Keçid linkləri

2024, 13 May, Bazar ertəsi, Bakı vaxtı 22:37

DSX: İki Azərbaycan sərhədçisi həlak olub


Azərbaycan-İran sərhəddi, arxiv foto
Azərbaycan-İran sərhəddi, arxiv foto

Bu gün, mayın15-i saat 16:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Yardımlı rayonu¬nun xidməti sahəsində 3 nəfər naməlum şəxsin dovlət sərhədini pozmasının aşkar olunduğu bildirilir.

Bu barədə Azərbaycan Dövlət Sərhəd Xidməti ( DSX) məlumat yayıb.
Məlumatda yazılıb ki, sərhəd pozucuları sərhəd naryadının “Dayan” əmrinə tabe olmayıb, sərhəd naryadına qarşı odlu silahdan atəş açıb, əllərində yükü ataraq hadisə yerindən qaçmağa cəhd ediblər:

Sərhəd pozucularının açdıqları atəş nəticəsində bir baş leytenantın və bir kiçik gizirin yaralandığı qeyd edilir:

"Hərbi qulluqçular dərhal tibb müəssisəsinə təxliyə olunub, lakin həyatlarını xilas etmək mümkün olmayıb. "

Açıqlamaya görə, hadisə yerində təxminən 10 kq narkotik vasitəyə bənzər maddələr aşkarlanıb :

"Hadisənin baş verdiyi ərazi qapadılıb və havadan nəzarət məqsədilə sərhəd aviasiyası tətbiq olunub. Sərhəd pozucularının axtarışı üzrə keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində sərhəd pozucularından biri saxlanılıb, digərlərinin axtarışı davam etdirilir. İİR ( İran İslam Respublikası– Red ) vətəndaşı olan sərhəd pozucusunun şəxsiyyətinin müəyyən edilməsi üzrə tədbirlər görülür. "

Məlumata görə, DSX rəisinin müavini – Sərhəd Qoşunlarının Komandanı general-leytenant Araz Məmmədovun başçılığı ilə bir qrup zabit hadisə yerinə ezam olunub :

"Hadisə barədə aidiyyəti hüquq mühafizə orqanlarına və İran tərəfinə məlumat verilib "

Bu açıqlamaya, hələlik, İranin rəsmi qurumlarından və saxlanan şəxsin vəkilindən münasibət almaq mümkün olmayıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG