Keçid linkləri

2024, 18 May, şənbə, Bakı vaxtı 21:09

Bayden Putinlə iyunun 16-da Cenevrədə görüşəcək


Co Bayden (solda) və Vladimir Putin
Co Bayden (solda) və Vladimir Putin

ABŞ prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putinlə Cenevrədə, iyunun 16-da görüşəcək.

Bu, Bayden prezident olandan bəri onların ilk üzbəüz görüşü olacaq.

Bu barədə məlumat Vaşinqton və Moskva tərəfindən təsdiq olunub.

Ağ Evin bəyanatında deyilir ki, “liderlər iki ölkənin münasibətlərində aydınlığın bərpasını” və stabilliyin əldə olunmasını müzakirə edəcəklər.

Kremlin bəyanatında deyilir ki, Moskva Vaşinqtonla Rusiya-Amerika münasibətlərinin indiki vəziyyətini və perspektivlərini, habelə strateji sabitlik, beynəlxalq gündəlikdəki aktual məsələləri, koronavirus pandemiyasına qarşı mübarizəni və regional münaqişələrin həlli məsələlərini müzakirə etmək niyyətindədir.

Ağ Ev rəsmiləri bildirirlər ki, hazırda iki lider arasında görüşün detalları üzərində iş gedir. ABŞ milli təhlükəsizlik müşaviri Ceyk Sallivan və onun rusiyalı həmkarı Nikolay Patruşev bu detalları müzakirə edirlər.

Ağ Evin mətbuat katibi Yen Psaki mayın 25-də deyib ki, Bayden Putinlə görüşündə başqa məsələlərlə yanaşı, Ryanair şirkətinin sərnişin təyyarəsinin məcburən Minskə endirilməsi ilə bağlı problemi də qaldıracaq.

Psakinin sözlərinə görə görüş zamanı habelə Ukrayna ilə bağlı vəziyyət müzakirə olunacaq.

***

Kreml bildirir ki, Prezident Vladimir Putinlə ABŞ-dan həmkarı Co Bayden arasında mümkün sammitlə bağlı “tezliklə” açıqlama veriləcək.

Kremlin sözçüsü Dmitri Peskov mayın 25-də jurnalistlər üçün telekonfrans keçirib. Onun sözlərinə görə, rəqib supergüclər qlobal məsələ olan strateji nüvə sabitliyini, kibertəhlükəsizlik üzrə əməkdaşlıq ehtiyacını müzakirə etməlidirlər.

“Strateji sabitlik və silahlara nəzarət dünyada bütün ölkələri narahat edən məsələlərdir. Şübhəsiz, strateji sabitlik və silahlara nəzarət gündəmdə olacaq”, – Peskov vurğulayıb.

Bayden martda Putinin “qatil” olmasına inandığını deyirdi. Bu məsələ diplomatik qalmaqala səbəb oldu, Moskva Vaşinqtondakı səfirini məsləhətləşmələr üçün geri çağırdı. Bayden sonradan bildirdi ki, gələn ay Avropaya planlaşdırılan səfəri zamanı Putinlə görüşmək istərdi.

İki siyasətçi əvvəllər görüşsələr də Bayden yanvarda prezident postuna keçəndən sonra bir araya gəlməyiblər.

İsveçrə qəzetinin mayın 24-də yazmasına görə, mənbələr sammitin bu ölkədə keçiriləcəyini bildirib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG