Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:44

ABŞ təhlükəsizlik agentliyi Merkeli ‘izləyib’ – media


Angela Merkel (solda) ABŞ-ın keçmiş prezidenti Barak Obama, 2015-ci il
Angela Merkel (solda) ABŞ-ın keçmiş prezidenti Barak Obama, 2015-ci il

Təhqiqata görə, NSA İsveç, Norveç, Fransa və Almaniyada aparıcı rəsmiləri izləmək üçün Danimarkanın informasiya kabellərindən istifadə edib

Birləşmiş Ştatların Milli Təhlükəsizlik Agentliyi (NSA) 2012-ci ildən 2014-cü ilədək Almaniya Kansleri Angela Merkel daxil olmaqla Avropanın aparıcı siyasətçilərini izləyib. Danimarka və Avropa mediası bu işin Danimarka kəşfiyyatının köməyilə gerçəkləşdirildiyini yazır.

Casusluq necə həyata keçirilib

Media Danimarka Müdafiə Kəşfiyyatı Xidmətinin 2015-ci ildə NSA-nın tərəfdaşlıqda roluna dair daxili təhqiqatının nəticələrini yayıb. Mayın 30-da Danimarkanın DR dövlət televiziyası təhqiqata çıxışı olan, adını çəkmədiyi doqquz mənbəyə istinad edib.

NSA Danimarka hərbi kəşfiyyat bölməsi ilə əməkdaşlıqdan yararlanırmış, DR bildirib.

Təhqiqata görə, NSA İsveç, Norveç, Fransa və Almaniyada aparıcı rəsmiləri izləmək üçün Danimarkanın informasiya kabellərindən istifadə edib. Rəsmilər sırasında Merkel, Almaniyanın keçmiş xarici işlər naziri Frank-Valter Ştaynmeyer də olub.

İsveç, Norveç, Niderland və Britaniyaya gedib-gələn sualı internet xətlərinin quru kabel stansiyalarından bəziləri Birləşmiş Ştatların yaxın müttəfiqi olan Danimarkada yerləşir. İddialara görə, casusluq üçün Kopenhagen yaxınlığındakı adada xüsusi data mərkəzi tikilibmiş.

Reaksiyalar

DR bildirir ki, 2019-cu ilin iyununda vəzifəyə keçmiş Danimarkanın Müdafiə naziri Trayn Bramsen 2020-ci ilin avqustunda casusluq haqda bilgiləndirilib.

Bramsen telekanala deyib ki, “yaxın müttəfiqləri sistematik dinləmək qəbuledilməzdir”.

NSA və Danimarka Müdafiə Kəşfiyyatı Xidməti məsələni şərh etməyib.

Almaniya kanslerinin sözçüsü isə bildirib ki, iddialardan jurnalistlər soruşanda xəbər tutublar və əlavə şərh verməyib.

Almaniya hökuməti mayın 31-də məlumatı izlədiyini bildirib.

Fransanın Avropa naziri Klemen Bon iddiaların “həddən artıq ciddi” olduğunu deyib.

Faktlar “yoxlanılmalıdır” və “əməkdaşlıq baxımından nəticələr çıxarılmalıdır”, Bon France Info radiosuna deyib.

“Müttəfiqlər arasında inam olmalıdır”, – o, sözlərinə əlavə edib.


İsveçin Müdafiə naziri Piter Hultqvist yerli SVT televiziyasına deyib ki, “bu məsələlər üzrə tam məlumat tələb edir”. O, Danimarkanın iddiaları izah etməli olduğunu vurğulayıb.

“Məsələnin açılmasını istəyirik”, – deyən Hultqvist “müttəfiqləri dinləməyin qəbuledilməz olduğunu” söyləyib.

Norveçin Müdafiə naziri Fransk Bakke-Jensen isə NRK televiziyasına “iddiaların ciddi qəbul edildiyini” bildirib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG