Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 08:30

Yaponiya fövqəladə vəziyyəti uzadır


Texas, arxiv fotosu
Texas, arxiv fotosu

UEFA bu ayın sonu Çempionlar Liqasının İstanbula planlaşdırılan final matçını Portuqaliyanın Porto şəhərinə keçirdiyini açıqlayıb

Yaponiya Olimpiya oyunlarına cəmi 10 həftə qalmış koronavirusun yayılmasını önləmək üçün fövqəladə vəziyyət elan edib.

“Əhalinin nisbətən böyük, yoluxmaların sürətlə artdığı” üç regionda ayın sonunadək məhdudiyyətlər elan olunub. Açıqlamanı Baş nazir Yoşihide Suqa mayın 14-də verib. İndiyədək Tokioda və daha beş prefekturada qadağalar qüvvədə idi.

Ölkədə yoluxmaların artması səhiyyə sisteminə təzyiqi artırıb.

Yaponiyada vaksinasiya ləng gedir, fövqəladə vəziyyət bitmir və çoxları bu yay Olimpiya oyunlarınının keçirilməsinə qarşı çıxır.

İyulun 23-də oyunların təxirə salınmasına çağıran 351 min imza yığmış petisiya Tokio hakimiyyətinə təqdim olunub.

2020-ci ilin Tokio Olimpiya oyunları məhz pandemiya səbəbindən bu ilə keçirilib.

***

Peyvənd olunanların maska qadağası yüngülləşdirildi

ABŞ-ın baş səhiyyə agentliyi COVID-19-a qarşı tam peyvənd olunmuş şəxslər üçün maska qadağasını yüngülləşdirib. Onların qapalı məkanlarda maskanı çıxarmasına və bir çox yerlərdə sosial məsafəni gözləməməsinə icazə verilib.

Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi (CDC) yenilənmiş qaydaları mayın 13-də açıqlayıb. Artıq ABŞ əhalisinin yarıya qədərinə vaksinin azı bir dozasının vurulduğu bildirilir.

“Tam peyvənd olunmuş istənilən şəxs qapalı və açıq tədbirlərə, böyük, yaxud kiçikliyindən asılı olmayaraq, maskasız, fiziki məsafə gözləmədən qatıla bilər. Bu anı – müəyyən dərəcədə normal həyata qayıdışı çox gözlədik”, – CDC-nin direktoru Roçel Valenski deyib.

Ancaq qaydalarda avtobus, təyyarə, qatar, aeroportlarda və digər tranzit hablarında, yaxud xəstəxana, həbsxana, evsizlər üçün sığınacaqlar kimi məkanlarda maska taxmaq çağırışı yer alıb.

Bayden: “Böyük gündür”

Artıq Birləşmiş Ştatlarda yoluxmalarda kəskin azalma var, daha gənclərə də vaksin vurulur və yeni ştammlara qarşı peyvəndin effektliliyi ortaya çıxıb, Valenski deyib.

Prezident Co Bayden bu xəbəri alqışlayıb, virusa qarşı mübarizədə böyük qələbə əldə olunduğunu bəyan edib. ABŞ-da koronavirusa 32 milyondan çox yoluxma, 580 mindən artıq ölüm qeydə alınıb.

“Məncə, böyük uğurdur, böyük gündür”, – Ağ evdə çıxış edən Bayden deyib.

Ölkədə yoluxmalarda sentyabrdan bəri ən aşağı həddə düşüb. Yeddi günlük ortalama yoluxma sayı 38 minə yaxındır, bu isə hər 100 min nəfərə 11 deməkdir.

Mayın 13-dən Birləşmiş Ştatlarda 12-15 yaşlılara da Pfizer/BioNTech vaksininin vurulmasına başlanıb.

Dünyada pandemiya 2019-cu ilin sonundan azı 3.3 milyon nəfərin həyatına son qoyub.

Qaynar nöqtələr

Bir çox yerlərdə yoluxmaların azalmasına baxmayaraq, Braziliya və Hindistan kimi ölkələr qaynar nöqtələr olaraq alır. Hindistanda rəsmi ölü sayı 258 mini keçib, amma ekspertlər bu rəqəmin daha böyük olduğunu düşünürlər.

30 milyonadək əhalisi olan qonşu Nepalda da gündəlik yoluxmalar artdıqca xəstəxanalar dolur, oksigen balonlarına tələbat yüksəlir.

Pandemiyanın idman dünyasına təsiri də qalmaqdadır. Avropada futbola nəzarət qurumu UEFA bu ayın sonu Çempionlar Liqasının İstanbula planlaşdırılan final matçını Portuqaliyanın Porto şəhərinə keçirdiyini açıqlayıb.

Məqsəd ingilis azarkeşlərin iştirakını təmin etməkdir. Oyun Premyer Liqanın iki komandası – Mançester Siti və Çelsi arasında keçiriləcək.

Britaniya hökuməti ötən həftə Türkiyəni koronavirus səyahətlərinin qırmızı siyahısına salıb. Yəni, bu ölkədən olan azarkeşlər Türkiyəyə gedə bilməyəcəklər. Amma Portuqaliya hökumətinin sözçüsü bildirib ki, ölkə hələ britaniyalı azarkeşləri buraxmaqla bağlı qərar verməyib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG