Keçid linkləri

2024, 18 May, şənbə, Bakı vaxtı 17:23

Xaçatryan: ‘Danışıqlar nəticəlidir, amma rəsmilər bu informasiyanı hələ yaymasınlar...’


Arxiv fotosu
Arxiv fotosu

AzadlıqRadiosunun Ermənistan xidməti (Azatutyun) yazır ki, Təhlükəsizlik Şurasının iclasından sonra sərhəddə Azərbaycan hərbçiləri tərəfindən gərginliyin artması müşahidə olunub

AzadlıqRadiosunun Erməni xidməti Azatutyun xəbər verir ki, Azərbaycan və Ermənistan arasında Syunik və Geqarkunik vilayətlərində baş verənlərlə bağlı danışıqlar mayın 17-də davam etdirilməyib.

Ermənistan parlamentində hakim “Mənim addımım” fraksiyasının deputatı Armen Xaçatryan Gorusda keçirilən mətbuat konfransında jurnalistlərə deyib ki, danışıqlar hələ başa çatdırılmayıb.

Azatutyun xatırladır ki, baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyan Təhlükəsizlik Şurasının mayın 17-də keçirilən iclasında sərhədə dair danışıqların mayın 19-da davam etdiriləcəyini demişdi.

Deputat Armen Xaçatryan mayın 16-da aparılan danışıqları “nəticəli” adlandırıb, amma nəticənin nədən ibarət olduğunu deməyib:

“Nəticənin nədən ibarət olmasının təfərrüatlarını açmaq istəmirəm. Bütün hallarda dünənki (16 may) danışıqlar nəticə ilə başa çatıb. Düşünürəm ki, Müdafiə Nazirliyi bu barədə yaxın vaxtda informasiya verəcək”.

Nəticəni 180 dərəcə dəyişə biləcək informasiya

Xaçatryan eyni zamanda “bütün keçmiş və indiki rəsmi şəxsləri, hərbçiləri, vəzifəliləri onlara məlum olan informasiyanı, hətta doğruluğuna əmin olsalar belə açıqlamamağa” çağırıb:

“Çünki danışıqların hazırkı mərhələsində, bu gərgin vəziyyətdə bütün nəticəni 180 dərəcə dəyişə biləcək informasiyanı yaymaq olmaz”.

Armen Xaçatryan habelə danışıqlarda Rusiya sülhməramlı qüvvələrinin komandanı Rüstəm Muradovun iştirak etdiyini təsdiqləyib.

Azatutyun xəbər verir ki, hələ danışıqlar dayandırılana qədər Ermənistan müdafiə nazirinin əvəzi Vaqarşak Arutyunyan Kollektiv Təhlükəslzik Müqaviləsi Təşkilatının baş katibi Stanislav Zasla telefonla danışmışdı.

Arutyunyan demişdi ki, sərhədin hər iki tərəfinə böyük hərbi qüvvə cəmləşib və əgər vəziyyət tezliklə həll olunmasa, nəticələri əvvəlcədən demək çətin olacaq.

Azatutyun bunu da yazır ki, baş nazirin müavin əvəzi Tiqran Avinyan hazırda Gorusdadır və o son günlərdə Syunikə gedib-gəlir.

Onun hansı vəzifəni yerinə yetirdiyi məlum deyil və o AzadlıqRadiosunun suallarına cavab verməkdən imtina edib.

Kəlbəcərlə sərhəddəki erməni kəndlərdən reportaj
Gözlə

No media source currently available

0:00 0:02:43 0:00

Paşinyan: 'Azərbaycan hərbçiləri Ermənistan ərazisindən çıxmalıdırlar'

Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan mayın 17-də Təhlükəsizlik Şurasının iclasını keçirib. O, Azərbaycanla sərhəddə yaranmış gərginliyə, onun həlli yollarına toxunub.

Paşinyan deyib ki, mayın 14-dən Azərbaycanın bir qrup hərbçisi Ermənistan ərazisindən çıxıb, dünən – mayın 16-da da oxşar proses baş verib. Amma ümumilikdə, hərbi-siyasi vəziyyət mayın 12-dən bəri dəyişməz qalıb.

“Zəngəzur dəhlizi”

“Bu nə deməkdir? Bu o deməkdir ki, biz Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) mexanizmini, Ermənistan-Rusiya müttəfiqlik mexanizmlərinin işə salınması üzərində işi davam etdirməliyik. Mövqeyimiz birmənalıdır: Azərbaycan hərbçiləri Ermənistan ərazisindən çıxmalıdırlar”, – hökumətin mətbuat xidmətinin məlumatına görə, Paşinyan deyib.

O, Ermənistanın özündə Azərbaycanın xeyrinə fəaliyyətin aparıldığını iddia edib. “Ermənistanda Azərbaycanın informasiya müharibəsinin agentləri var, onların adını, soyadını da çəkmək olar. Bu şəxslər 2020-ci ildə Azərbaycan prezidentini Ermənistan ərazisinə basqına dəvət etdilər, bundan öncə Ermənistan ərazisinə haradan girməyin mümkün olduğunu göstərdilər. İndi isə Azərbaycanın təbliğat tezislərini Ermənistan cəmiyyətində yayırlar...” –Paşinyan vurğulayıb.

O, “Zəngəzur dəhlizi” məsələsinin Ermənistanda heç vaxt müzakirə olunmadığını və olunmayacağını qeyd edib: “Regionda kommunikasiyanın açılması bizim siyasi gündəmimizdə durur, amma bunun dəhliz təbliğatıyla heç bir əlaqəsi yoxdur. Hazırda Azərbaycanda və Ermənistanda konkret siyasi dairələr bu məsələni təbliğ edirlər”.

Azərbaycan Prezidenti İlham Əliyev isə mayın 10-da Naxçıvana səfəri zamanı deyirdi ki, “Zəngilanı Naxçıvanla ayıran cəmi 40 kilometrlik Zəngəzur (Ermənistanın Sünik vilayəti) dəhlizidir, hansı ki, açılmalıdır və açılacaqdır”.

İkitərəfli yox, üçtərəfli format

Paşinyanın sözlərinə görə, sərhədlərin dəqiqləşdirilməsi Azərbaycanın dediyi kimi, ikitərəfli formatda keçirilə bilməz, çünki bu iki ölkənin bir-birilə əlaqəsi yoxdur. O, sərhədlərin dəqiqləşdirilməsi prosesinin üçtərəfli formatda keçirilməsinin vacibliyini vurğulayıb, bu barədə bir neçə dəfə razılaşma əldə olunduğunu söyləyib.

Bazar günü danışıqların gecəyarısınadək çəkdiyini deyən Paşinyan mayın 19-da onların davam etdiriləcəyini qeyd edib.

“Danışıqların bir mövzusu var: Azərbaycan hərbçiləri Ermənistan ərazisindən çıxmalıdırlar. Bu baş verməyənəcən suverenliyimizə, sabitlik və ərazi bütövlüyümüzə təhdid yaradan böhran qalacaq”, – deyən Paşinyan böhran vəziyyəti davam etdikcə KTMT çərçivəsində, eləcə də Ermənistan-Rusiya müttəfiqlik mexanizmlərini işə salmağın vacibliyini qeyd edib.

AzadlıqRadiosunun Ermənistan xidməti (Azatutyun) yazır ki, Təhlükəsizlik Şurasının iclasından sonra sərhəddə Azərbaycan hərbçiləri tərəfindən gərginliyin artması müşahidə olunub.

Azərbaycanın mövqeyi

Bu məlumat, eləcə də mayın 16-da keçirildiyi bildirilən danışıqlar barədə Azərbaycan tərəfdən rəsmi informasiya verilməyib.

Ancaq Prezident İlham Əliyev mayın 17-də qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevlə telefonla söhbətində deyib ki, “hazırda sərhədin dəqiqləşdirilməsi prosesi gedir və Ermənistan tərəfi bu prosesə qeyri-adekvat reaksiya nümayiş etdirir. Ermənistanın bununla bağlı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət etməsi isə məsələnin beynəlmiləlləşdirilməsi cəhdindən başqa bir şey deyil və bu, tamamilə əsassızdır. Sərhəddə hər hansı bir toqquşma baş verməyib, vəziyyət sabitdir, danışıqlar davam etdirilir".

Ermənistanın rəsmi qurumlarının bildirdiyinə görə, mayın 12-də Azərbaycanın silahlı qüvvələri sərhədi keçərək bir neçə kilometr məsafədə onların ərazisinə daxil olub. Ancaq Azərbaycan tərəfi baş verənləri sərhədlərin dəqiqləşdirilməsi ilə izah edir, hərbçilərinin Ermənistan ərazisinə girmədiyini vurğulayır.

Azərbaycan ötən il 44 günlük müharibə ilə Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti ələ alıb. Qoşunların təmas xəttinə isə Rusiya hərbçiləri yerləşdirilib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG