Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:59

Daha üç əsirin Ermənistana verildiyi bildirilir


Arxiv fotosu
Arxiv fotosu

AzadlıqRadiosunun Erməni xidməti Azatutyun yazır ki, mayın 4-də Bakıdan Yerevana daha üç əsir gətirilib.

Onları gətirən təyyarə Erebuni hava limanında yerə enib.

Ermənistan baş naziri müavininin əvəzi Tiqran Avinyan bu barədə mətbuata açıqlama verib:

“ATƏT-in Minsk qrupunun həmsədrlərinin səyləri və getdikcə artan beynəlxalq təzyiq nəticəsində Azərbaycan üç erməni hərbi əsirini qaytarıb. Biz çox ümid edirik ki, bu proses tezliklə məntiqi inkişaf kəsb edəcək və tezliklə başa çatacaq”.

Azatutyun yazır ki, bundan əvvəl erməni əsirlərin qaytarılması barədə Azərbaycan mediası xəbər verib.

Azərbaycan (son məlumat nəzərə alınmazsa – red) indiyədək Ermənistana ümumilikdə 69, Ermənistan isə Azərbaycana 16 əsir qaytarıb.

Azərbaycan tərəfi bildirir ki, Azərbaycanda saxlanan şəxslər 9 noyabr atəşkəs razılaşmasından sonra Azərbaycanın nəzarətində olan ərazidə tutulublar və Bakı onları qanuni hərbi əsir yox, “terrorçu” hesab edir.

Mayın 4-də Ermənistan tərəfinə əsirlərin verilməsi barədə hələki rəsmi açıqlama yoxdur.

Xatırlatma

Atəşkəs razılaşmasının 8-ci bəndində hərbi əsirlərin qaytarılması nəzərdə tutulur. Azərbaycan indiyədək qarşı tərəfə hərbi əsirlərin hamısını qaytardığını, hərbi əməliyyatlar bitəndən sonra saxlananların isə əsir deyil, “terrorçu” olduğunu bildirir.

Avropa İnsan Hüquqları Məhkəməsi martın 16-da 72 erməninin Azərbaycanda olduğunu, Azərbaycan hökumətinin də onların saxlandığını təsdiqlədiyini bildirib.

Xarici işlər naziri Ceyhun Bayramov isə martın 15-də bir daha bəyan edib ki, Azərbaycan bütün hərbi əsirləri qarşı tərəfə qaytarıb, digər saxlananlar üçtərəfli atəşkəs bəyanatı imzalanandan sonra - 26 noyabrda Azərbaycanın işğaldan azad olunmuş ərazisinə Ermənistanın Şirak vilayətindən gələnlərdir:

"Həmin şəxslər terror əməlləri törədilib, onlar barəsində Azərbaycanda istintaq əməliyyatları davam etdirilir".

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG