Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 06:44

Ermənistan Türkiyəni ‘Qarabağa görə’ məhkəməyə verir


Ermənistanın AİHM-dəki daimi nümayəndəsi Yegişe Kirakosyan
Ermənistanın AİHM-dəki daimi nümayəndəsi Yegişe Kirakosyan

Ermənistan Respublikası Türkiyəyə qarşı dövlətlərarası şikayətlə Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) müraciət edib.

AzadlıqRadiosunun Erməni xidməti Azatutyun mayın 18-də Ermənistanın AİHM-dəki daimi nümayəndəsi Yegişe Kirakosyana istinadən yazır ki, Ermənistan Türkiyəni 44 günlük müharibədə iştirak etmək üçün “Azərbaycana suriyalı muzdluları göndərməklə konvensiyanı pozmaqda”, habelə Azərbaycana hərbi dəstək verməkdə ittiham edir.

Ermənistan hökuməti hesab edir ki, Türkiyə “Ermənistan və Qarabağ sakinlərinin azadlıq, mülkiyyət, şəxsi və ailə həyatı, habelə başqa hüquqlarını pozub”.

Ermənistanın AİHM-dəki nümayəndəsi bildirib ki, Yerevan məhkəməyə habelə “Türkiyənin Suriyadan Azərbaycana muzdlular göndərməsinə dair müxtəlif sübutlar” təqdim edib.

Ermənistan hökumətinin şikayətində deyilir ki, Türkiyə Azərbaycan Silahlı Qüvvələrini hərbi texnika, silah sursatla təchiz edib və digər üsullarla münaqişənin iştirakçısı olub.

Qarşılıqlı şikayətlər

Azatutyun xatırladır ki, Ermənistanda “beynəlxalq terrorda və münaqişə zamanı beynəlxalq humanitar hüququn pozulmasında” ittiham olunan iki Suriya vətəndaşı ömürlük həbsxana cəzasına məhkum edilib.

Rəsmi Yerevan sözü gedən şəxslərin Qarabağ münaqişəsinə Türkiyə tərəfindən göndərildiyini iddia edir.

İstər rəsmi Ankara, istərsə də rəsmi Bakı bu iddiaları rədd edirlər.

Bundan əvvəl Ermənistan ötən ilin sentyabrında Qarabağ münaqişəsi ilə bağlı AİHM-ə Azərbaycandan şikayət təqdim etmişdi.

Bundan bir ay sonra, oktyabr ayında Azərbaycan AİHM-ə Ermənistandan şikayət verib.

AİHM mayın 11-də bildirib ki, Azərbaycan və Ermənistanın qarşılıqlı şikayətlərinə AİHM-in Böyük Palatası baxacaq və hər iki tərəf buna razılıq verib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG