Keçid linkləri

Təcili xəbərlər
2021, 16 İyun, çərşənbə, Bakı vaxtı 14:23

Gürcüstanın baş naziri Azərbaycana gəlib


İ.Qaribaşvili və İ.Əliyev

Prezident Gürcüstan baş naziri ilə görüşüb

Azərbaycan prezidenti İlham Əliyev mayın 5-də Gürcüstanın baş naziri İrakli Qaribaşvilini qəbul edib.

AZƏRTAC-ın xəbərinə görə, prezident İ.Əliyev deyib ki, onun koronavirusdan sağalmasına şaddır: "Bu, Sizin Azərbaycana səfərinizin bir az təxirə salınmasının səbəbi idi".

Prezident əlavə edib ki, iki ölkənin enerji və nəqliyyat sahələri üzrə birgə layihələrin icrasının yaxşı tarixi var: "Bu layihələr regionun siyasi, iqtisadi, nəqliyyat və energetika xəritəsini dəyişmişdir. Ölkələrimiz arasında güclü tərəfdaşlıq olmasaydı, bu layihələrin icrası mümkün olmazdı. Ötən ilin sonuncu günü Cənub Qaz Dəhlizi layihəsinin icrasının sonuncu günü idi. Bu layihə təkcə Cənubi Qafqaz regionunda yox, daha geniş Avrasiya regionunda ümumi inkişaf, sabitlik, proqnozlaşdırma, əməkdaşlıq üçün mühüm əhəmiyyət kəsb edir".

O deyib ki, Azərbaycan Gürcüstan iqtisadiyyatında ən böyük investorlardan biri olmağa davam edir: "Bu da, həmçinin çox müsbət və əlverişli investisiya mühitinin yaradılmasında Sizin hökumətinizin həyata keçirdiyi islahatların yaxşı göstəricisidir. Bilirəm ki, daha da çox Azərbaycan şirkəti sizin ölkənizdə çalışmaq istəyir və əminəm ki, bu, baş verəcək. Bu gün biz, əlbəttə ki, nail olduqlarımızı nəzərdən keçirəcəyik və gələcək addımlarımızı planlaşdıracağıq".

İlham Əliyev Tbilisiyə dəvət edilib

Baş nazir İrakli Qaribaşvili isə deyib ki, Azərbaycan və Gürcüstan bir-birinə çox bağlıdır: "Bir daha mənim başçılıq etdiyim nümayəndə heyətini burada, Bakıda qəbul etdiyiniz üçün Sizə minnətdarlığımı bildirmək istəyirəm. Mən fürsətdən istifadə edərək Sizin üçün münasib vaxtda bizi Tbilisidə ziyarət etmək üçün Sizi səfərə dəvət etmək istərdim".

+++

Gürcüstanın baş naziri İrakli Qaribaşvili mayın 5-də Azərbaycana gəlib.

AZƏRTAC-ın xəbərinə görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Bakı Beynəlxalq Aeroportunda Gürcüstanın baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Qaribaşvilini hava limanında Azərbaycanın baş nazirinin müavini Əli Əhmədov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Qaribaşvili prezident İlham Əliyevlə görüşməlidir. Onun baş nazir Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova ilə də görüşləri planlaşdırılıb.

XS
SM
MD
LG