Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 08:29

Azərbaycan şirkəti Gürcüstanı niyə məhkəməyə verib? (Video)


Qafqazın internetə çıxışına nəzarət edəcək Azərbaycan şirkətinin işinə Tbilisidə maneələr var
Gözlə

No media source currently available

0:00 0:14:57 0:00

Qafqazın internetə çıxışına nəzarət edəcək Azərbaycan şirkətinin işinə Tbilisidə maneələr var

Gürcüstanın baş naziri İrakli Qaribaşvilininin Bakıda, prezident İlham Əliyevlə birlikdə mehriban qonşuluğu ifadə edən görüntüləri və bəyanatları yayılsa da, bu iki ölkə arasında son vaxtlar narazılıqlar da olmamış deyil.

Məsələn, əgər Gürcüstan hökuməti imkan versəydi, Azərbaycan şirkəti bütün Qafqaz regionunun, o cümlədən Ermənistanın internet təchizatının əsas hissəsinə nəzarət edəcəkdi.

Amma bir müddət əvvəl Gürcüstan hökumətinin prosesə müdaxiləsi buna mane oldu, nəticədə Azərbaycanın Neqsol Holding adlanan qrupu Gürcüstan hökumətini məhkəmə verib.

Azərbaycanda yerli qeyri-hökumət təşkilatlarından biri - Multimedia Texnologiyaları Mərkəzinin rəhbəri Osman Gündüz deyir ki, Azərbaycanın NEQSOL şirkəti “Rəqəmsal İpək Yolu” və onun bir hissəsi olan “Azerbaijan Digital Hub” proqramı çərçivəsində 2019-cu ildə Gürcüstanın “Caucasus Online” şirkətinin bütün səhmlərini qanuna uyğun olaraq alıb.“Caucasus Online” Qara dənizin dibi ilə 1200 km bir optik xəttə sahibdir.

Gürcüstan hökumətinin blokladığı nəhəng Azərbaycan layihəsi...
Gözlə

No media source currently available

0:00 0:04:00 0:00

Yerevan və Tbilisi narahat olublar

Gündüzün sözlərinə görə, 80% interneti bu xətt üzərindən olan Ermənistan və Gürcüstan bu magistral xəttin Azərbaycanın nəzarəti altına keçməsindən narahat olublar.

Amma daha sonra Gürcüstan hökuməti qanunu dəyişib və şirkətin Azərbaycanın tam nəzarətinə keçməsinə imkan vermir:

“Lakin Gürcüstan hökuməti dərhal hərəkətə keçib, təcili Elektron Kommunikasiyalar haqqında qanunvericiliyə dəyişiklik edib, bu dəyişikliyə uyğun olaraq Gürcüstan hökumətinin nümayəndəsini artıq Azərbaycan şirkəti olan “Caucasus Online”-a qanunsuz olaraq administrator təyin edib. Bundan sonra NEQSOL Gürcüstan hökumətini məhkəməyə verib.”

“Bəlkə də Gürcüstan bu şirkəti Rusiyaya satmaq istəyir”

Gürcüstanda Avropaya inteqrasiyaya dəstək verən qeyri-hökumət təşkilatlarının alyansı – Atlantika Şurasının vitse prezidenti Batu Kutelia AzadlıqRadiosuna deyir ki, ola bilsin, Gürcüstan hakimiyyəti bu şirkəti yenidən bir vaxtlar onunla maraqlanan Rusiya şirkətinə qaytarmaq istəyir. Belə ki, Azərbaycan şirkətindən əvvəl Rusiyanın Vimpelcom şirkəti Caucasus Online-ı ucuz qiymətə almaq istəyirdi, amma Gürcüstan ictimai qurumları buna qarşı çıxdılar:

“Bu təklif çoxlu şübhələr doğurdu. Birinci şərtlərə görə. İkincisi isə strateji maraqlara görə. Bu, Gürcüstanın data təhlükəsizliyini, internetini Rusiyadan asılı qoyardı. Daha sonra bu şirkətin Orta Asiyada korrupsiya qalmaqalı yarandı və proses dayandı. Onun ardınca Azərbaycanın NAQSAL-ı təklif etdi və bu şirkət təmiz şirkət idi. İndi Azərbaycan şirkəti ilə problem də ola bilsin Rusiyaya görə edilir. Bəlkə də Tbilisi Caucasus Online-ı qaytarıb Rusiya şirkətinə satmaq istəyir”.

Batu Kutelia əlavə edir ki, Tbilisinin bu layihəni bloklamasının başqa bir səbəbi isə Gürcüstanın milli təhlükəsizliyi ola bilər:

“Gürcüstan hökumətinin şirkəti geri götürmək və ya müqaviləni dəyişmək istəməsi sadəcə hökumətdəki bürokratların cəhdləri deyil. Bu daha çox, strateji marağın kimin nəzarətində olması məsələsidir. Bu millətçilik və milli maraqlar da ola bilər, amma bütün bunları hökumət gərək əsaslandırsın. Görünən odur ki, suallar daha çoxdur, nəinki cavablar və baş verənlər hamısı çox şübhəlidir”.

Sünikdə Rusiya hərbi bazasının iki məntəqəsi yaradılıb
Gözlə

No media source currently available

0:00 0:02:12 0:00

Və belə bir məqamda…

Bu gün, mayın 5-də Bakıda səfərdə olan Gürcüstanın baş naziri İrakli Qaribaşvilininin bu mövzunu müzakirə edib etməməsi məlum deyil.

Rəsmi Azərtac agentliyinin xəbərində deyilir ki, Azərbaycan prezidenti Gürcüstan liderinə deyib ki, Azərbaycan Gürcüstan iqtisadiyyatında ən böyük investorlardan biridir və bu da Gürcüstan hökumətinin həyata keçirdiyi islahatların nəticəsidir.

“Azerbaijan Digital Hub” proqramı Azərbaycandan keçməklə Asiya və Avropa arasında nəhəng rəqəmsal dəhlizin – Rəqəmsal İpək Yolunun yaradılmasını nəzərdə tutur. Söhbət Çinlə Avropanı birləşdirən dəhlizdən gedir.

Bu layihə Azərbaycanın regionun və dünyanın internet və rəqəmsal mərkəzlərindən birinə çevrilməsini, ölkənin İnternet sahəsində xarici ölkələrdən asılılığının minimuma endirilməsini nəzərdə tutur.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG