Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:14

6 saylı cəzaçəkmə müəssisəsinin məhbuslarından xəbər var


Penitensiar Xidmətinin 6 saylı cəzaçəkmə müəssisəsində 4 gündür aclıq aksiyası keçirdikləri bildirilən məhkumlardan iki nəfərinin mayın 13-də qurumun müalicə müəssisəsinə köçürüldüyü deyilir.

Bu barədə AzadlıqRadiosuna keçmiş məhbus, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Babək Həsənov bildirib.

Onun sözlərinə görə, poçt göndərişlərinin dayandırılmasına etiraz olaraq aclıq aksiyası keçirən iki məhkum - Bəhruz MəmmədliVəli Allahverdiyev əliqandallı halda cəzaçəkmə yerindən müalicə müəssisəsinə aparılıb:

“Hər iki məhkumun sağlam olduqları halda tibb müəssisəsinə köçürülmələri, xüsusilə də bunun aclıq aksiyası keçirdikdən sonra baş verməsi məndə əsaslı şübhələr yaradır”.

Vəli Allahverdiyevin anası Telnaz Allahverdiyeva da AzadlıqRadiosuna oğlunun müalicə müəssisəsinə aparılması ilə bağlı məlumatı təsdiqləyib:

“Bugün, mayın 13-də axşam getdim “kolona”. Mənə məlumat verildi ki, Vəli müalicə müəssisəsindədir. Getdim ora, amma axşam saat 7 olduğuna görə, artıq qapı bağlanmışdı. Oradan yenidən getdim cəzaçəkmə müəssisəsinə”.

Telnaz Allahverdiyevanın sözlərinə görə, cəzaçəkmə müəssisəsindən ona oğlunun qızdırması qalxdığına görə müalicə müəssisəsinə aparıldığını deyiblər:

“Dedilər ki, qızdırması 37-dən bir az yüksək olduğu üçün aparıblar xəstəxanaya. Amma mən səhər oğlumla danışmışam, o mənə qızdırması olduğu barədə heç nə deməyib. Əksinə, məndən bugün gəlib-gəlməyəcəyimi soruşdu”.

Telnaz Allahverdiyeva qeyd edib ki, xahiş etsə də oğlu ilə telefonla danışmağa imkan verməyiblər:

“Dedilər ki, yaxma götürəcəyik, nəticə çıxan kimi sizə də onunla danışmağa imkan yaradacağıq. Test neqativ olsa (koronavirus şübhəsi ilə), qaytaracağıq cəzaçəkmə müəssisəsinə. Mən isə dedim ki, oğlumla əlaqə yaratmağa imkan verilməyənə qədər hər gün gələcəyəm”.

Amma Allahverdiyeva oğlunun aclıq aksiyasi keçirmədiyini söyləyib.

Bəhruz Məmmədlinin yaxınları isə AzadlıqRadiosuna bildiriblər ki, onun müalicə müəssisəsinə köçürüldüyü barədə onlara dostları məlumat versələr də, məsələni hələ ki, dəqiqləşdirə bilməyiblər.

Bütün bu deyilənlərə Penitensiar Xidmətindən isə, hələlik, münasibət öyrənmək mümkün olmayıb.

Həbsxanalarda rüşvət iddiası: Keçmiş məhbuslar durumu danışır
Gözlə

No media source currently available

0:00 0:04:42 0:00

Xatırlatma

Mayın 12-də 6 saylı cəzaçəkmə müəssisəsində bir neçə məhbusun aclıq aksiyası keçirdiyi barədə xəbərlər yayılıb.

Hüquq müdafiəçilərinin sözlərinə görə, məhbuslar cəzaçəkmə müəssisəsində baha qiymətlərə, yeməyin keyfiyyətinə, rüşvət tələblərinə etiraz edirlər. Vurğulandığına görə, koronavirus pandemiyasına görə, bir çox məhbuslar yaxınlarından bağlamaları poçtla alırlar, amma cəzaçəkmə müəssisəsi poçt göndərişlərinə də qadağa qoyub.

Lakin penitensiar xidmətin sözçüsü Mehman Sadıqov bir gün öncə, mayın 11-də yayılan bu məlumatı təkzib etmişdi.

O bildirmişdi ki, cəzaçəkmə müəssisəsində kimsə aclıq etmir, orada həyat həmişəki qaydasında davam edir.

Penitensiar Xidmət bir qayda olaraq məhbusların rüşvətlə bağlı iddialarını əsassız sayır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG