Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 21:45

Cümhuriyyət ənənələri indi necə qorunur ?  


Azərbaycan Respublikasının 102 illiyi, Bakı 28 may 2020
Azərbaycan Respublikasının 102 illiyi, Bakı 28 may 2020

Milli Məclisin sonuncu yığıncağında spiker Sahibə Qafarova “Azərbaycan Xalq Cümhuriyyətinin yaratdığı ənənələr Azərbaycan dövlətinin fəaliyyətində əksini tapır” deyə söyləyib.

Spikerin açıqlaması bir sıra sualları gündəmə gətirib. Beləliklə “ Azərbaycan Xalq Cümhuriyyətinin yaratdığı ənənələr Azərbaycan dövlətinin indiki fəaliyyətində nə dərəcdə əksini tapır və yaxud respublika dəyərləri indi nə dərəcədə qorunur“ suallarıyla ekspert və siyasətçilərə müraciət etdik.

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli AzadliqRadiosunun deyib ki, Azərbaycan 1991-ci ildə Müstəqillik Aktını qəbul edərkən hər nə qədər AXC-nin hüquqi varisi olduğunu bəyan etsə də, ötən müddətdə həmin respublikanın adı və atributları istisna olmaqla, hüquqi-siyasi sistem etibarı ilə çox fərqli nəticələrin şahidi olduq:

“Parlamentarizm ənənələrinin çökməsi... ”

Anar Məmmədli, 2019
Anar Məmmədli, 2019

“Xüsusilə də indiki dönəmdə parlamentarizm ənənələrinin çökməsi, demokratik idarəçilik ənənəsinin böhran keçirməsi hüquqi-siyasi aspektdə birinci respublikayla üçüncü respublika arasında oxşarlıqların xeyli az olduğunu göstərir. Amma ad və atributlar etibarı ilə birinci respublikadır, bu anlamda varisdir”.

“Tək partiyalı və tək adam sisteminə daha uyğunuq…”

Anar Məmmədlinin qənaətincə, Azərbaycanda respublika dəyərləri qorunmur:

“Respublika dəylərləri xalq hakimiyyəti, yerli idarəçilik, məhkəmə-hüquq sistemidir, məhkəmələrin, parlamentin müstəqilliyidir, icra hakimiyyətinin fəaliyyəti üzərində məhkəmələrin, parlamentin nəzarətidir. Bu kimi dəyərlər təmin olunmalıdır, çünki bunlar sırf respublikaçılıq dəyərlərinin içindədir. Təəssüf ki, biz respublika dəyərlərindən xeyli uzaqlaşmış vəziyyətdəyik. Bütün bu problemlər bizi ikinci respublika olan sovet dövrünün respublikası ilə müqayisə etməyə imkan verir. Tək partiyalı və tək adam sisteminə daha uyğunuq…”.

Bu bayrağı Rəsulzadə özü tikib
Gözlə

No media source currently available

0:00 0:01:05 0:00

Amma Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı isə bu mövzu ilə bağlı “Turan’’ İnformasiya Agentliyinə açıqlamasında əksinə düşündüyünü bildirib. Onun fikrincə, AXC-nin ənənələri Azərbaycan dövlətinin fəaliyyətində birmənalı şəkildə əksini tapır:

“Azərbaycan dövləti hər zaman qarşılarında baş əydiyimiz…”

Fəzail Ağamalı, 13 mart 2013
Fəzail Ağamalı, 13 mart 2013

“Bu gün Azərbaycan dövləti hər zaman qarşılarında baş əydiyimiz cümhuriyyət qurucularının yaratmış olduqları dövlətin ənənələrini yüksək səviyyədə davam etdirir, dövlətçiliyimizi gücləndirir, onun beynəlxalq nüfuzunu artırır. Hər birimizin xüsusi olaraq düşüncələrimizi məşğul edən və hər bir Azərbaycan vətəndaşının qürur və şərəf anının yaşadığı gün reallaşdı. Bu günü 44 günlük Zəfər müharibəsində (ötən il baş verən İkinci Qarabağ müharibəsini nəzərdə tutur) xilaskar Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında igid əsgər və zabitlərimiz reallaşdırdı”.

Onun fikrincə, bu da məhz Azərbaycanın gücünün daha ciddi bir ifadəsidir.O,əlavə edib ki, o vaxt bolşevik qoşunlarının Bakıya girməsi və Cümhuriyyətin süqutuna nail olmasının ən mühüm şərtlərindən biri həmin zaman kəsiyində Azərbaycan Milli Ordusunu Qarabağda işğalçılar ilə döyüşdə olması idi :

“ Respublikanın ənənələri və dəyərləri yüksək səviyyədə qorunur”

“ O vaxt bolşeviklərə silahlı müqavimət göstərəcək ordumuzun hamısı Qarabağdaydı. Artıq işğal olunmuş torpaqlarımızın mütləq əksəriyyəti geri qaytarılıb. Hazırda kiçik bir hissədə ermənilər yaşayır, tamamilə əminəm ki, yaxın zamanlarda həmin ərazilərin də sahibi kimi biz öz suverenliyimizi tamamilə bərpa edəcəyik”

"Nağıl kimi Cümhuriyyət"
Gözlə

No media source currently available

0:00 0:16:45 0:00

F.Ağamalı bildirib ki, respublikanın ənənələri və dəyərləri yüksək səviyyədə qorunur:

“Təsadüfü deyil ki, Azərbaycan dövləti 1918-1920-ci illərdəki cümhuriyyətin varisidir. Varis kimi üzərinə düşən bütün vəzifələr uğurla yerinə yetirilir, Azərbaycan həqiqətən dahi insanların qurmaq istədikləri dövlət səviyyəsində özünü təsdiq edir”.

2020-ci ildə, 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti ələ alıb. Onda həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Qarabağ münaqişəsi müasir mərhələdə (Əslində kökü Çar Rusiyasi dövrünə dayanır) Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Dərsliklərdə Cümhuriyyət haqda məlumatlar ildən-ilə azalır
Gözlə

No media source currently available

0:00 0:03:20 0:00

Xatırlatma

Dünən, mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin (XC) yaranmasının 103 ili tamam oldu.Xalq Cümhuriyyətinin paytaxtı əvvəlcə Tbilisi, daha sonra Gəncə olub. 1918-ci il sentyabrın 15-də Bakı "Sentrokaspi" Diktaturasından azad edildikdən sonra Xalq Cümhuriyyətinin paytaxtı ora köçürülüb.Bu dövlət Şərq ölkələri arasında ilk dəfə qadınlara səsvermə hüququ tanıyıb.

1918-ci il noyabrın 9-da onun üçrəngli bayrağı qəbul edilib. Məhz XC dövründə Azərbaycanda ilk ali məktəb açılıb.

23 aylıq fəaliyyətdən sonra 1920-ci il aprelin 27-də Rusiya Azərbaycanı işğal edib.

1991-ci il noyabrın 18-də Azərbaycan öz müstəqilliyini yenidən bəyan edib. Həmin vaxt Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisi elan edilib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG