Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:42

G7 vaksin pasportlarını 'tanısın'


Boris Conson G7 sammitinə gedir, 5 may, 2021-ci il
Boris Conson G7 sammitinə gedir, 5 may, 2021-ci il

“Elə qaydalar olmalıdır ki, sərhədlərarası təchizatda fasilə yaranmasın, gələcəkdə bizə lazım olacaq şeylər üçün təchizat zəncirini təmin edək”, – Conson vurğulayıb

Britaniyanın Baş naziri Boris Conson deyir ki, zəngin ölkələrin Böyük Yeddilik (G7) sammitində COVID-19 vaksin pasportları və qlobal pandemiyaya hazırlıq sazişi üzrə razılaşma əldə olunmasını istəyir.

“Vaksin pasportları, COVID status şəhadətnaməsi və qalan məsələlər üzrə razılaşma əldə etməliyik”, – Conson mayın 30-da Kanadanın CBC ictimai televiziyasına deyib.

“Bu məsələylə bağlı üzrə G7 səviyyəsində bir növ razılaşma olmalıdır, səyahət, pasport məsələlərinin necə həyata keçiriləcəyi ilə bağlı”, – o söyləyib.

“Elə qaydalar olmalıdır ki...”

Britaniya dünyada pandemiyanın ən çox zərbə vurduğu ölkələrdəndir. Amma vaksinasiyanın sürətlə aparılması yoluxmaların azalmasına, iqtisadiyyatın əsasən açılmasına səbəb olub.

Consonun sözlərinə görə, pandemiya qlobal əməkdaşlıqda problemləri üzə çıxardı, hər bir ölkə şəxsi qoruyucu ləvazimat və vaksin əldə etməyə çalışdı, ayrı-ayrı ölkələrdə karantin və lokdaunlar tətbiq olundu, təchizat zəncirləri pozuldu.

“Fikrimcə, bizə pandemiyaya hazırlıq üzrə qlobal saziş lazımdır”, – o deyib.

“Elə qaydalar olmalıdır ki, sərhədlərarası təchizatda fasilə yaranmasın, gələcəkdə bizə lazım olacaq şeylər üçün təchizat zəncirini təmin edək”, – Conson vurğulayıb.

O, zəngin ölkələrin azgəlirlilərlə vaksin paylaşmasının vacibliyini qeyd edib.

“Hər kəs təhlükəsiz olmayınca heç kəs təhlükəsiz olmayacaq. G7-dən istədiyimiz odur ki, bütün dünyanı 2024, yaxud 2025-ci iləcən peyvənd etmək əvəzinə… bunun gələn ilin, 2022-ci ilin sonunadək bitməsi üzrə razılaşma əldə etsin”, – Conson bildirib.

İyunun 11-13-də İngiltərədə G7 sammiti keçiriləcək. Bu qrupa ABŞ, Kanada, Yaponiya, Britaniya, Fransa, Almaniya və İtaliya daxildir.

Əhalinin cəmi bir faizinə peyvənd vurulub

Bu arada Cənubi Afrikada virusun üçüncü dalğasına qarşı COVID-19 qadağaları tətbiq olunur.

“Virusun yayılmasını yubatmaq ona görə vacibdir ki, üçüncü dalğa pik həddinə çatmamışdan daha çox adam peyvənd olunsun”, – Prezident Kiril Ramafoza deyib.

İndiyədək əhalinin cəmi bir faizinə peyvənd vurulduğu bildirilir.

Vyetnamın sıx məskunlaşmış Hoşimin şəhərində isə əhalinin kütləvi test olunmasına hazırlıq gedir. Yoluxmalar artdığından iki həftəlik sosial məsafə qaydasının tətbiqinə başlanır.

Bu ölkə virusu əsasən nəzarətə almışdı, amma son vaxtlar yoluxmalarda artım var.

Səhiyyə Nazirliyinin mayın 29-da açıqlamasına görə, COVID-19-un yeni, daha yoluxucu ola biləcək variantı aşkarlanıb, onda həm Britaniya, həm də Hindistan ştammlarının əlamətləri var.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG