Keçid linkləri

2025, 23 May, Cümə, Bakı vaxtı 21:30

Separatçı Abxaziyanın prezidenti Dəməşqdə Əsədlə görüşüb


 Aslan Bjaniya (solda) və Bəşər əl-Əsəd
Aslan Bjaniya (solda) və Bəşər əl-Əsəd

Gürcüstandan qopmuş separatçı Abxaziyanın prezidenti Aslan Bjaniyanın Suriya Ərəb Respublikasına üçgünlük səfəri başa çatıb.

Bjaniyanın mətbuat xidməti bildirir ki, o mayın 19-da Dəməşqdə Suriya prezidenti Bəşər əl-Əsədlə səhər yeməyində olub və bununla da separatçı rejimin dili ilə deyilsə”rəsmi səfərini” başa çatdırıb.

Gürcüstanda bəzi siyasətçilər hökuməti bu səfəri rəsmən pisləmədiyinə görə kəskin tənqid edirlər.

2008-ci ildə Rusiya ilə Gürcüstan arasında baş vermiş qısa müharibənin ardınca Moskva Abxaziyanın və Gürcüstanın daha bir separatçı regionu olan Cənubi Osetiyanın müstəqilliyini tanıyıb.

Suriya Abxaziyanın müstəqilliyini tanıyan ölkələrdən biridir

O vaxtdan bəri çox az sayda ölkə bu iki coğrafi vahidin müstəqiliyini tanıyıb.

Moskvanın yaxın müttəfiqi olan Suriya belə ölkələrdən biridir.

2015-ci ildə Suriya münaqişəsinə hərbi müdaxilə etmiş Rusiya 2008-ci ildən Abxaziya və Cənubi Osetiyada da qoşun saxlayır.

Abxaziya separatçıları 2020-ci ildə Suriya paytaxtında “səfirlik” açıblar.

Rusiya və İran 2015-ci ildə devrilməkdə olan Əsədə həlledici hərbi dəstək verərək onun rejimini xilas ediblər.

Suriya münaqişəsində 400 mindən çox insan həlak olub.

XS
SM
MD
LG