Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:31

İsrail və fələstinlilər qələbəni qeyd edir


Fələstinlilər bayram edir
Fələstinlilər bayram edir

Bayden Netanyahu ilə altı dəfə, Fələstin torpaqlarının lideri Mahmud Abbasla da danışdığını deyib

Minlərlə fələstinli Qəzzədi 11 günlük qarşıdurmadan sonra atəşkəsin qüvvəyə minməsini qeyd edib. Həmas silahlı qruplaşması ilə İsrailin qarşılıqlı raket zərbələrində çoxu fələstinli olmaqla 200-dən çox ölən olub.

Mayın 21-də səhər onminlərlə fələstinli Yerusəlimdəki ƏL-Əqsa məscid kompleksində adətən cümə namazına gedir. Bir neçə gün öncə məhz bu ərazidə yaranan gərginlik zorakılıqla nəticələndi.

ABŞ Prezidenti Co Bayden Misirin vasitəçiliyi ilə əldə olunmuş atəşkəsi alqışlayıb. Onun sözlərinə görə, atəşkəs ABŞ, Misir, Fələstin hakimiyyəti və digər Yaxın Şərq ölkələri arasında yüksək səviyyəli gərgin danışıqlar nəticəsində mümkün olub.

Netanyahu tənqid olunur

Bayden Misir hökumətinin razılaşmanın əldə olunmasında vacib rol oynadığını bəyan edib.

Atəşkəs gecə saat 2-də qüvvəyə minincə minlərlə insan Qəzzədə küçələr çıxıb. Gənclər Fələstin və Həmasın bayraqlarını qaldırıb, şirni paylayıb, siqnal basıb, atəşfəşanlıq ediblər. Şərqi Yerusəlimdə və İsrailin tutduğu Qərb sahildə də şənliklər olub.

İsrailin Baş naziri Bencamin Netanyahu isə sağ qanad bazasının ittihamları ilə üzləşib, onu müharibəni çox tez dayandırmaqda suçlayıblar.

İsrail yüzlərlə raket zərbəsi nəticəsində Həmasa ağır zərbə vurduğunu iddia edir, amma Həmasın atdığı raketlərin qarşısını tamamilə ala bilməyib.

Xeyli sayda fələstinli ailənin sevdiklərini, evini, biznesini itirməsinə baxmayaraq Həmas qələbə çaldığını bildirir. Yüksək işsizlik və koronavirus pandemiyasından əziyyət çəkən ərazi indi yenidən qurulmalıdır.



Blinken regiona səfər edəcək

Avropa Birliyi 21 may bəyanatında atəşkəsi alqışlayıb, böhranın uzunmüddətli “siyasi həll”inə yönəlik cəhdləri artırmaq vədi verib.

ABŞ-ın Dövlət katibi Entoni Blinken yaxın günlərdə regiona səfər edəcəyini, İsrail və Fələstinin xarici işlər nazirləri, regionun digər liderləri ilə görüşəcəyini açıqlayıb.

Bayden Netanyahu ilə altı dəfə, Fələstin torpaqlarının lideri Mahmud Abbasla da danışdığını deyib.

Raket zərbələrinə Şərqi Yerusəlimdən bəzi fələstinlilərin evlərindən çıxarılması planları səbəb olub. Günlərlə çəkən gərginlikdən sonra Həmas İsrailə raket atmağa, İsrail isə mayın 10-dan havadan zərbə kampaniyasına başlayıb.

Qəzzədə çoxlu uşaq və qadın olmaqla 232 nəfər öldürülüb. İsrail tərəfdən ölü sayı 12 olub.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG