Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:13

İŞİD-lə əlaqədə ittiham olunan 11 azərbaycanlıya 49 il həbs cəzası kəsildi


Terrora dəstək, İŞİD-ə yardım kimi əməllərdə ittiham edilən 11 azərbaycanlının məhkəməsi başa çatıb.

Mayın 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində onlara hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən şəxslərdən Samir Qurbanov 8 il, Amil Həsənov, Əflatun Bayramov, Babək Məmmədlinin hər biri 7 il, Tehran Qasımov 5 il azadlıqdan məhrum edilib.

Daha 6 nəfərin hər birinə 2 il 6 ay həbs cəzası kəsilib. Onlar CM-in 167-3 (dini ekstremist materialları hazırlama, saxlama, yayma), 28,214.2.6 (dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində terrora hazırlıq), 218 (cinayətkar birlik yaratma), 228 (qanunsuz silah saxlama) və başqa maddələrilə təqsirli bilinib. Amma hamısına münasibətdə CM-in 62-ci (cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi) maddəsi tətbiq olunub.

Hökmdən əvvəl təqsirləndirilən şəxslər son söz üçün məhkəmədən vaxt istəyiblər. Lakin Səbuhi Hüseynovun sədrlik etdiyi hakimlər kollegiyası onlara vaxt verməyib. Bu da onların kəskin etirazına səbəb olub.

“Bu qədər ağ yalan, bu qədər ədalətsizlik olmaz...”

Hökm oxunarkən təqsirləndirilən şəxslər başlarını saxlandıqları kabinənin şüşələrinə vurublar. Penitensiar Xidmətin əməkdaşları onlara güc tətbiq edib.

Vəkillər bildirib ki, hökm əsassızdır, ittihamlar məhkəmədə sübuta yetirilməyib. Müdafiəçilər hökmdən apellyasiya şikayəti verəcəklər:

“Mən özüm 25 il təhlükəsizlik orqanında işləmişəm. Açıq-aydın görünür ki, bu iş quramadır. Mənim oğlum haqqında yazıblar ki, guya, 2016-2017-ci illərdə Suriyaya gedib-gəlib. Pasportu ortadadır, gedib-gəlibsə hanı möhürlər? Bu adam ora gedibsə, üç ölkənin – Azərbaycan, Gürcüstan, Türkiyənin ərazisindən keçib. Bu qədər ağ yalan, bu qədər ədalətsizlik olmaz...” - Babək Məmmədlinin atası Rəşid Məmmədov AzadlıqRadiosu-na bildirib.

Təqsirləndirilən şəxslər və onların valideynləri ittihamların saxta olduğunu, Azərbaycanın xüsusi xidmət orqanlarının terrora qarşı mübarizə görüntüsü yaratmaq üçün onları həbs etdiklərini bildirirlər.

XS
SM
MD
LG