Keçid linkləri

Təcili xəbərlər
2021, 12 İyun, şənbə, Bakı vaxtı 15:12

‘Məişət zorakılığının artması qadınların həyatına təhlükə yaradır’


Bakıda qadınların aksiyası, 8 mart, 2020-ci il

Dövlət Statistika Komitəsi 2020-ci ildə qadınlara qarşı azı 1180 məişət zorakılığı halının qeydə alındığını bildirsə də, fəallar real rəqəmin daha yüksək olduğunu düşünürlər

Azərbaycanda qadınların məişət zorakılığı olmadan, pis rəftar, qısnamasız yaşamaq hüququ var. Ölkədə məişət zorakılığı qalır və qadınlara qarşı zorakılıqla mübarizənin təməl prinsipinə ciddi zərbə vurur. Norveç Helsinki Komitəsinin mayın 20-də açıqladığı hesabatda belə deyilir.

Qurum məişət zorakılığı ilə üzləşənlərin qorumaya və hər addımda dəstəyə ehtiyacı olduğunu vurğulayır. Qeyd olunur ki, Azərbaycan qanunvericiliyindəki boşluqlar, qeyri-adekvat hüquqi qoruma və məişət zorakılığına hüquqi reaksiya qadınların demək olar mühafizəsiz qalması deməkdir.

“Azərbaycan hökuməti vəziyyəti dəyişmək üçün addım atmasa, qadınların həyatını riskə atmağa davam edəcək”, – hesabatda vurğulanır.

Hesabat Azərbaycan hökumətini məişət zorakılığı üzrə beynəlxalq öhdəliklərini yerinə yetirmək üçün təcili tədbirlər görməyə çağırır.

Sənədin 2020-ci ildə Azərbaycanın aparıcı fəalları ilə əməkdaşlıq əsasında hazırlandığı qeyd olunur.

Dövlət Statistika Komitəsi 2020-ci ildə qadınlara qarşı azı 1180 məişət zorakılığı halının qeydə alındığını bildirsə də, fəallar real rəqəmin daha yüksək olduğunu düşünürlər.

Hakimiyyət təmsilçiləri isə ölkədə təməl insan hüquqlarının tam təmin olunduğunu deyirlər. 2020-ci ilin noyabrında ölkədə məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün milli fəaliyyət planı da təsdiqlənib.

Şərhlər

XS
SM
MD
LG