Keçid linkləri

Təcili xəbərlər
2021, 13 İyun, bazar, Bakı vaxtı 19:28

Suriyadakı düşərgədən Azərbaycana 14 uşaq gətirilib


Suriyadakı düşərgələrdən birində uşaqlar (Arxiv fotosu)

Bugün, mayın 27-də Suriya Ərəb Respublikasının Cerablus şəhərindəki Amerna düşərgəsində saxlanan 20 Azərbaycan vətəndaşının vətənlərinə repatriasiyası həyata keçirilib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, onların 6-sı qadın, 14-ü isə uşaqdır:

"Türkiyə Respublikasının müvafiq dövlət qurumları ilə aparılmış müştərək fəaliyyət nəticəsində cari ilin 25 may tarixində Suriyada olan sözügedən vətəndaşlarımızın Türkiyə Respublikasına sərhəd keçidi təmin edilib. Türkiyə Respublikasına ezam edilmiş nümayəndə heyəti tərəfindən 2021-ci ilin 26 may tarixində qadın və uşaqların ilkin tibbi və psixolojı müayinəsi keçirilib, onlara zəruri yardım göstərilib”.

Açıqlamaya görə, bu prosesin reallaşmasında Türkiyə Respublikası tərəfindən göstərilmiş yardım xüsusilə qeyd olunmalıdır.

Xatırlatma

Bundan əvvəl də həm İraqdan, həm də Suriyadan onlarca Azərbaycan əsilli uşaqların Azərbaycana gətirilməsi ilə bağlı rəsmi açıqlamalar olub.

Onların validynlərinin Azərbaycandan həmin ölkələrə getdikləri bildirilirdi.

2011-ci ildən Suriyada vətəndaş müharibəsi başlayıb.

Həmin müharibə böyük itkilər və dağıntılarla müşahidə edilib.

Şərhlər

XS
SM
MD
LG