Keçid linkləri

Təcili xəbərlər
2021, 13 İyun, bazar, Bakı vaxtı 19:32

Müsavat fəalları Rusiyaya etiraz edir


Arxiv foto

Müsavat Partiyası fəlları bu gün, mayın 8-də Rusiyanın Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyasina cəhd edib. Amma polis aksiyanın keçirilməsinə imkan verməyib.

Aksiya iştirakçıları qeyd ediblər ki, onlar Xocalıda Rusiya silahlı qüvvələrin mayın 9-da faşizm üzərində Qələbənin 76-cı ildönümü münasibəti ilə parad keçirmək istəməsinə etiraz edirlər.

Polis aksiya iştirakçılarından bir neçəsini saxlayıb.Onların arasında Müsavat Partiyasi İcra Aparatının rəhbəri Gülağa Aslanlı da olub. “Müsavat partiyası Qarabagın tamamilə Azərbaycanın nəzarətinə kecməsini tələb edir. Azərbaycan rəhbərliyi dövlətin ərazisinə sahib cıxmalı, Rusiya parada hazırlıq işlərini dayandırmalıdır”, - deyə aksiya iştirakçılarından biri də vurğulayıb.

Saxlananlar polis maşınına mindirilərək aparılıb.

DİN-in aksiya ilə bağlı mövqeyi

“Mayın 8-də bir qrup şəxs xüsusi karantin rejiminin ( koronavirus pandemiyası ilə bağlı ötən ilin martından Azərbaycanda karantindir) tələblərinə zidd olaraq, razılaşdırılmamış aksiya keçirməyə cəhd edib”.

Bu cümlə “Turan” İnformasiya Agentliyinə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda yer alır. Məlumata görə, cəhdin qarşısı polis tərəfindən dərhal alınmaqla onlar ərazidən uzaqlaşdırılıb, saxlanılan yoxdur.

Aksiyada səslənən tələblərə Azərbaycan hökuməti təmsilçiləri və Rusiya Səfirliyindən isə münasibət almaq mümkün olmayıb

Xatırlatma

2020-ci ildə 44 gün davam edən İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf yeddi rayona nəzarəti ələ alıb.Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin ( Xocalı rayonu daxil) tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ Müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG