Keçid linkləri

2024, 24 May, Cümə, Bakı vaxtı 20:22

Virusun laboratoriyadan sızma versiyası niyə ağlabatan sayılır – Qərb mediası


Vuhandakı laboratoriya
Vuhandakı laboratoriya

Laboratoriyadan sızma versiyası ilə bağlı ən son hadisə 18 tanınmış alimin “Science” jurnalına məktubu oldu

Dünyada 3 milyondan çox insanın həyatına son qoymuş koronavirusun mənşəyi hələ də sirr olaraq qalır. Ancaq son aylar virusun Vuhan Virusologiya İnstitutundan (VVİ) sızması versiyası yenidən gündəmə gəlib, onun mümkünlüyünə dair fikirlər səslənib. Halbuki vaxtilə bu versiyanı gülünc konspirologiya sayanlar vardı. “The Washington Post” qəzetində sözügedən ehtimal ətrafında baş verənlərin xronologiyası təqdim olunur.

Səbəblər

Müəllif Qlen Kesler yazır ki, əvvəla, virusun təbii mənşəyini aşkarlamaq cəhdləri alınmayıb. İkincisi, ilkin dönəmdə laboratoriyadan sızma versiyası virusun biosilah kimi yaradılması spekulyasiyası ilə qarışırdı. Buna görə də alimlər asanlıqla laboratoriya versiyasını kənara qoyurdular. Amma Çin tərəfdən şəffaflığın olmaması, Vuhandakı laboratoriyaya diqqətin artması bəzi alimləri bu versiyanı çıxdaş etməkdə tələsdiklərini dilə gətirməyə vadar edib.

Vaxtilə Senator Tom Koton Vuhandakı laboratoriyanı göstərərək Çindən cavab tələb edirdi. “O haqlı çıxarsa adı tarix kitablarına düşəcək”, – müəllif yazır. Tramp administrasiyası laboratoriya ssenarisini üzə çıxarmağa çalışsa da yalnız ümumi, o qədər də aydın olmayan kəşfiyyata istinad edirdi. Digər tərəfdən, Tramp administrasiyasının mesajı arxasında antiçin ritorikası dayanırdı.

Laboratoriyadan sızma versiyası ilə bağlı ən son hadisə 18 tanınmış alimin “Science” jurnalına məktubu oldu. Onların fikrincə, yeni araşdırma lazımdır, çünki “həm laboratoriyadan təsadüfi sızma, həm də heyvanlar vasitəsilə yayılma versiyaları ağlabatandır”.

Turizm sektorunun itkisi

“The Associated Press” agentliyi isə turizmdən asılı ölkələrin pandemiyanın zərbə vurduğu iqtisadiyyatlarını dirçəltmək naminə sərhədləri açmaq üçün yarışmalarından yazır.

Dünya Səyahət və Turizm Şurasının hesablamasına görə, ötən il bu sektorun itkisi 4.5 trilyon dollar və 62 milyon iş yeri olub. Ötən il hava nəqliyyatı şirkətləri 126 milyard dollar itiriblər və bu ilin itkisi 48 milyard dollar ola bilər.

Agentlik yazır ki, COVID-19-a qarşı vaksinasiya sürətləndikcə bir çox ölkə rəsmiləri turist qəbulu üçün tələsir.

“Yay bazarların çoxu, özəlliklə Avropa və Britaniya üçün güclü mövsümdür. Qadağaların yüngülləşəcəyinə ümid edirik”, – Dünya Səyahət və Turizm Şurasının müvəqqəti lideri Virciniya Messina deyib.

Kiprdə otel meneceri Konstantinos Viktoras son iki həftədə ölkədə yoluxma səviyyəsinin xeyli azaldığını qeyd edib. Amma onun fikrincə, durum iyunun sonuna tam aydınlaşar. “Hazırda qeyri-müəyyənlik çox böyükdür”, – o vurğulayıb.

İsveçdən bir cütlük isə agentliyə deyib ki, pandemiyadan yorulduqlarından adaya tətilə gediblər. Onların sözlərinə görə, adamlar sadəcə, öz həyatlarını yaşamaq, normal tempə qayıtmaq istəyirlər.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG