, kiçik çavuş Ramin Manafov qarşı tərəfdən açılmış atəş nəticəsində yaralanıb: "Hərbi qulluqçu ixtisaslaşmış tibb müəssisəsinə təxliyə edilərək əməliyyat olunmuş, həyatı təhlükəsi yoxdur. Hazırda əməliyyat şəraiti sabitdir…".

Bu açıqlamaya, hələlik, Ermənistan Müdafiə Nazirliyinin münasibəti bəlli deyil.

Son həftələr həm Qarabağda, həm də iki ölkənin sərhədində atəşkəsin pozulması ilə bağlı qarşılıqlı iddialar səslənir. Bu ayın əvvəli, martın 5-də isə Qarabağda atəşkəsin pozulması nəticəsində hər iki tərəfdən beş nəfərin həlak olduğu açıqlanmışdı.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin il Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. 1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Son illər müəyyən fasilələrlə Azərbaycanla Ermənistan arasında həm Rusiya, həm də Avropa İttifaqının vasitəçiliyi ilə sülh danışıqları aparılır. Tərəflər arasında, hələlik, sülh müqaviləsi bağlanmayıb.

Cəbhəçinin həbsdə 26 kiloqram çəki itirdiyi deyilir

Zamin Salayev

Həbsdə 38 gündür aclıq aksiyasını keçirdiyi deyilən Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) üzvü Zamin (Əlizamin) Salayevin 26 kiloqram çəki itirdiyi bildirilir.

Bu barədə AzadlıqRadiosuna martın 17-də ona baş çəkən vəkili Nemət Kərimli danışıb.

Vəkilin sözlərinə görə, Salayevin qan təzyiqi 80/50-dir: "Böyrəklərində və ürəyində ağrılar hiss edir. Amma, deməsinə görə, səhhəti ağır olmasına baxmayaraq, ona həkim nəzarəti yoxdur, tibbi-sanitar hissəsinə köçürülməyib".

O, həmçinin bildirib ki, bu gün, martın 17-də Ombudsman Aparatının nümayəndələri də Zamin Salayevlə görüşüb. Vəkilin əlavə etməsinə görə, Salayevlə bağlı Ombudsman da bir müddət əvvəl Penitensiar Xidmətə və prokurorluğa müraciət edib: "Lakin ona qarşı münasibət dəyişməyib. Bununla yanaşı, həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzləməsi ilə bağlı Qaradağ Rayon Məhkəməsinə verdiyimiz vəsatətə də hələ də baxılmayıb".

Vəkilin dediklərinə, hələlik, Penitensiar Xidmət və başqa aidiyyəti rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Amma Penitensiar Xidmətdən bir qədər əvvəl "Turan"a bildirilmişdi ki, əgər müdafiə tərəfinin hər hansı şikayəti varsa, onlara müraciət edilə bilər.

Ötən ay, fevralın 8-də Bakının Qaradağ Rayon Məhkəməsi Zamin Salayev barədə 3 ay müddətinə həbs-qətimkan tədbiri seçib. Ona qarşı Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq - silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması) maddəsi ilə cinayət işi açılıb. Bu ittihamla ona 5 ilədək həbs cəzası verilə bilər.

Salayev bir nəfərə bıçaqla xəsarət yetirməkdə şübhəli bilinir. O, ittihamı qəbul etməyərək şərləndiyini açıqlayıb və həbsinə etiraz olaraq aclıq aksiyasına başladığını bəyan edib.

Xatırlatma

AXCP Salyan rayon şöbəsinin sədri Zamin Salayev bundan əvvəl də bir neçə dəfə həbs olunub. Bunların əksəriyyəti polisə müqavimət ittihamı ilə inzibati həbs olsa da, 2020-ci ilin aprelində Salyan Rayon Məhkəməsində onun haqqında 2 il 3 aylıq azadlıqdan məhrumetmə hökmü çıxarılıb. O, həmin vaxt Salyan Rayon Polis Şöbəsinin əməkdaşı Həmzə Əzizovun iddiası əsasında, Cinayət Məcəlləsinin 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələri ilə məhkum edilib. Salayev həmin həbsindən bir müddət əvvəl sosial şəbəkələrdə adıçəkilən polis əməkdaşı ilə mübahisəsinin videosunu yaymışdı. Həmin videoda cəbhəçi Əzizovu rayonda yaşayan bir qadına qarşı təcavüzə görə ittiham edirdi. Video yayılandan sonra Salayev inzibati qaydada 30 günlük həbs olundu. Ardından polis əməkdaşı Salyan Rayon Məhkəməsində ona qarşı xüsusi ittiham qaydasında iddia qaldıraraq həbsini tələb etmişdi. Videoda haqqında bəhs olunan xanım isə Əzizova bıçaqla xəsarət yetirdiyinə görə 7 il azadlıqdan məhrum edilib. O, polisin zorakı hərəkətlərindən müdafiə olunmaq üçün ona xəsarət yetirdiyini bildirib. Polis əməkdaşı isə onun dediklərinin həqiqətəuyğun olmadığını söyləyib.

Salayev 2022-ci il yanvarın 19-da Amnistiya Aktı ilə əlaqədar azadlığa çıxmışdı.

Orta məktəb məzunları və valideynlər aksiya keçirib

DİM qarşısında etiraz

Martın 17-də Azərbaycanda orta məktəblərin 11-ci siniflərinin bəzi məzunları və onların valideynləri Bakıda Dövlət İmtahan Mərkəzinin (DİM) qarşısında etiraz aksiyası keçiriblər.

Aksiya iştirakçıları bildirib ki, martın 5-də və 12-də keçirilən buraxılış imtahanlarının sualları qeyri-dəqiq və çətin olub: "Biz belə sualları heç gözləmirdik. Necə olur ki, ingilis dili fənninin suallarına yaxşı cavab veririk, amma öz dilimizin suallarına cavab yaza bilmirik? Bu, məqsədli şəkildə edilib. Əgər belə fikirləri var idisə, zəhmət çəkib sentyabr ayında əlavə bir vəsait çap edib verərdilər bizə ki, imtahan bu cür keçiriləcək. Biz də buna əsasən hazırlaşardıq".

"Bizə haqsızlıqdır"

Onların vurğulamasına görə, suallar test toplusuna uyğun olmayıb: "Nəticədə Azərbaycan dili fənni üzrə hamının balları çox aşağıdır. Bu bizə haqsızlıqdır".

Şagirdlərin qarşısına çıxan DİM nümayəndəsi isə bildirib ki, ittihamların əsası yoxdur. DİM əməkdaşının sözlərinə görə, dörd illik statistikaya baxanda görünür ki, eyni səviyyədə imtahanlar olub: "İttihamlar səslənir ki, imtahana proqrama aidiyyəti olmayan mövzuya aid suallar salınıb. Bu, qətiyyən elə deyil. Kurikulum var, tədris proqramları var və bunların hamısı "Abituriyent" jurnalında dərc olunub. Kimsə deyə bilməz ki, hansısa tapşırıq dərslikdə yoxdur".

Azərbaycanda ali məktəblərə qəbul imtahanları ikipilləli keçirilir. Qəbulda həm orta məktəblərin buraxılış, həm də qəbul imtahanlarının balları nəzərə alınır.

Putin Əliyevə zəng vurub

Vladimir Putin

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin martın 16-da Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

Bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti martın 17-də səhər məlumat yayıb.

Məlumata görə, "telefon danışığı əsnasında Rusiya, Azərbaycan, Ermənistan liderlərinin məlum üçtərəfli razılaşmaları əsasında Cənubi Qafqazda təhlükəsizliyin və sabitliyin təmin olunmasına yönəlmiş praktiki tədbirlər müzakirə edilib".

Bildirildiyinə görə, həmçinin regionda nəqliyyat-logistika və iqtisadi əlaqələrin inkişafı məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Bundan əvvəl - martın 13-də isə Ermənistan Baş naziri Nikol Paşinyan ilə Putin arasında telefon danışığı olub. Orada da üç ölkə liderlərinin əvvəlki razılaşmaları müzakirə edilib.

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin il Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Tərəflər daha sonra da bölgədə iqtisadi inkişafı və nəqliyyat əlaqələrinin bərpasını zəruri sayan daha bir neçə bəyanatlar imzalayıblar. Amma Azərbaycanla Ermənistan arasında, hələlik, sülh sazişi imzalanmayıb.

Xatırlatma

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Ağdamda iki nəfərin minaya düşdüyü deyilir

Mina xəritələri qeyri-dəqiqdir? 'Təbiət hadisəsi də ola bilər'
Gözlə

No media source currently available

0:00 0:03:42 0:00

Ağdam rayonu Yusifcanlı kənd ərazisində iki kənd sakininin mina partlayışı nəticəsində həlak olduqları bildirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a deyilib ki, 1999-ci il təvəllüdlü İsrail Həsənov və 1987-ci il təvəllüdlü Amid Həsənov heyvan otararkən minaya düşüblər.

Azərbaycan rəsmiləri deyirlər ki, 2020-ci il noyabrın 10-da üçtərəfli bəyanatın imzalanmasından sonra işğaldan azad edilən ərazilərdə 300 civarında şəxs minaya düşüb. Onlardan 48 şəxsin həlak olduğu bildirilir.

Üçtərəfli bəyanatın imzalanmasından sonra Azərbaycan tərəfi tutduğu Ermənistan hərbçilərinin bir qisminin təhvil verilməsi əvəzində azad olunan bir sıra rayonlara aid mina xəritələrinin geri alındığını açıqlamışdı. Sonradan Azərbaycan prezidenti həmin xəritələrin reallığı böyük ölçüdə əks etdirməməsi ilə bağlı narazılığını bildirdi. Buna cavab olaraq Ermənistan baş naziri demişdi ki, "biz əlimizdə olan xəritələri Azərbaycana vermişik".

Xatırlatma

2020-ci il İkinci Qarabağ müharibəsi 44 gün çəkib. Bu müharibə və 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan, Rusiya arasında) əsasən, Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona (Ağdam rayonu daxil) nəzarəti bərpa edib. 10 noyabr razılaşması ilə döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

İlham Əliyev Türkiyəyə səfər edib, Ərdoğanla görüşüb

Prezident İlham Əliyevin martın 15-də Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub.

AZƏRTAC-ın xəbərinə görə, görüşdə Türk Dövlətləri Təşkilatının sammitlərinin əhəmiyyətindən bəhs edilib, bu toplantının Türkiyədə baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması mövzusuna həsr olunmasının önəmi vurğulanıb.

Məlumata görə, görüşdə habelə, iki ölkə arasında siyasi, iqtisadi, ticarət, enerji, müdafiə, müdafiə sənayesi sahələrində əməkdaşlığın daha da genişləndirilməsi və regional məsələlər müzakirə olunub.

Rəsmi açıqlamaya görə, həmçinin, söhbət zamanı Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsi üzrə danışıqlar prosesi barədə fikir mübadiləsi aparılıb.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində isə Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin il Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib.

Amma Azərbaycan və Ermənistan arasında, hələlik, sülh müqaviləsi imzalanmayıb.

***

Azərbaycan prezidenti İlham Əliyev martın 15-də Türkiyəyəyə səfər edib.

AZƏRTAC-ın xəbərinə görə, səfərdən məqsəd Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının fövqəladə zirvə görüşündə iştirak etməkdir.

Toplantı martın 16-da Türkiyənin paytaxtı Ankarada keçiriləcək.

Görüş “Təbii fəlakət-fövqəladə halların aradan qaldırılması və humanitar yardım” mövzusuna həsr olunub.

Bu il fevralın 6-da Türkiyədə 7 baldan güclü iki zəlzələ baş verib. Nəticədə 48 mindən çox şəxsin həlak olduğu bildirilir.

TDT 2009-cu ildə yaradılıb. Azərbaycandan başqa Türkiyə, Qzaxıstan, Qırğızıstan və Özbəkistan bu təşkilatın üzvləridir.

Keçmiş NİDA-çıya 36 min manat təzminat…

Məmməd Əzizov

Martın 16-da Nəsimi Rayon Məhkəməsi NİDA Vətəndaş Hərəkatının keçmiş üzvü Məmməd Əzizova mənəvi zərər əvəzi təzminat ödənilməsinə qərar verib.

Bu barədə vəkil Fariz Namazlı AzadlıqRadiosuna məlumat verib. Onun sözlərinə görə, məhkəmə Əzizova 36 min manat maddi təzminatın ödəməsi ilə bağlı qərar açıqlayıb.

Vəkil əlavə edib ki, 2021-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarından sonra Ali Məhkəmənin Plenumu fəala bəraət vermişdi: "Biz də məhkəməyə müraciət edərək 100 min manat kompensasiya tələb etdik. Məhkəmə 36 min manat kompensasiya təyin edib və biz bu qərarla razı deyilik, apellyasiya şikayəti verəcəyik. Çünki eyni iş üzrə həbs olunmuş digər şəxslərə 66 min manat kompensasiya verilib və biz Nəsimi Rayon Məhkəməsinin qərarını ayrı-seçkilik hesab edirik".

Məmməd Əzizov 2014-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 6 ay azadlıqdan məhrum edilmişdi. O, narkotik, qanunsuz silah cinayətləri və iğtişaşların təşkilində təqsirli bilinmişdi. Amma 2016-cu ildə o, əfv sərəncamı ilə azadlığa buraxılmışdı.

2021-ci ilin fevralında isə AİHM Əzizov, eləcə də onunla birlikdə mühakimə olunmuş Şahin Novruzluya münasibətdə Avropa Konvensiyasının bəzi müddəalarının pozulduğu qənaətinə gəlmişdi. Üstəlik, qərarla Azərbaycan hökumətinin ərizəçilərə ümumilikdə 43 min 500 avro təzminat ödəməsi vacib sayılmışdı.

Bunun ardınca Azərbaycan Ali Məhkəməsinin Plenumu hər iki gənc fəala münasibətdə bütün daxili məhkəmə qərarlarını ləğv etmiş, onlara bəraət vermişdi.

Xatırlatma

Aralarında Əzizov və Novruzlunun da olduğu NİDA Vətəndaş Hərəkatının bəzi üzvləri 2013-cü ilin əvvəlində həbs edilib. Onlarla bağlı məhkəmə hökmü isə 2014-cü ilin mayında çıxarılıb. Rəsmi olaraq gənclərə kütləvi iğtişaşların təşkili və narkotiklə bağlı ittihamlar irəli sürülmüşdü. Onların barələrində 6 ildən 8 ilə kimi həbs qərarı çıxarıldı. Gənclər məhkəmədə ittihamları rədd edir, həbslərinin ictimai fəaliyyətləri ilə bağlı olduğunu bildirirdilər. Hüquq-müdafiə təşkilatları da onları siyasi məhbus kimi tanıyıblar.

Azərbaycan rəsmiləri isə bir çox hallarda ölkədə siyasi məhbuslar olduğu fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus siyahısında yer alan şəxslər sırf törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.

Xarici vətəndaş casusluq ittihamı ilə həbs edilib

DTX

Azərbaycanda xarici ölkə vətəndaşı casusluq ittihamı ilə həbs edilib. Bununla bağlı bu gün, martın 15-də Dövlət Təhlükəsizliyi Xidməti (DTX) məlumat yayıb.

Məlumata görə, xarici ölkə (ölkənin adı çəkilmir) vətəndaşı, 1994-cü il təvəllüdlü Məhəmməd Nəcəf Qaedinin Azərbaycan ərazisində casusluq əməlləri törətməsinə əsaslı şübhələr müəyyən edilib.

"...Azərbaycan hüquq-mühafizə orqanı əməkdaşları barədə fərdi məlumatların əldə edilməsi, onlarla şəxsi münasibətlər qurulması və onların xarici ölkənin xüsusi xidmət orqanı tərəfindən məxfi əməkdaşlığa cəlb edilməsi istiqamətində fəaliyyət göstərdiyi məlum olmuşdur", - məlumatda iddia edilir.

O, Azərbaycan Cinayət Məcəlləsinin 276-cı (casusluq) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilib və barəsində həbs-qətimkan tədbiri seçilib.

Rəsmi açıqlamaya, hələlik, sözügedən şəxsin və ya vəkilinin münasibətini öyrənmək mümkün olmayıb.

Olaf Şolts: Azərbaycanın və Ermənistanın ərazi bütövlüyü təmin olunmalıdır

Kansler Olaf Şolts Azərbaycan prezidenti İlham Əliyevlə görüşüb

Martın 14-də Almaniyada səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev bu ölkənin kansleri Olaf Şolts ilə birgə mətbuat konfransı keçirib.

AZƏRTAC-ın xəbərinə görə, əvvəlcə Almaniya kansleri Olaf Şolts mətbuat üçün bəyanatla çıxış edib.

Onun deməsinə görə, onlar prezident Əliyevlə Rusiyanın Ukraynaya ötən il başlanan hücumu haqqında da fikir mübadiləsi aparıblar:

“Həmçinin bu hücumun, bu müharibənin Azərbaycana və Cənubi Qafqaza təsiri haqqında da fikir mübadiləsi apardıq.”

Kanslerin fikrincə, o, öz mövqeyini açıq şəkildə ifadə edib:

“Bizim fikrimizcə, Rusiyanın təcavüz müharibəsi beynəlxalq hüquqa açıq şəkildə ziddir.”

O, əlavə edib ki, Almaniya Ermənistan-Azərbaycan sərhədində mövcud olan qeyri-sabit duruma görə, bir qədər narahatdır:

“Bizim arzumuz budur ki, bu münaqişə qısa bir zamanda, yerindəcə uzunmüddətli və qəbul olunan həllini tapsın. Burada sülh yolu ilə həll deyəndə təbii onu nəzərdə tuturuq ki, həm Azərbaycanın, həm də Ermənistanın ərazi bütövlüyü təmin olunsun. Eyni zamanda, hər iki ölkənin əhalisinin insan hüquqları və azadlıqları qorunmalıdır, beynəlxalq hüquqa uyğun olmalıdır.”

Şolts vurğulayıb ki, Avropa İttifaqının Ermənistanda mülki missiyası mövcuddur:

“Almaniya bu missiyanı dəstəkləyir və bu missiyanın rəhbəri Almaniya tərəfindən təmin edilib.”

İlham Əliyev: “ 5 prinsip…”

Prezident İlham Əliyev deyib ki, Azərbaycan və Ermənistan arasında indi sülhün zamanı çatıb:

“Biz Ermənistana sülh təklif etmişik, 5 prinsip əsasında sülh müqaviləsini təklif etmişik. Ümid edirəm ki, Ermənistan bu şansı qaçırmayacaq, nəhayət Cənubi Qafqazda sülh və əməkdaşlıq dövrü başlayacaqdır”.

Azərbaycan hələ ötən il mart ayının əvvəllərində Ermənistanla danışıqlarla bağlı qarşı tərəfə beş baza prinspi təqdim etdiyini açıqlamışdı.

Onlar dövlətlərin bir-birlərinin suverenliyini, ərazi bütövlüyünü, siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması, sərhədlərin müəyyən edilməsi və nəqliyyat əlaqələrini bərpası ilə bağlı olub.

Ermənistandan deyilənlər…

Ermənistan isə öz növbəsində sülh danışıqları üçün beynəlxalq vasitəçilik istəmişdi.

Ermənistanın baş naziri Nikol Paşinyan bugün, martın 14-də mətbuat konfransında deyib ki, bu il fevralın ortasında sülh sazişinin mümkün layihəsinə növbəti reaksiyalarını Azərbaycana təqdim ediblər:

“2-3 gün öncə Azərbaycandan layihəmizə reaksiya almışıq”, – Paşinyan vurğulayıb.

O, detalları açıqlamayıb.

Onun deməsinə görə, Azərbaycan mümkün sülh sazişi vasitəsilə Ermənistan Respublikasına ərazi iddiaları formalaşdırmağa çalışır.

Son günlər həm Qarabağda, həm də iki ölkənin sərhədində atəşkəsin pozulması ilə bağlı qarşılıqlı iddialar səslənir. Ötən həftə isə Qarabağda atəşkəsin pozulması nəticəsində hər iki tərəfdən itkilər olduğu açıqlanmışdı.

Ötən il sərhəddə tərəflərdən ümumilikdə 300 nəfərin həlak olduğu döyüşlər zamanı Ermənistan Azərbaycanı onun ərazisinə təcavüzdə, Azərbaycan isə qarşı tərəfi təxribatda günahlandırmışdı. Azərbaycan rəsmiləri deyirdilər ki, sərhədin delimitasiyası aparılmadığından iddialar düz deyil.

Azərbaycan və Almaniya prezidentlərti İlham Əliyev və Frank-Valter Ştaynmayer
Azərbaycan və Almaniya prezidentlərti İlham Əliyev və Frank-Valter Ştaynmayer

Azərbaycan və Almaniya prezidentləri görüşüblər

Martın 14-də Almaniyada səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev bu ölkənin prezidenti Frank-Valter Ştaynmayer ilə görüşüb.

AZƏRTAC-ın xəbərinə görə, onlar həm təkbətək, həm də geniş tərkibdə görüşlər keçiriblər.

Almaniya prezidenti Frank-Valter Ştaynmayer deyib ki, onlar vəziyyəti təhlil ediblər. O, əlavə edib ki, indi Rusiyanın Ukraynaya təcavüzündən bir il keçir:

“Bunun siyasi mühit, iqtisadi vəziyyət üçün nə kimi təsiri var? Bizim Azərbaycanla Ermənistan arasındakı münaqişə barədə danışmaq şansımız oldu. Hər ikimiz bunun uğura gətirib çıxaracağına həqiqətən ümid edirik. Bu, mürəkkəb bir münaqişədir.”

Frank-Valter Ştaynmayer Almaniyanın Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin apardığı missiyaya dəstək verdiyini qeyd edib.

Azərbaycan prezidenti İlham Əliyev də deyib ki, onlar iki ölkə arasında münasibətlərin sülh yolu ilə həllinə töhfə vermək üçün əllərindən gələni edəcəklər:

“Hesab edirəm ki, razılaşma əldə etmək üçün yaxşı şans var, xüsusən də ötən ilin oktyabrında Soçidəki görüşlərdən sonra Ermənistanın və Azərbaycanın bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdığı bir zamanda. Bu sazişi gec-tez imzalamaq yaxşı fikirdir.”

İlham Əliyev dünən, martın 13-də Almaniyaya gedib.

Son illər müəyyən fasilələrlə Azərbaycanla Ermənistan arasında həm Rusiya, həm də Avropa İttifaqının vasitəçiliyi ilə sülh danışıqları aparılıb.

ABŞ Brussel formatını dəstəkləyir. Amma ötən ilin sonlarında hər iki danışıqlar əsasən dayanıb.

Bununla belə ötən ay Avropa İttifaqı Şurası “sabitliyə töhfə vermək” məqsədi ilə Ermənistanda mülki missiya yaratmaq barədə razılığa gəlib. Artıq Ermənistanda olan monitorinq missiyası iki il müddətinə müəyyənləşdirilib.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa etmişdi.

Həmin il Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

İlaxır çərşənbədir

Səməni

Bu gün, martın 14-ü İlaxır çərşənbədir. Buna qədər Su, Od və Yel çərşənbələri keçirilib.

Bir çox insanların inamına görə, Novruz ərəfəsində, sonuncu çərşənbədə torpaq oyanır, nəfəs alır. Bu çərşənbə xalq arasında "Yer çərşənbəsi" və ya "Torpaq çərşənbəsi" adlanır.

İnama görə, bu çərşənbədə torpaq artıq əkinə hazır olur və ona toxum səpmək olar.

İlaxır çərşənbəsində qulaq falına çıxmaq, təmtəraqlı bayram süfrəsi hazırlamaq adətdir. Bu çərşənbədə həm də şamlar yandırılar, səməni süfrə bəzəyi olar. Üstəlik, xoş danışarlar ki, qulaq falına çıxan qız-gəlin ancaq xeyir sözlər eşitsin. Küsülülərin barışması da axır çərşənbənin tərkib hissələrindən biri sayılır və ortada kin-küdurətə yer verilmir.

2023-cü il üçün yaz fəslinin Azərbaycana gəlişi martın 21-i Bakı vaxtı ilə saat 01:24:24-ə təsadüf edəcək.

Hərbi çağırışa görə rüşvətdə günahlandırılanlar var

Azərbaycan əsgəri nə yeyib-içir?
Gözlə

No media source currently available

0:00 0:03:23 0:00

Hərbi xidmətə çağırışla bağlı rüşvət almaqda günahlandırılan vəzifəli şəxslərin tutulduğu bildirilir. Bununla bağlı Baş Prokurorluq məlumat yayıb.

Rəsmi açıqlamaya görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu Rayon İdarəsinin vəzifəli şəxsləri vətəndaşlardan rüşvət almaqda şübhəli sayılırlar: "Rəis müavini - Səfərbərlik şöbəsinin rəisi Adil Hüseynovun saxta tibbi rəy əsasında hərbi xidmətə yararsızlıq müddətinin 3 il uzadılması, həmin idarənin Həqiqi hərbi xidmətə çağırış şöbəsinin rəisi Toğrul İsgəndərovun isə həqiqi hərbi xidmətə cəlb olunmama müqabilində rüşvət almasına əsaslı şübhələr müəyyən edilib".

İddiaya görə, həmin vəzifəli şəxslərin üzərində və xidməti otaqlarında axtarış aparılan zaman iş üzrə əhəmiyyət kəsb edən sübutlar aşkar edilərək götürülüb: "Adil Hüseynov və Toğrul İsgəndərov Cinayət Məcəlləsinin 311.3.2, 311.3.3-cü (təkrar və külli miqdarda rüşvət alma) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmə qərarı əsasında həbs-qətimkan tədbiri seçilib".

Hələlik, rəsmi açıqlamaya həbs edilən şəxslər və onların vəkillərindən münasibət almaq mümkün olmayıb.

update

Bakıda atışma olub, yaralananlar var (Video)

Polis hadisə yerində

"Şəxsi münasibətlər zəminində..."

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi (DİN) martın 10-da Bakıda baş verən silahlı olayla bağlı birgə məlumat yayıb.

Rəsmi açıqlamaya görə, hadisə nəticəsində yaralanan iki nəfər təsadüfən həmin ərazidən- Səməd Vurğun küçəsindən keçirlərmiş: "...Şübhəli şəxs qismində saxlanan Şahmar İsmayılov və Vüqar Quliyev Cinayət Məcəlləsinin 29, 120.2.1, 29, 120.2.4 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən ümumi təhlükəli üsulla adam öldürməyə cəhd), 228.2.1 (qanunsuz odlu silah əldə etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində həbs-qətimkan tədbiri seçilib".

Rəsmi iddiaya görə, onlar şəxsi münasibətlər zəminində Nicat Əkbərov adlı şəxsi öldürməyə cəhddə şübhəli sayılırlar.

Rəsmi açıqlamaya, hələlik, sözügedən şəxslər və onların yaxınlarından münasibət almaq mümkün olmayıb.

Üç nəfər saxlanıb

DİN mətbuat xidməti martın 10-da Bakıda baş vermiş silahlı hadisə ilə bağlı üç nəfərin saxlandığını bildirir: "Əməliyyat-axtarış tədbirləri davam etdiyi üçün onların adları açıqlanmır. Onlardan cinayətdə istifadə olunan tapança aşkar olunaraq götürülüb".

İki nəfər xəsarət alıb, saxlanan var

DİN Bakıda Baş verən insidentlə bağlı əlavə məlumat verib. Həmin məlumata görə, hadisədə üç yox, iki nəfər xəsarət alıb: "Xəsarət alanlar - 2002-ci il təvəllüdlü Fəqan Rəhimli, 1983-cü təvəllüdlü Tamerlan Hüseynov xəstəxanaya çatdırılıb".

DİN hadisəni törətməkdə şübhəli bilinən şəxsin saxlandığını bildirir.

+++

Martın 10-da günorta saatlarında Bakıda Dövlət Sirkinin yaxınlığında atışma baş verib.

Daxili İşlər Nazirliyindən (DİN) AzadlıqRadiosuna bildirilib ki, paytaxtın Nəsimi rayonunda üç nəfərin odlu silahdan açılan atəşdən yaralanması ilə bağlı polisə məlumat daxil olub: "Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Araşdırma aparılır. Əlavə məlumat veriləcək".

Xatırlatma

Bir həftə öncə, martın 4-də Bakının Xətai rayonunda "Bravo" hipermarketində silahlı basqın yaşanmışdı. Onda bir nəfər ölmüş, bir nəfər isə yaralanmışdı.

DİN və Baş Prokurorluq sonradan bununla bağlı əməliyyat keçirdiyini, basqında şübhəli sayılanlardan birinin öldürüldüyü, üç nəfərin isə həbs edildiyini bildirdi. Rəsmi açıqlamada öldürülən şəxsin polisə müqavimət göstərdiyi vurğulanmışdı. Rəsmi açıqlamaya öldürülən və saxlanan şəxslərin yaxınlarından münasibət almaq mümkün olmayıb.

İlham Əliyev Almaniyaya gedib

İlham Əliyev

Martın 13-də Azərbaycan Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasına işgüzar səfər edib.

Əliyevin bu səfər çərçivəsində bir sıra rəsmi görüşləri nəzərdə tutulur. Həmin görüşlərdə həm iki ölkə arasında əməkdaşlıq, həm də regional məsələlərin müzakirəsi gözlənir.

Fransa Senatı etirazlara səbəb olan pensiya islahatını təsdiqləyib

Fransada pensiya islahatlarına qarşı etirazlar

Fransa Senatı şənbə günü axşam pensiya islahatını təsdiqləyib. Təsdiqlənən sənədə görə, ölkədə pensiya yaşı 62-dən 64-ə qaldırılır.

Daha əvvəl sözügedən qanun layihəsi bütün Fransada kütləvi etirazlara səbəb olmuşdu.

195 senator bu islahatının qəbul edilməsinə , 112 nəfərsə əleyhinə səs verib.

Növbəti həftə qanun layihəsi parlamentin yuxarı və aşağı palatalarının birgə komitəsi tərəfindən təsdiqlənməlidir.

Reuters-in məlumatına görə, çox güman ki, müzakirə çərşənbə günü baş tutacaq, bundan sonra yekun mətnin qəbulu ilə bağlı səsvermə olacaq.

"France-Press" agentliyi isə yazır ki, parlamentin aşağı palatasında qanun layihəsinin qəbulu üçün tərəfdarların səsi yetərli olmaya bilər.

Bununla belə, ölkə Konstitusiyası hökumət başçısına iqtisadi qanunların qəbulu ilə bağlı məsuliyyəti öz üzərinə götürməyə və deputatların razılığı olmadan onları təsdiq etməyə imkan verir.

Hökumət başçısı Elizabet Born-nun bu prosedurdan istifadə etməyə hazır olduğu bildirilir.

Artıq bir həftədir ki, yenidən Fransanın hər yerində pensiya yaşının artırılmasına qarşı mitinqlər keçirilir. Parisdə ötən həftə etirazçıların sayı 48, ölkə üzrə isə 368 minə çatdığı bildirilir.

Şənbə günü axşam Parisdə etirazçılar polislə toqquşub, zibil qutularını yandırıb və dükanların vitrinlərini sındırıblar.

Bu etirazlarda 32 nəfərin saxlandığı bildirilir. Gələn həftə Fransada ümummilli tətil planlaşdırılır.

Fransa həmkarlar ittifaqlarının nümayəndələri islahatı müzakirə etmək üçün iki dəfə Fransa prezidenti Emmanuel Makronla görüşməyə çalışsalar da, prezident bu görüşdən imtina edib. Xəbər verilir ki, bu imtina ölkədə etiraz əhval-ruhiyyəsini xeyli artırıb.

Lui Bono regionda görüşlərinə davam edir

ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono

Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono bu həftə ikinci dəfə Azərbaycana gələrək martın 10-da Bakıda xarici işlər naziri Ceyhun Bayramov ilə görüşüb.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, görüş zamanı “Azərbaycan-Ermənistan sülh sazişi üzrə danışıqlar prosesinin hazırkı vəziyyəti, Naxçıvana maneəsiz keçidi təmin edəcək kommunikasiyanın təmin edilməsi, delimitasiya prosesi üzrə cari vəziyyət və perspektivlər” müzakirə olunub:

“Nazir Ceyhun Bayramov üçtərəfli bəyanat çərçivəsində Ermənistanın öhdəliklərini yerinə yetirmədiyini, qüvvələrini Azərbaycan ərazilərindən tam çıxarmadığını... diqqətə çatdırıb”.

Açıqlamaya görə, nazir eyni zamanda, “erməni sakinlərin reinteqrasiyası məsələsi üzrə baxışları barədə qarşı tərəfə məlumat verib.”

Bu məlumata, hələlik, Ermənistan tərəfinin münasibəti bəlli deyil.

Amma onlar bundan öncə öhdəliklərin yerinə yetirilməməsi və öz qüvvələrini Azərbaycandan çıxarmamaları ilə bağlı iddiaları qəbul etməyiblər. Onlar Qarabağdakı “müdafiə ordusu”nun özlərinin silahlı qüvvələrinə daxli olmadığını vurğulayırlar.

Daha əvvəl olanlar…

ABŞ-ın Qafqazdakı xüsusi nümayəndəsi Luis Bono regiona səfəri çərçivəsində əvvəlcə, aprelin 6-da Azərbaycanda görüşlərə başlamışdı.

AZƏRTAC-ın xəbərinə görə, o, prezident İlham Əliyevlə görüşündə Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsi üzrə danışıqlar prosesi ətrafında fikir mübadiləsi aparıb.

Bono Bakıda keçirdiyi brifinqdə demişdi ki, 'məqsədləri azərbaycanlı və ermənilərin əziyyətlərinə son qoymaqdır'

Elə həmin gün, martın 6-da Qarabağda atəş səsləri eşidilmişdi. Azərbaycan iki hərbçisinin, erməni tərəfi isə üç polis əməkdaşının həlak olduğunu açıqlayıb. Tərəflər bir-birini provokasiyada ittiham edib.

Lui Bono Azerbaycandan sonra Ermənistana getmiş və orada da görüşlərini davam etdirmişdi.

AzadlıqRadiosunun Erməni xidmətinin məlumatına görə, ABŞ təmsilçisi demişdi ki, Qarabağ ermənilərinin təhlükəsizlik və hüquqlarının təmin olunması mexanizmini də çox vacib hesab edirlər:

"Möhkəm, davamlı, balanslı sülh sazişinə Dağlıq Qarabağ məsələsi salınmalıdır…"

Azərbaycan rəsmiləri isə Qarabağı daxili məsələ sayır, regiondakı erməni əhalinin ölkənin bütün vətəndaşları ilə eyni hüquqlara malik olduğunu bildirirlər. Ermənistan tərəfi isə Qarabağın təhlükəsizliyini da vacib saydığını açıqlayıb.

Ötən həftə Azərbaycan rəsmi olaraq Qarabağ erməniləri ilə görüş keçirildiyini açıqladı.

Orada tanınmayan qurumun təmsilçiləri görüşdən sonra iddia ediblər ki, müzakirələrdə reinteqrasiyadan danışılmayıb.

Son illər müəyyən fasilələrlə Azərbaycanla Ermənistan həm Rusiya, həm də Avropa İttifaqının vasitəçiliyi ilə sülh danışıqları aparır.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin il Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Tərəflər arasında, hələlik, sülh müqaviləsi bağlanmayıb.

Azərbaycan tərəfi son illər Laçın dəhlizinə alternativ olaraq Ermənistanın Sünik bölgəsindən və Naxçıvandan (Azərbaycan) keçəcək “Zəngəzur dəhlizi” istəyir.

Amma Ermənistan tərəfi bunu qəbul etmir. Yerevan deyir ki, üçtərəfli bəyanatda Ermənistandan keçəcək dəhlizdən yox, onların nəzarət edəcəyi yoldan bəhs edilir.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Strasburqda Azərbaycanla bağlı 35 qərarın icrası müzakirə edilib

AİHM

Avropa Şurası Nazirlər Komitəsinin (AŞNK) martın 7-dən 10-na kimi Strasburqda keçirilən 1459-cu toplantısında Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) Azərbaycanla bağlı ümumilikdə 35 qərarının icrası müzakirə edilib.

Bu barədə AzadlıqRadiosuna hüquqşünas Xalid Ağalıyev məlumat verib. Onun sözlərinə görə, qərarların 30-na "Qafqaz Məmmədov qrupu" daxilində nəzarət edilir. Qrupda sərbəst toplaşmaq azadlığı ilə bağlı işlərdən bəhs edilir. Orada, əsasən, azadlıq və toxunulmazlıq hüququnun pozuntusu tanınıb.

Ağalıyevin bildirməsinə görə, AŞNK-nın müzakirələrdən sonra bu qrupla bağlı qəbul edilən qətnaməsində bildirilir ki, üç iş üzrə kompensasiyalar hələ də ödənilməyib. Üstəlik, qurum bu işlərlə bağlı qanunvericilik sarıdan islahatları da zəruri sayır.

Həmin işlər 2010-2014-cü illərə aid şikayətlərlə bağlı olub.

Deputatdan təklif: Avropa məhkəməsinin cəriməsini hakimlər özü ödəsin
Gözlə

No media source currently available

0:00 0:03:19 0:00

İkinci qrup…

AŞNK-nın toplantısında habelə "Anar Məmmədli qrupu"nda AİHM-in Azərbaycanla bağlı qəbul etdiyi beş qərarın icrası da nəzərdən keçirilib. Söhbət hüquq müdafiəçisi Anar Məmmədli, jurnalist Xədicə İsmayıl və başqalarından gedir. Onların hamısı hazırda azadlıqdadır. Həmin qərarlar Konvensiyanın 18-ci maddəsinə (hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) zidd olaraq məhkəməyə qədər onların həbs edilmələri və azadlıqdan məhrum olunmaları ilə bağlıdır.

Komitə hesab edir ki, onlarla bağlı məhkumluq ləğv edilməlidir.

İki il əvvəl sentyabrın 17-da AŞNK "Məmmədli qrupu"na daxil olan işlərlə bağlı yenə qərar açıqlamışdı. Həmin qrupda olanlar vaxtilə müxtəlif ittihamlarla (vergidən yayınma, iğtişaş salma və başqa ittihamlarla) həbs ediliblər. AİHM onların hüquqlarının pozulduğunu tanıyıb.

Bu qrupda əvvəllər daha çox şəxsin qərarı yer alıb. Onlardan ReAL Partiyasının sədri İlqar Məmmədov və bir çoxlarının adı qrupdan çıxarılıb. (onlara AİHM qərarından sonra Azərbaycanda bəraət verilərək təzminat ödənilib)

Hələlik, bu qərarlara Azərbaycanın rəsmi qurumlarından münasibət almaq mümkün olmayıb.

Azərbaycan vətəndaşının İranda itkin düşdüyü deyilir

Fərid Səfərli

Azərbaycan Fərid Səfərliyə görə, İran Səfirliyinə nota verib

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Almaniyada təhsil alan Azərbaycan vətəndaşı Fərid Səfərlinin İranda itkin düşməsi məlumatları ilə bağlı yerli medianın suallarına cavab verib.

Nazirliyin saytında yer alan cavabda bildirilir ki, qeyd edilən məsələ ilə bağlı müraciət onlara martın 9-da daxil olub:

“Sözügedən məlumata aydınlıq gətirilməsi məqsədilə, Xarici İşlər Nazirliyi müvafiq olaraq İranın ölkəmizdəki səfirliyinə nota ünvanlayıb və hal-hazırda qarşı tərəfdən cavab gözləyir.”

O deyib ki, Azərbaycan vətəndaşı Fərid Səfərlinin yerinin müəyyən edilməsi istiqamətində müvafiq tədbirlər və araşdırma işləri davam edir:

“27 yanvar 2023-cü il tarixində ölkəmizin İrandakı səfirliyinə qarşı baş vermiş terror hücumundan sonra, Azərbaycan Xarici İşlər Nazirliyi vətəndaşlara zəruri olmadığı təqdirdə İran İslam Respublikasına səfər etməməyi, səfər edənlərin isə yüksək ehtiyatlılıq nümayiş etdirmələri barədə səyahət xəbərdarlığı yayıb.”

Bu açıqlamaya, hələlik, İranın Azərbaycandakı Səfirliyindən münasibət almaq mümkün olmayıb.

***

Almaniyada təhsil alan Azərbaycan vətəndaşı Fərid Səfərlinin İranda itkin düşdüyü bildirilir.

Bu barədə AzadlıqRadiosuna onun anası Dilarə Əsgərova məlumat verib. Onun sözlərinə görə, 1997-ci il təvəllüdlü oğlu Azərbaycan Diplomatik Akademiyasının və Fridrix Şiller Universitetinin magistr dərəcəli məzunudur: "Bir müddət əvvəl Fərid kimliyi mənə məlum olmayan İran İslam Respublikası vətəndaşı, Almaniyanın Yena şəhərinə praktika üçün gəlmiş bir xanımla tanış olub və daha sonra İrana səfər edib".

"İranda saxlandığını düşünürük"

Səfərlinin fevralın 20-də İrana getmək üçün Almaniyadan çıxdığı ehtimal olunur. "Bu barədə heç kimə məlumat vermədiyi üçün tarixlə bağlı dəqiq məlumatımız yoxdur. Mart ayının 4-də Almaniyadakı ev yoldaşlarına İranda olduğunu bildirib, kartının işləmədiyini və ona bilet almalarını xahiş edib. O gündən sonra Fəriddən bir daha xəbər alınmayıb", - Əsgərova bildirib.

Onun sözlərinə görə, bilet Tehran-İstanbul-Berlin reysi üçün alınıb, amma o, Türkiyəyə giriş etməyib: "Məhz buna görə İranda saxlandığını düşünürük".

Əsgərova Almaniyada və Azərbaycanda müvafiq qurumlara müraciət olunduğunu bildirib: "Aradan beş gün keçməsinə baxmayaraq, Fəriddən heç bir məlumat yoxdur".

Xarici İşlər Nazirliyindən "Turan"a bildirilib ki, məsələ araşdırılır, lakin, hələlik, qurumda heç bir məlumat yoxdur.

Bütün bu deyilənlər ilə bağlı İranın Azərbaycandakı səfirliyi ilə isə danışmaq mümkün olmayıb.

Xatırlatma

Hazırda İranla Azərbaycanın münasibətlərində müəyyən gərginliklər var.

Bu il yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Səfirliyin mühafizə xidmətinin bir əməkdaşı həlak olub, ikisi yaralanıb. Bundan sonra səfirliyin əməkdaşları Azərbaycana təxliyə olunub. İran tərəfi hadisənin araşdırıldığını bəyan edib.

Prezident: 'Qarabağda yaşayan ermənilərin həyatı… daha yaxşı olacaq'

X Qlobal Bakı Forumu

"Hər münaqişənin öz tarixi, dinamikası və sonu var. Lakin vacib məsələ ondan ibarətdir ki, ölkələr arasındakı mübahisələr beynəlxalq hüquq - ərazi bütövlüyü və suverenlik prinsipi əsasında həll olunmalıdır".

AZƏRTAC-ın xəbərinə görə, bu fikri Prezident İlham Əliyev martın 9-da Bakıda işə başlayan "Dünya bu gün: Çağırışlar və ümidlər" mövzusunda X Qlobal Bakı Forumunun açılış mərasimində çıxışında deyib.

Dövlət başçısı hesab edir ki, bu, güclə dəyişdirilə bilməz: "Bu, Azərbaycanın mövqeyini təşkil edir. Bu, nəinki bizim işimizə, dünyadakı bütün münaqişələrə aiddir".

Onun vurğulamasına görə, Azərbaycanda milli azlıqların hüquqları Konstitusiyada qorunur: "Ona görə əminəm ki, Azərbaycanın Qarabağ regionunda yaşayan ermənilərin həyatı işğal dövründən fərqli olaraq, bundan sonrakı dövrdə daha yaxşı olacaq".

Forumda bir sıra dövlət, hökumət başçıları, siyasətçilər və beynəlxalq təşkilatların təmsilçiləri iştirak edir. İlk belə Forum Azərbaycanda 2013-cü ildə keçirilib.

Araik Arutyunyan: 'Azərbaycan bizə ultimatum verib'
Gözlə

No media source currently available

0:00 0:01:47 0:00

Son illər müəyyən fasilələrlə Azərbaycanla Ermənistan arasında həm Rusiya, həm də Avropa İttifaqının vasitəçiliyi ilə sülh danışıqları aparılıb. Azərbaycan rəsmiləri Qarabağı daxili məsələ sayır, regiondakı erməni əhalinin ölkənin bütün vətəndaşları ilə eyni hüquqlara malik olduğunu bildirirlər. Onlar hesab edirlər ki, Qarabağ məsələsi sülh sazişi layihəsinə salınmamalıdır. Amma Ermənistan rəsmiləri Qarabağın təhlükəsizliyini də önə çəkirlər. Onlara görə, ərazi bütövlüyü ilə yanaşı, milli müqəddəratın təyin edilməsi prinsipi də əsas götürülməlidir.

Ötən həftə Azərbaycan rəsmi olaraq Qarabağ erməniləri ilə görüş keçirildiyini açıqladı. Lakin orada tanınmayan qurumun təmsilçiləri görüşdən sonra iddia etdilər ki, müzakirələrdə reinteqrasiyadan danışılmayıb.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin il Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Eurovision-2023-də Azərbaycan təmsilçisi bəlli olub

Eurovision

"Eurovision-2023" beynəlxalq mahnı müsabiqəsində Azərbaycanı "TuralTuranX" dueti təmsil edəcək.

Tural və Turan Bağmanovlar ifa etdikləri mahnının həm də müəllifləridirlər.

"Eurovision" bu il mayın 9-13-də Böyük Britaniyanın Liverpul şəhərində baş tutacaq.

Ötən il 66-cı "Eurovision" mahnı müsabiqəsinin qalibi Ukraynanın "Kalush" qrupu olub. Avropa Yayım Birliyi (EUB) Eurovision-2023-ün Rusiya-Ukrayna müharibəsi səbəbindən Ukraynada keçirilməyəcəyini açıqladıqdan sonra Böyük Britaniyaya müraciət olunmuşdu.

Bakıda '8 Marş - Yaşamaq istəyirik' yürüşü olub

Bakıda "8 Marş" yürüşü

Martın 8-də saat 15 radələrində Bakının mərkəzi Fəvvarələr meydanında bir qrup fəal "8 Marş - Yaşamaq istəyirik" yürüşünə başlayıblar. Onlar "Qoru həyatımızı, artır rifahımızı", "Qadın qətlləri siyasidir", "Konvensiyanı rədd etmə, qadınları qətl etmə", "Barışdırma, araşdır" və başqa şüarlar səsləndiriblər. Fəallar qadın qətllərinə və zorakılıq hallarına etiraz etdiklərini vurğulayıblar.

Bir qədər irəlilədikdən sonra polis əməkdaşları aksiya iştirakçılarını dövriyyəyə alaraq yürüşün davam etməsinə imkan verməyiblər. Buna etiraz olaraq aksiyaçılar "Qadının önünü kəsmə", "Polis zorakılığına son" şuraları səsləndiriblər.

Lakin bir qədər sonra aksiya iştirakçılarının irəliləməsinə şərait yaradılıb və onlar bəyanatını səsləndiriblər. Aksiya zamanı saxlanılan olmayıb.

Bəyanatda onlar qadınların təhlükəsizliyinin təmin edilməsi, onların siyasi qisas alətinə çevrilməməsi, qadınlara qarşı cinayətlərin araşdırılması və ölkənin İstanbul Konvensiyasına qoşulması kimi tələblərə yer veriblər. Onlar həmçinin həssas qruplardan olan qadınların maddi təminatı üçün proqramların həyata keçirilməsini istəyiblər.

Aksiyaya və orada səslənən tələblərə, hələlik, rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

8 mart - Beynəlxalq Qadınlar Günüdür. Bu gün Azərbaycanda qeyri iş günü sayılır.

Xatırlatma

Söhbət 2011-ci il mayın 11-də imzalanmaya İstanbulda açıq elan olunduğu üçün "İstanbul Konvensiyası" adı ilə tanınan Avropa Şurasının "Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında" Konvensiyadan gedir.

Qısaca deyilsə, İstanbul Konvensiyası qadınları hər cür şiddətdən, ayrıseçkilikdən qorumağı, qadın və kişilər arasında bərabərliyi təşviq etməyi, bu məqsədlər üçün hərtərəfli tədbirlər hazırlamağı hədəfləyir. Azərbaycan rəsmiləri, hələlik, bu konvensiyaya qoşulmaq niyyətində olmaları ilə bağlı fikir söyləməyiblər.

Prezident: 'Ümid edirik ki, Ermənistan sülh sazişi təklifi ilə bağlı şərhlərimizə…'

Azərbaycan və Latviya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Bu gün, martın 8-də Bakıda səfərdə olan Latviya Prezidenti Eqils Levits Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşüb.

"Mən Latviya prezidentini Cənubi Qafqazda vəziyyətlə, xüsusən də Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması ilə bağlı məlumatlandırdım. Ümid edirik ki, Ermənistan sülh sazişi təklifi ilə bağlı şərhlərimizə müsbət cavab verəcək", - Əliyev Levits ilə görüşdən sonra mətbuata bəyanatında bildirib.

Dövlət başçısı sonra da deyib: "Biz bir az öncə beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan təklifimizi verdik. Sonra Ermənistandan şərhləri aldıq və onların şərhləri ilə bağlı öz şərhlərimizi göndərdik. Bu, baxılma prosesindədir".

Amma o, şərtlərin detallarını açıqlamayıb.

Xankəndidə Rusiya sülhməramlılarına qarşı aksiya keçirilib
Gözlə

No media source currently available

0:00 0:02:26 0:00

Azərbaycan rəsmiləri Qarabağı daxili məsələ sayır, regiondakı erməni əhalinin ölkənin bütün vətəndaşları ilə eyni hüquqlara malik olduğunu bildirirlər. Onlar hesab edirlər ki, Qarabağ məsələsi sülh sazişi layihəsinə salınmamalıdır. Amma Ermənistan rəsmiləri Qarabağın təhlükəsizliyini də önə çəkirlər. Hərçənd, Qarabağ məsələsinin sülh sazişinə salınması haqda Ermənistan tərəfdən son vaxtlar fərqli açıqlamalar da gəlir. Ölkənin yüksək rütbəli bəzi məmurları bu məsələnin sülh sazişinə salınmaması haqda da bəyanatlar səsləndiriblər.

Son illər müəyyən fasilələrlə Azərbaycanla Ermənistan arasında həm Rusiya, həm də Avropa İttifaqının vasitəçiliyi ilə sülh danışıqları aparılıb.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin il Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Şikayətçi: 'Kasıb-kusuba status düşmür?'

Aksiya

Özlərini İkinci Qarabağ müharibəsinin iştirakçıları kimi təqdim edən bəzi şəxslər bu gün, martın 7-də Bakıda Müdafiə Nazirliyinin önündə şikayətlərini dilə gətiriblər. Şikayətçilərin sözlərinə görə, onlar veteran statusu ala bilmirlər.

"Müraciət etsək də, imtina gəlib. Elə adamlar olub ki, iş yeri olduğu halda göndərilib, qayıdanda geri götürməyiblər ki, "sənin başında kontuziya var". Veteran pulu olan 80 manatı da istəmirik, sadəcə istəyirik ki, bizə status verilsin", - onlardan biri vurğulayıb.

20 nəfərə yaxın şikayətçi qeyd edib ki, müharibə iştirakçısı statusunun verilməsində ayrıseçkilik var: "Biz torpaq üstündə yatmışıq, bizə status vermirlər, tanışı olanlar artıq veteran kitabçasını alıb. Deməli, kasıb-kusuba status düşmür?".

"Birinci sinif şagirdi deyilik ki,…"

Onlardan Mustafayev Nicat isə bildirib ki, 2020-ci ilin sentyabrında elan edilən səfərbərlik ilə xidmətə gedib: "Medalla təltif olunmuşam. Hərbi biletimdə də var... Müdafiə Nazirliyinə gələndə mənə dedilər ki, bu medal sizə həvəsləndirmək üçün verilib. Biz birinci sinif şagirdi deyilik ki, bizi həvəsləndirmək üçün medal verilsin".

Bu şikayətlərlə bağlı, hələlik, Müdafiə Nazirliyindən münasibət almaq mümkün olmayıb. Amma bundan əvvəl da eyni şikayətlə bir neçə dəfə aksiya keçirilib. Onda rəsmilərdən şikayətlərin araşdırıldığı ilə bağlı açıqlama olub.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin il Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Yel çərşənbəsidir

Bakıda Novruz şənliyi. Foto arxiv

Martın 7-si Novruzun üçüncü, xalq arasında "Külək oyadan çərşənbə", "Küləkli çərşənbə" kimi tanınan Yel çərşənbəsidir.

Novruz bayramına dörd həftə qalmış dörd ünsür - su, od, yel və torpaqla bağlı çərşənbələr ardıcıl olaraq həftənin ikinci günləri təntənəli şəkildə keçirilir.

Martın 14-də isə axırıncı - Torpaq çərşənbəsi qeyd olunacaq.

2023-cü il üçün yaz fəslinin Azərbaycana gəlişi martın 21-i Bakı vaxtı ilə saat 01:24:24-ə təsadüf edəcək.

Davamı

XS
SM
MD
LG