Keçid linkləri

Təcili xəbərlər
2021, 22 İyun, çərşənbə axşamı, Bakı vaxtı 02:53

Azərbaycan Müdafiə Nazirliyinin 9 May açıqlaması


Bakıda İkinci Dünya Müharibəsi döyüşüsünə qoyulmuş abidə

Azərbaycan Müdafiə Nazirliyi 9 mayla bağlı mətbuata açıqlama yayıb.

Məlumatda yazılıb ki, 9 mayda faşizm üzərində Qələbənin 76-cı ildönümü qeyd olunur.
Nazirlik hesab edir ki, Azərbaycan XX əsrin ən dəhşətli faciəsi olan İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin əldə olunmasına mühüm töhfələr verib: “ 600.000 nəfərdən çox oğul və qızımız orduya yola salınıb, 300 mindən artıq soydaşımız döyüşlərdə həlak olub.
Müharibə illərində 130-dan çox Azərbaycan vətəndaşı (Azərbaycan SSRİ) Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib".
Açıqlamada təəssüflə vurğulanır ki, müasir dünyada hələ də faşizmin qəhrəmanlaşdırılması, bu ideologiyaya xidmət etmiş şəxslərə abidələr ucaldılması kimi mənfi tendensiyalar müşahidə olunur.
Nazirlik habelə bildirir ki, hər il olduğu kimi, bu il də Azərbaycanda 9 May – Qələbə günü münasibətilə müxtəlif tədbirlər keçiriləcək:
“ Müdafiə Nazirliyinin tədbirlər planına uyğun olaraq hərbi hissələrdə, ali hərbi məktəblərdə görüşlər təşkil olunacaqdır. Türkiyə - Rusiya Birgə Monitorinq Mərkəzində xidmət göstərən bir qrup hərbçi Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Beyləqan rayonunda II Dünya müharibəsində iştirak etmiş və həlak olmuş şəxslərin xatirəsinə ucaldılmış abidə önünə əklil qoyacaqlar.”

“Xankəndi şəhərində təntənəli sıra düzülüşü planlaşdırılır”

Məlumatda daha sonra da oxuyuruq:

Xankəndi hərbi parad. Rusiya Azərbaycandan icazə alıbmı?
Gözlə

No media source currently available

0:00 0:03:57 0:00

“ Həmçinin, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanata uyğun olaraq müvəqqəti olaraq Azərbaycan ərazisində yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin Xankəndi şəhərində təntənəli sıra düzülüşü planlaşdırılır.”

İkinci Dünya müharibəsi 1939-cu ildə başlayıb. 1941-ci ildə isə Almaniya Azərbaycanın da daxil olduğu SSRİ-yə silahlı müdaxilə edib.1945 -ci ilin mayın 9-da Almaniyanın məğlubiyyəti rəsmiləşdirilib.

Xatırlatma

2020-ci ildə 44 gün davam edən İkinci Qarabağ müçaribəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf yeddi rayona nəzarəti ələ alıb.Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib. Habelə razilaşmaya əsasən Ağdamda yerləşən Türkiyə - Rusiya Birgə Monitorinq Mərkəzi atəşkəsi izləyir.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin ( Xankəndi daxil) tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ Müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG