Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:45

ABŞ milyonlarla doza vaksin ianə edəcək


İtaliyada vaksinasiya
İtaliyada vaksinasiya

Ağ evdə çıxış edən Bayden 80 milyon dozanın digər ölkələrin ianəsindən beş dəfə çox olacağını qeyd edib

Birləşmiş Ştatlar digər ölkələrin əhalisinin peyvənd olunması üçün COVID-19 vaksininin milyonlarla dozasını yollayacaq. Açıqlamanı Prezident Co Bayden mayın 17-də verib.

Bayden deyib ki, məqsəd pandemiyaya qarşı qlobal savaşda Amerikanın liderliyini bərpa etməkdir. O, Çinlə Rusiyanın ianə proqramları vasitəsilə dünyada nüfuz qazanmağa çalışdığını vurğulayıb.

Prezident altı həftə ərzində 20 milyon əlavə doza buraxılacağını, iyunun sonunadək 80 milyonadək dozanın göndəriləcəyini və ABŞ-ın vaksin ianəsində liderə çevriləcəyini vurğulayıb.

Dünyanın önündə getmək

Ağ evdə çıxış edən Bayden 80 milyon dozanın digər ölkələrin ianəsindən beş dəfə çox olacağını qeyd edib.

“Rusiya və Çin... 15 milyon doza ianə ediblər. Bilirsiniz ki, Rusiyayla Çinin dünyaya vaksinlər vasitəsilə təsir göstərdiyi haqda çox danışırlar. İnnovasiyasımız, bacarığımız, Amerika xalqının fundamental ləyaqətini göstərərək öz dəyərlərimizlə dünyanın önündə getmək istəyirik”, – o vurğulayıb.

O əlavə edib ki, Birləşmiş Ştatlar vaksinlərə görə digər ölkələrdən xidmət istəməyəcək.

Pandemiyanın ən çox ziyan vurduğu Birləşmiş Ştatlar vaksinasiya proqramında irəliləyiş əldə edib, artıq 272 milyon doza vaksin vurulub. COVID-19-a yoluxmalar və ölüm halları isə son ayların ən aşağı həddinə düşüb.

20 milyon doza Pfizer/BioNTech, Moderna və Johnson & Johnson vaksinlərindən ibarət olacaq. Bundan öncə Birləşmiş Ştatlara 60 milyon doza AstraZeneca vaksini ayırmağı planlaşdırırdı. Amma AstraZeneca hələlik, bu ölkədə təsdiqlənməyib.

Qadağalar yüngülləşdirilir

Dozaların hansı ölkələrə göndəriləcəyi açıqlanmayıb.

Birləşmiş Ştatlar COVAX vaksin paylaşımı çərçivəsində dozalara ianə etməkdən ötrü təzyiq altında idi.

Bu arada bir sıra ölkələrdə qadağalar qaldırılır. İtaliyada gecə komendant saatının vaxtı qısaldılıb, Nyu York ştatında isə peyvənd olunmuş şəxslər ictimai yerlərdə maska taxmaya bilərlər.

Mayın 18-də Hindistanda ümumi yoluxma sayı 25 milyonu keçib. Son 24 saat ərzində 260 mindən çox yoluxma, 4 min 329 ölüm qeydə alınıb.

Rusiya, Çin və Ukraynada tibbi dərəcə almış 90 minədək hindistanlı həkim hökuməti onların yerli lisenziya almadan işə başlamasına icazə verməyə çağırıb. Başqa ölkələrdə tibb təhsili almış şəxslər Hindistanda imtahan verməlidirlər. Bəzilərinin imtahanı gələn aydır, bəziləri imtahandan keçib, amma lisenziya gözləyir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG