Keçid linkləri

Təcili xəbərlər
2021, 15 May, şənbə, Bakı vaxtı 00:02

Bill Geyts boşanır


Bill və Melinda Geytslər

Microsoft şirkətinin banisi və milyarder xeyriyyəçi Bill Geyts bəyan edib ki, o və arvadı Melinda 27 illik izdivaca son qoymaq qərarına gəliblər.

65 yaşlı Geyts Twitter postunda yazır ki, bu qərarı “uzun düşüncələrdən və münasibətlər üzərində xeyli işdən” sonra qəbul ediblər.

Sietl doğumlu Geyts ailəsi və üç övladı üçün “sakitlik və şəxsi həyatına ehtiram” istəyib.

Microsoft şirkəti və onun Windows proqramı Geytsi 1987-ci ildən bəri Forbes jurnalının zənginlər siyahısında saxlayıb.

O az qala iki onillik ərzində dünyanın ən varlı insanı sayılıb.

Geyts həyatını tamamilə xeyriyyəçiliyə həsr etmək üçün 2014-cü ildə Microsoft şirkətinin sədrliyini, 2020-ci ildə isə şura üzvlüyünü tərk edib.

Onun və xanımının yaratdığı “Bill And Melinda Gates” fondu xeyriyyə işlərinə milyardlarla dollar xərcləyib.

Şərhlər

XS
SM
MD
LG