Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:52

İngiltərənin müdafiə naziri Rusiyanı ölkəsi üçün 'bir nömrəli təhlükə' adlandırır


Arxiv foto
Arxiv foto

İngiltərə Müdafiə Naziri Ben Vallase Rusiyanın hərəkətlərini İngiltərənin təhlükəsizliyi üçün "bir nömrəli təhdid" adlandırıb.

The Telegraph-a verdiyi müsahibəsində, Rusiyanın mütəmadi olaraq İngiltərə sahillərinə hərbi gəmilər göndərdiyini deyən nazir Moskvanı birbaşa İngiltərəyə qarşı yönəlmiş bir sıra əməliyyatlarda günahlandırıb.

Nazir keçən il İrlandiya dənizində bir Rusiya sualtı qayığının göründüyünü vurğulayır və o, bunu ən azı son bir neçə ildə təsdiqlənmiş hadisə adlandırır. Nazir bu sualtı qayığdan əlavə 2020-ci ildə daha yeddi rus hərbi gəmisinin İngiltərə sahillərinə yaxınlaşdığını bildirir.

Qəzet qeyd edir ki, ümumiyyətlə Rusiya hərbi gəmiləri ya Şimal dənizində olur, ya La-Manş kanalından keçir. Bəzən onları İngiltərə gəmiləri müşayiət edir. Vallase-yə görə, Rusiya gəmiləri "bütün sahil boyunca dolaşır".

"Biz gərginliyi azaltmağa çalışmışıq, müxtəlif metodlardan istifadə etmişik, amma indi Rusiya yanaşmasını dəyişənə qədər bütün bunların nəyə gətirib çıxara biləcəyini təxmin etmək çətindir" deyə nazir bildirib. Müasir Rusiya Solsberidə İngiltərə vətəndaşını "Noviçok" la zəhərlıyib öldürülməsinin məsuliyyətini daşıyır".

Söhbət əvvəllər Rusiya agentləri tərəfindən keçmiş GRU polkovniki Sergey Skripal və qızına qarşı istifadə edildiyi iddia edilən Noviçok-la zəhərlənərək 2018-ci ildə vəfat edən bir İngilis vətəndaşından gedir.

"İngiltərə hərbi potensialına görə lider dövlətlərdən biri olaraq dünya səhnəsinə qayıdır. Bu yaxınlarda İngiltərə Hərbi Dəniz Donanmasının təyyarə daşıyan Kraliça Elizabet gəmisi ilk hərəkətinə başlayıb" deyə nazir bildirib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG