Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:02

Azərbaycandan 14 milyon funt sterlinq gətirmiş ər-arvadın adları açıqlana bilər


Milli Cinayət Agentliyinin London ofisi
Milli Cinayət Agentliyinin London ofisi

Azərbaycandan Britaniyaya 14 milyon funt sterlinq “çirkli pul” gətirməkdə ittiham olunan ər-arvadın adları açıqlana bilər.

Hakim Vanessa Bareytserin mayın 27-də verdiyi hökmdə deyilir ki, Londonda yaşayan cütlüyün kimliyinin gizli saxlanmasının davam etdirilməsi “açıq ədalət” prinsipi ilə ziddiyyət təşkil edir.

İngiltərənin əsas məhkəmələrindən biri olan Uestminister məhkəməsində sözü gedən ər və arvadın adlarının açıqlanması üçün iddianı Britaniyada çıxan The Evening Standard qəzeti qaldırıb.

Bu işin üstünü açmış Britaniya Milli Cinayət Agentliyi (NCA) də son mərhələdə tələb tərəfinə qoşulub.

NCA cütlüyün 10-dək müxtəlif bank hesablarında olan 6.5 milyon funt sterlinq vəsaitinin müsadirəsinə çalışır.

Məhkəmə qərarında deyilir ki, cütlüyə qarşı iddiaların tam detallarının üzərindən məxfilik qaldırılır.

7 günlük güzəşt

Hakim güzəşt olaraq indiyədək yalnız X və Y kimi təqdim olunan ər və arvadın adlarının açıqlanmasınadək yeddi gün vaxt qoyub.

Onlar bu müddət ərzində qərara ədliyyə baxışının keçirilməsini təşkil edə bilərlər.

Cütlüyün vəkilləri bildiriblər ki, onlar məxfiliyin qaldırılmasına Ali Məhkəmə səviyyəsində qadağan qoyulmasına və qərara ədliyyə baxışı keçirilməsinə nail olmaq istəyirlər.

Vəkillərin iddiasına görə adların açıqlanması başqa məhkəmə baxışlarını təsirləndirə bilər.

The Evening Standard yazır ki, vəkillərin vəsatəti uğursuz olarsa X və Y-in adları gələn həftə ictimailəşdiriləcək.

“Bürünc lövhə şirkətləri”

Milli Cinayət Agentliyi cütlüyü Seyşel adalarından tutmuş Londonun Potters Bar məhəlləsinədək ən müxtəlif yerlərdə “adı yalnız bürünc lövhələrdə olan” şirkətlərin qəliz şəbəkəsindən istifadə etməklə Azərbaycandakı “hakim elitanın” qanunsuz pulunu yumaqda ittiham edir.

NCA iddia edir ki, sözü gedən pul Estoniya və Latviyadakı bank hesablarından Britaniyadakı Coutts, Barclays, Lloyds, Santander və Metro Bank hesablarına köçürülüb.

NCA bundan əvvəl keçirilən dinləmədə iddia etmişdi ki, sözü gedən pulu pərdələmək məqsədilə guya polad alış-verişi ilə bağlı 500 milyon funt sterlinqlik saxta ödəniş tələbnamələri düzəldilib.

Agentlik bunu da bildirib ki, sözü gedən ər-arvadın hesablarına pul köçürən şirkətlərdən bir neçəsi “Azərbaycanın pulyuyan maşını” kimi tanınan mexanizmdə də iştirak edib.

İki illik mübarizə

İddia edilir ki, bu maxinasiya vasitəsilə “Azərbaycan elitasının korrupsiya vasitəsilə əldə etdiyi milyardlarla funt sterlinq daşınmaz əmlakın alınması və xaricdə dəbdəbəli həyat tərzi üçün Qərb banklarına ötürülüb”.

Məqalədə deyilir ki, The Evening Standard qəzeti bu ər və arvadın adları üzərindən məxfiliyin qaldırılması üçün iki ilə yaxın müddətdə məhkəmə çəkişmələrindədir.

Qəzet bildirir ki, onun məqsədi həm də başqa mediaların “çirkli pulları” faş etməsini asanlaşdırmaqdır.

Sözü gedən ər və arvad ittihamları rədd edir və bank hesablarındakı pulun müsadirə olunmaması üçün mübarizə aparırlar.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG