Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 09:23

‘…Məlum olacaq ki, bizdə əhalinin 80 faizi kasıblıq həddində yaşayır’


Qadın Azərbaycan manatı tutub, foto ilustrasiya, 18 yanvar 2016
Qadın Azərbaycan manatı tutub, foto ilustrasiya, 18 yanvar 2016

Mayın 7-də Bakıda icazəsiz aksiyaya cəhd edən bir qrup sakin əsasən sosial tələblər səsləndiriblər. Onlar deyiblər ki, ölkədə verilən pensiya və müavinətlər normal yaşayış üçün kifayət etmir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi-ndən “Turan” Agentliyinə bildirilib ki, Prezident İlham Əliyev «Əmək pensiyalarının indeksləşdirilməsi haqqında» bu il fevralın 5-də Sərəncam imzalayıb, bu da ölkədə sosial müdafiə tədbirlərinin gücləndirilməsi, pensiyaçıların rifahının yaxşılaşdırılması istiqamətində növbəti addımdır:

«Ötən ildə pensiya, Prezidentin təqaüd və müavinət, ünvanlı sosial yardım üzrə ödənişlərə əvvəlki ilə nisbətən 20 faiz və ya 1 milyard manat çox olmaqla 5 milyard 743 milyon manat vəsait yönəldildi».

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, arxiv foto
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, arxiv foto

“Alıcılıq qabiliyyəti indeksinə görə Azərbaycan MDB məkanında liderliyini...”

Nazirlikdən qeyd olunub ki, minimum və orta pensiyanın alıcılıq qabiliyyəti indeksinə görə Azərbaycan MDB məkanında liderliyini qoruyub saxlayır:

«Dövlət başçısının Fərmanları ilə sosial ödənişlərdə artım bu ilin əvvəlindən davam etdirildi. Prezidentin təqaüdlərinin məbləği ( kateqoriyalar üzrə) şəhid ailələri üçün 66,7 faiz, Azərbaycanın Milli Qəhrəmanı üçün 20 faiz, İkinci Dünya müharibəsi iştirakçıları üçün 100 faiz, müharibə və 20 Yanvar əlilləri, müharibə əlillərinə bərabər tutulanlar üçün 50 faizdən çox artırıldı. Vətən Müharibəsi ( İkinci Qarabağ müharibəsi) Qəhrəmanları üçün 2 min manat məbləğində Prezidentin aylıq təqaüdü təsis olundu».

Təzə qaydalardan xəbəriniz olmasa, gömrükdə başınıza bu gələ bilər
Gözlə

No media source currently available

0:00 0:05:59 0:00

“Pensiyaların son artımı pensiyaçıların 93 faizini əhatə edir”

Qurumdan vurğulanıb ki, pensiyaların son artımı ümumilikdə 1 milyon 140 min pensiyaçını və ya pensiyaçıların 93 faizini əhatə edir:

«Digər pensiyaçılar isə xüsusi şərtlər əsasında pensiya təyin olunmuş şəxslərdir. Dövlət başçısının Sərəncamı ilə fərdi hesabların sığorta hissəsindəki pensiya kapitalı da istehlak qiymətləri indeksinin 2020-ci il üzrə illik səviyyəsinə uyğun səviyyədə indeksləşdirilərək yanvarın 1-dən 2,8 faiz artırılıb.”

Nazirlikdən bildirildiyinə görə, bu da əmək müqaviləsi ilə çalışaraq sosial sığorta sistemində iştirak edən şəxslərin mənafeyinə xidmət edir :

“Onların fərdi hesablarındakı pensiya kapitalının təkcə hər ay əməkhaqlarından sosial sığorta ayırmaları nəticəsində deyil, həmçinin hər il dövlət tərəfindən indeksləşdirilərək artırıldığını da göstərir».

“Bu Sərəncam ...xüsusi qayğının növbəti təzahürüdür»

Nazirlikdən bildirilib ki, Prezident fevralın 27-də «Əmək pensiyaları haqqında» Qanuna dəyişikliklər edilməsi ilə bağlı Qanunun tədbiqi haqqında imzaladığı sərəncamla əmək pensiyasının minimum məbləğinin əhəmiyyətli dərəcədə artırılması pensiyaçıların sosial müdafiəsi gücləndirib:

Azərbaycan manatı
Azərbaycan manatı

«Əmək pensiyasının minimum məbləği cari il martın 1-dən 38,5 faiz artırılaraq 116 manatdan 160 manata çatdırılıb. Bu Sərəncam əhalinin sosial müdafiəsinin gücləndirilməsinə, həssas qrupların rifah halının yaxşılaşdırılmasına xüsusi qayğının növbəti təzahürüdür».

Qurumdan qeyd olunub ki, minimum pensiya məbləğinin artırılması ümumilikdə 233 min pensiyaçını, o cümlədən 140 min nəfər əlilliyə görə pensiya alan şəxsi əhatə edir:

«Ümumilikdə 233 min nəfərin pensiyasında ümumi orta artım 40 faizədək təşkil edir. Artımın edilməsi üçün Dövlət Sosial Müdafiə Fondundan bu ilin 10 ayı (mart-dekabr) üzrə 41 milyon manat, il ərzində isə 49 milyon manat əlavə vəsait yönəldiləcək. Artımdan sonra alıcılıq qabiliyyəti indeksi üzrə ölkəmiz MDB məkanında ən ön sıraları bölüşür».

Qorxmaz Hüseynovun su çəkmədiyi kənd...
Gözlə

No media source currently available

0:00 0:03:56 0:00

“Ötən il müavinətlər 15 faiz artdı”

Nazirlikdən verilən məlumata görə, təkcə bu il 19,5 min nəfərədək vətəndaşın yeni dəyişikliklərlə əlaqədar əmək pensiyası hüququ əldə edəcəyi və onların gəlirlərinin əhəmiyyətli dərəcədə artacağı gözlənilir:

«Sosial müavinətlərə gəlincə, ötən il müavinətlər 15 faiz artdı. Ünvanlı sosial yardım mexanizminin də əhatə dairəsi genişləndirilib. 2020-ci ildə 77 min ailənin 322 min üzvünə ünvanlı yardım ödənilib. Bu, 2019-cu illə müqayisədə 19 min nəfər çoxdur və 15 faizlik artımla orta aylıq ödənilən məbləğ 240 manata çatıb».

“12809 şəxsin...”

Təqaüdçü, illustrativ foto
Təqaüdçü, illustrativ foto

Qurumdan əlavə olunub ki, son günlər ərzində aparılan araşdırmalar nəticəsində 12809 şəxsin pensiya məbləğlərinin qanunvericilikdə nəzərdə tutulandan aşağı hesablandığı müəyyən edilib:

«Sosial ədalətin təmin edilməsi məqsədilə həmin şəxslərin pensiya məbləğləri qanunauyğun şəkildə yenidən hesablanaraq artırılıb. Həmin artımların təmin edilməsi üçün əlavə olaraq illik 8 milyon manat vəsait ayrılıb. Bundan başqa, keçmiş dövr üzrə ödənilməli olan 14,5 milyon manat fərq hesablanaraq aylıq pensiya məbləğlərinin üzərinə əlavə edilməklə hissə-hissə ödənilir».

İqtisadçı Natiq Cəfərli isə AzadlıqRadiosuna bildirib ki, Azərbaycanda ən ciddi problemlərdən biri sosial problemlərin getdikcə artmasıdır:

«Buna həm koronavirus pandemiyasının təsiri oldu – işsizlik artdı, həm də inflyasiya çox sürətlə getdi. Bizdə ərzaq inflyasiyası az qala ikirəqəmli rəqəmə çatdı».

“Bu sahədə iki problem var”

Ekspert qeyd edib ki, bu da insanların real gəlirlərinə ciddi təsir göstərir:

«Çünki nominal gəlirlərdə az-maz artım olsa da (məsələn orta aylıq əməkhaqqının artım tempinə görə indeksləşmə aparılır) inflyasiyanın ikirəqəmli olması bu artımı yeyir ( Azərbaycanda rəsmi qurumlar inflyasiyanin təqribən 3 faiz olduğunu deyirlər) və hətta real gəlirlərin azalmasına səbəb olur, inssnlar kasıblaşır».

Natiq Cəfərli
Natiq Cəfərli

N.Cəfərli hesab edir ki, Azərbaycanda bu sahədə iki problem var:

«Rəsmi rəqəmlərə görə, bizdə sosial sahəyə ayrılan vəsait dövlət büdcəsinin 40 faizinə, yəni 10 milyarda yaxındır. Bura səhiyyə, təhsil xərcləri, maaşlar, təqaüdlər, müavinətlər daxildir. Bu kifayət qədər böyük bir rəqəmdir. Sadəcə bizdə problem bu vəsaitin normal və şəffaf şəkildə xərclənməsidir. Bu məsələnin texniki və korrupsiya tərəfidir. Vətəndaşlara ayrılan vəsaitin böyük hissəsi yolda əriyir».

“Rəqəmləri dizayn etməklə…”

Onun fikrincə, ikinci problem Azərbaycanda rəsmi statistika ilə reallq arasında kəskin fərqin yaşayış minimumda, əməkhaqqında özünü göstərməsidir:

«Bizdə yaşayış minimumi 196 manat hesablanıb. Bundan çıxış edərək minimal əmək haqqını 250 manat, minimal pensiyanı isə 260 manata yaxın hesablayırlar. Bu hesablamanın əsasını sovet vaxtından qalan normalar təşkil edir. Azərbaycanın özündə bu sonuncu dəfə 6-7 il əvvəl dəyişdirilib. Dünyada tamamilə fərqli hesablama qaydalarına keçiblər və əgər Azərbaycan da bu qaydalara keçsə, məlum olacaq ki, bizdə əhalinin 80 faizi kasıblıq həddində yaşayır. Rəqəmləri dizayn etməklə hökümət minimum əməkhaqqını, pensiyaları həll edir».

Rəsmi qurumların iddiasına görə, Azərbaycanda yoxsulluq 5 faiz civarındadır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG