Keçid linkləri

Təcili xəbərlər
2021, 12 İyun, şənbə, Bakı vaxtı 15:16

AİHM Lapşin işi üzrə qərar verdi


Aleksandr Lapşin 2017-ci ildə Belarusdan Bakıya ekstradisiya olundu

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) bloger Aleksandr Lapşinin Azərbaycana qarşı iddiası üzrə qərar verib. Qərarda bu iş üzrə effektiv istintaq aparılmadığı, yetərli və inandırıcı izahat təqdim olunmadığı bildirilir.

Məhkəmə Avropa İnsan Hüquqları Konvensiyasının 2-ci maddəsinin (yaşamaq hüququ) pozulduğunu tanıyır, effektli istintaq aparılmadığını qeyd edir.

İsrail, Rusiya və Ukrayna vətəndaşı olan Lapşin 2017-ci ildə Azərbaycanın işğal olunmuş ərazilərinə səfərdə, bundan ötrü separatçılarla əlaqə qurmaqda ittiham olunurdu. Onun həmçininin səyahət bloqunda səyahət etdiyi dövlətlər arasında Azərbaycan və Ermənistanla yanaşı, Dağlıq Qarabağı da müstəqil dövlət kimi qeyd etdiyi bildirilir.

Sözügedən qərar bloqqerin Azərbaycanda yaşadığı insident üzrə çıxarılıb. Onun həbsdə intihara cəhd etdiyi deyilsə də, ərizəçi bunun məqsədli sui-qəsd olduğunu iddia edib. İnsidentin ertəsi günü Azərbaycan prezidenti onu əfv edib, xəstəxanadan çıxandan sonra İsrailə yola salınıb.

Məhkəmə məhz həbsxana insidentinin effektli araşdırılmadığını bildirir. Qərara görə, Azərbaycan blogerə mənəvi təzminat kimi 30 min avro ödəməlidir.

Azərbaycanlı hakim Ceyhun Qaracayevsə məhkəmənin qərarıyla qismən razılaşmadığını bildirərək öz arqumentlərini təqdim edib və onun rəyi qərara əlavə olunub.

Şərhlər

XS
SM
MD
LG