Keçid linkləri

Təcili xəbərlər
2021, 13 May, Cümə axşamı, Bakı vaxtı 04:30

G7 nazirləri vaksin paylaşmağı götür-qoy edəcəklər


Londonda G7 toplantısı

Mayın 5-də zəngin demokratik ölkələrin Böyük Yeddilər (G7) qrupu koronavirusa qarşı vaksinləri müzakirə edəcəklər. Daha yoxsul ölkələrlə vaksin paylaşmaqdan ötrü onlara böyük təzyiq göstərilir.

Britaniya, Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya və Birləşmiş Ştatların diplomatları COVID-19 pandemiyası, digər qlobal problemlər üzrə danışıqlar aparacaqlar. Londonda üçgünlük danışıqlar bu gün bitir.

Dünya Səhiyyə Təşkilatının (DST) COVAX sxemi vaksinlərin bölüşdürülməsi üçün yaradılıb.

Birləşmiş Ştatlar COVAX-a 4 milyarddan çox vəsait boyun olub, ötən həftə Hindistana 100 milyon dollarlıq ləvazimat göndərib. Gündə 300 mindən çox yoluxmanın qeydı alındığı Hindistan ikinci dalğa ilə mübarizə aparır.

Amma Prezident Co Bayden administrasiyası vaksinlərin daha ucuz başa gəlməsi üçün mülkiyyət hüquqlarını yumşaltmaq çağırışlarını gözardı edib.

Britaniyanın Xarici işlər naziri Dominik Raab COVAX-ın vacibliyini vurğulasa da, “ölkədə artıq qalan təchizatla neyləməyə” dair sualların olduğunu söyləyib.

DST bildirir ki, dünyada böyüklərin əksəriyyətinin peyvənd olunmasından ötrü gələn il 35-45 milyard dollar əlavə vəsait lazım olacaq.

Şərhlər

XS
SM
MD
LG