Keçid linkləri

Təcili xəbərlər
2021, 22 İyun, çərşənbə axşamı, Bakı vaxtı 11:35

Münaqişə xəritə üzərinə keçib? (Video)


Azərbaycanla Ermənistanın sərhədində xəritə mübahisəsi - hər iki ölkədə ekspertlərin izahı
Gözlə

No media source currently available

0:00 0:15:03 0:00

Azərbaycanla Ermənistanın sərhədində xəritə mübahisəsi - hər iki ölkədə ekspertlərin izahı

Artıq bir müddətdir ki, Azərbaycan və Ermənistan arasında sərhəd gərginliyi yaşanır.

Azərbaycan tərəfi Ermənsitanla həmsərhəd bölgələrdə sərhədin dəqiqləşdirilməsi işini apardığını deyir.

Yerevan isə Bakını onun suveren ərazisinə müdaxilədə ittiham edir.

Mayın 17-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov sərhədlərin dəqiqləşdirilməsini Bakı və Yerevana Moskvanın təklif etdiyini bildirib.

Elə həmin gün ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan da prezident İlham Əliyev və baş nazir Nikol Paşinyanla telefon söhbətində Azərbaycanı və Ermənistanı aralarındakı beynəlxalq sərhədin demarkasiyasına çağırıb.

Lakin Azərbaycanla Ermənistan arasında sərhəd hansı sənədlər, xəritələr əsasında dəqiqləşdirilir? Hələlik nə Azərbaycan, nə də Ermənistan hökuməti sərhədlərin müəyyənləşdirilməsi zamanı hansı xəritələrdən istifadə edildiyini rəsmi açıqlamayıblar.

Xəritə mübahisəsi - Bakı ilə Yerevanın əlində fərqli xəritə var?
Gözlə

No media source currently available

0:00 0:04:15 0:00

“Bu mübahisə çox çəkə bilər”

Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyir ki, Azərbaycanla Ermənistan arasında dövlət sərhədi hələ SSRİ zamanında olan Kartoqrafiya və Geodeziya Komitəsinin sənədlərində, xəritələrdə öz əksini tapıb. O bildirib ki, bu xəritələr tərəflərin hər ikisində var və məsələyə aydınlıq gətirməkdə problem olmamalıdır.

Ermənistandakı Regional araşdırmalar mərkəzinin rəhbəri Riçard Giraqosyanın fikrincə isə, mühabisə tərəflərin əlində eyni xəritənin olmamasıdan qaynaqlanır:

“Hər iki tərəfin, həm Azərbaycan, həm də Ermənistanın əsaslandırılmış rəsmi arqument təqdim etməklə bağlı problemləri var. Tərəflər sərhədlər müəyyənləşdirilərkən, eyni xəritə irəli sürməlidir və işlər onun əsasında görülməlidir. Eyni zamanda danışıqlara vasitəçilik edən Rusiyanın sülhməramlıları da hər hansı bir xəritə açıqlamır. Bu olduqca qəribə, bəlkə də şübhəli məqamdır. Bu danışıqların vasitəçisi kimi onlar da tərəflərə istinad etmək üçün bir xəritə təqdim etmirlər. Mən narahatam ki, bu mübahisə tərəflərin razılaşdırdığı xəritə təqdim olunana qədər davam edəcək”.

Rəsmi Bakı bəyan edir ki, Azərbaycan BMT-də tanınmış suveren ərazilərində səhrədlərini bərpa edir. Yerevan isə iddia edir ki, Azərbaycan sərhədləri saxta sənədlər əsasında müəyyənləşdirir.

Ekspert: Xəritələr eynidir

Azərbaycan Milli Elmlər Akademiyasında coğrafiya üzrə fəlsəfə doktoru Mirnuh İsmayılov həm Azərbaycan, həm də Ermənistanın sovet hakimiyyəti illərindəki xəritələrini müqayisə edir. Deyir ki, bu xəritələrdə sərhədlər dəqiqliklə göstərilib və aralarında heç bir fərq yoxdur:

“SSRİ dövründə Moskvada çap olunan “Azərbaycanın Atlası”nda da xəritə eynidir. Mən sizə rəsmi Ermənistanın, Azərbaycanın və SSRİ-nin sovet dövründə çəkilən 3 xəritəsini göstərdim. Səhrədləri müqayisə edəndə heç bir fərq yoxdur, üçü də eynidir”.

Azərbaycanlı alim Ermənistanla xəritə mübahisəsinə aydınlıq gətirir
Gözlə

No media source currently available

0:00 0:05:39 0:00

Son günlər Azərbaycanın Laçın rayonu ilə Ermənistanın Gorus rayonu arasındakı sərhəddə Ermənistanın Sev Liç, Azərbaycanın Qaragöl adlandırdığı göl və yüksəkliklər ətrafında mühabisə yaranıb. Mirnuh İsmayılov deyir ki, bu problem məskunlaşma siyasətinin düzgün aparılmamasından qaynaqlanır:

“Xəritələrdə Qaragöldən cənuba dorğu sərhəddə ən çox Şurnuxun adı hallanır. Burada yolun bir hissəsi Ermənistan ərazisinə düşür, digər hissəsi Azərbaycana. Bu hələ o vaxtlar da problem yaradırdı. Ermənilərin də tərtib elədiyi xəritədə də durum eynidir. İndi biz nə edək ki, koordinat sistemini qoyanda gəlib Azərbaycanın ərazisinə düşür. Çünki onlar məskunlaşmanı düzgün aparmayıblar, gəlib Azərbaycanın ərazisində ev tikiblər. Azərbaycan da öz ərazi bütövlüyün təmin etmək üçün onları çıxarmağa məcburdur”.

Mayın 12-dən Azərbaycan və Ermənistan sərhədində başlayan gərginlik səngimir. Yerevan iddia edir ki, Azərbaycan ordusu dövlət sərhədini pozub və Ermənistan ərazisində postlar qurur. Bakı isə bunun yalan olduğunu, hələ sovet hakimiyyəti illərindən mövcud olan xəritələr əsasında dövlət sərhədini möhkəmləndirdiyini bildirir.

XS
SM
MD
LG