Keçid linkləri

Təcili xəbərlər
2021, 15 May, şənbə, Bakı vaxtı 07:18

‘Qırmızı kitab’a düşən heyvanlara görə cərimələr artırılıb


“Qırmızı kitab”a daxil edilmiş balıq, su məməliləri və su onurğasızları növlərinə görə tətbiq edilən cərimələr artırılıb.

Bununla bağlı baş nazir Əli Əsədov mayın 3-də “Balıq və digər su bioresurslarından istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq edilmə qaydaları və balıq və digər su bioresurslarının qeyri-qanuni ovuna cərimələr”ə dəyişiklik edilməsi barədə qərar imzalayıb.

Qərara əsasən, cərimənin məbləği 275 manata yüksəldilib. Əvvəl bu məbləğ 250 manat müəyyən edilmişdi.

Eyni zamanda, “Qırmızı kitab”a düşən balıq, su məməliləri və su onurğasızları növlərinə daxil olan canlıların sayı da artırılıb.

Kələmo, dəniz sıfı, poru, zərdəpər, Xəzər qızılbalığı, qılıncbalıq, Şirvan külməsi, Xəzər şirbiti, Pilzov çay xərçəngi, Xəzər suitisi və qızıl xallı balıq növlərini ovlayanlar da 275 manat cərimə ediləcək.

Əvvəllər “Qırmızı kitaba” daxil edilmiş kələmo, dəniz sıfı, poru, ilanbalığı, qızıl xallı balıq növlərini ovlayanlar cərimə edilirdi.

Habelə “Heyvanlar aləmindən istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq edilmə qaydaları və qeyri-qanuni heyvan ovuna cərimələr”ə də dəişilik edilib.

Məsələn bir baş ceyran, maral, muflon, bezoar keçi, qarapaça vurulmasına görə, cərimə 55 manata qaldırılıb. Əvvəl isə bu 50 manat olub.

Şərhlər

XS
SM
MD
LG