Keçid linkləri

2024, 20 May, Bazar ertəsi, Bakı vaxtı 23:47

Çexiyanın baş naziri AB ölkələrini hərəyə bir rus diplomatını ölkədən çıxarmağa çağırır


Çexiyanın baş naziri Andrey Babiş, Brüssel, 30 iyun 2019
Çexiyanın baş naziri Andrey Babiş, Brüssel, 30 iyun 2019

Çexiyanın baş naziri Andrey Babiş Avropa Birliyi (AB) ölkələrini "ən az bir" rus diplomatını geri öz ölkəsinə göndərməyə çağırıb. Baş nazir hesab edir ki, AB ölkələri Rusiya xüsusi xidmət orqanlarının təşkil etməkdə şübhəli olduğu hərbi anbarlardakı partlayışlardan sonra Praqa ilə həmrəyliklərini belə ifadə edə bildilər.

"Həmişə anlamalıyıq ki, bir üzv dövlətə hücum edildikdə, bu, bütün AB üzvlərinə edilən bir hücumdur" deyə Babis bunu AB-nin Porto sammitindəki çıxışı zamanı səsləndirib.

Siyasətçiyə görə, Portuqaliyadakı sammitin ilk günü, cümə günü, AB ölkələri liderləri 2014-cü ildə Vrbetitsa'daki partlayışlar mövzusunu müzakirə etdilər. Mayın sonlarında keçirilməsi planlaşdırılan Avropa Şurası sammitində mövzuya qayıtmaq planlaşdırılır.

Vrbeticadaki anbarlarda partlayışlar 2014-cü ilin oktyabr və dekabr aylarında baş verib. Çexiya kəşfiyyat orqanları çübhələnirlər ki, bu partlayışlar Rusiyayönümlü separatçılarla müharibə şəraitində olan Ukraynaya sursat tədarükünü pozmağa çalışan GRU-nun Rusiya hərbi kəşfiyyatı tərəfindən təşkil olunduğundan şübhələnirlər.

Bu hadisələr üzündən Çexiya 18 rus diplomatı diplomatik örtük altında Rusiya kəşfiyyatında çalışmaqda günahlandıraraq ölkədən çıxarıb. 28 AB ölkəsindən yeddisi, Slovakiya, Estoniya, Litva, Latviya, Polşa, Bolqarıstanvə Rumıniya da oxşar addımlar atıblar.

Moskva ittihamları qəti şəkildə rədd edir və AB diplomatlarını ölkədən çıxamaqla cavab verir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG