Keçid linkləri

Təcili xəbərlər
2021, 12 İyun, şənbə, Bakı vaxtı 14:51

Erməni politoloq: Rusiyanın məqsədi Azərbaycanı KTMT-yə üzv etməkdir


Ruben Mehrabyan

AzadlıqRadiosunun Erməni xidməti Azatutyun yazır ki, rəsmi Yerevan Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenkonun Ermənistanda hay-küyə səbəb olmuş bəyanatına sükutla reaksiya verdiyi bir vaxtda bu məsələ ölkənin ekspert icmasında ciddi müzakirə olunur.

Rudenko demişdi ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının qapıları Azərbaycan üçün də açıq olmalıdır.

Məqalədə deyilir ki, Ermənistanın əksər ekspertlərinin fikrincə istər 44 günlük müharibə ərzində, istərsə də indi Rusiyanın fəaliyyətsizliyindən məqsəd Azərbaycanın Kremlin rəhbərliyi altında olan bu hərbi bloka cəlb edilməsi olub.

Ermənistanın tanınmış şərhçilərindən Ruben Mehrabyanın iddiasına görə, Rusiyanın, münaqişənin tənzimlənməməsinə, 200-dək erməni əsirin hələ də Azərbaycanda olmasına baxmayaraq Ermənistan və Azərbaycan arasında sərhədin delimitasiyasına dair sənədə qol çəkilməsini təklif etməsindən məqsəd İlham Əliyevə KTMT üzvlüyünün təklif olunmasıdır:

“Bugün ruslar bizim nominal müttəfiqimiz ola-ola Azərbaycan gündəliyini formalaşdırırlar, bu gündəliklə razılaşırlar və bu gündəliyi bizim ziyanımıza reallaşdırırlar. İkincisi, onlar Ermənistan Respublikasının beynəlxalq arenadakı mövqelərini sarsıdır, bizim xarici aləmlə təmasımızı məhdudlaşdırırlar”.

Son beş ildə üç müharibə

Azatutyun yazır ki, son beş ildə Ermənistan Azərbaycanla üç dəfə müharibə aparıb. Söhbət 2016-cı ildəki 4 günlük müharibədən, Tavuş rayonu ilə sərhəddə ötənilki toqquşmalardan və 44 günlük müharibədən gedir.

Ekspertlər bildirirlər ki, bu müharibələrin hamısında həm də KTMT-nin üzvü olan Ermənistanın ərazisinə mərmi atılıb və artilleriya zərbələri endirilib.

Lakin bütün bunlara baxmayaraq hazırkı sərhəd gərginliyi vaxtında da Rusiya və KTMT-nin başqa üzvləri Ermənistana birbaşa dəstək verməkdən boyun qaçırıblar, əvəzində Azərbaycana iri həcmdə hücum silahları satıblar.

Kremlin susqunluğu

Məqalədə deyilir ki, Kremlin hazırkı sükutu mayın 12-dən davam edir. İddia edilir ki, həmin gündən etibarən Azərbaycan silahlı qüvvələri azı üç istiqamətdən Ermənistan ərazisinə daxil olublar və həmin əraziləri tərk etməkdən imtina edirlər.

Bu da qeyd olunur ki, 44 günlük müharibədən yarım il keçməsinə və bu barədə Vladimir Putinin vasitəçiliyi ilə imzalanmış 9 noyabr 2020-ci il üçtərəfli bəyanatında müddəa olmasına baxmayaraq Azərbaycan erməni əsirləri də qaytarmaqdan imtina edir.

Azatutyun xatırtladır ki, belə bir ab-havada Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko İzvestiya qəzetində dərc olunmuş müsahibəsində deyib:

“Azərbaycan da daxil, başqa ölkələrə gəlicə isə, KTMT-nin qapıları hamı üçün açıq olmalıdır. Üzvlüyə daxil olmağa təşkilatın Nizamnaməsinə görə, yeganə, üzvlər arasında diplomatik münasibətlərin olmaması mane ola bilər. Hələki Azərbaycan və Ermənistan arasında belə münasibətlər yoxdur. Bu münasibətlər qurulanda, biz ümid edirik ki, bu gec-tez baş verəcək, bu məsələ də bu və ya digər şəkildə praktik müstəviyə çıxa bilər”.

Şərhlər

XS
SM
MD
LG