Keçid linkləri

2024, 20 May, Bazar ertəsi, Bakı vaxtı 08:18

'Qol gücünə bütün binanı götürmək düzgün deyil'


Sahibkarların aksiyası. 3 may 2021
Sahibkarların aksiyası. 3 may 2021

Bakıdakı "Jasmin" biznes mərkəzində obyektlər almış sahibkarlar indi ora daxil ola bilmirlər. Səbəb də budur ki, 7-mərtəbəli binanı inşa etdirmiş "Mars-M" firmasının rəhbəri Mərhəmət Bəşirov vaxtilə o tikilini banka girov qoyaraq kredit götürüb. Kredit də qaytarılmadığından əmlak müsadirə olunub. Bəşirov özü də hazırda həbsdədir. O, CM-in 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə 11 il həbsə məhkum edilib.

Paytaxtın Səməd Vurğun küçəsi-120 ünvanında yerləşən "Jasmin" biznes mərkəzindən 20-dən artıq sahibkar obyekt aldığını deyir. Əllərində bunu təsdiqləyən sənədlər də var.

Sahibkarların gileyi

Sahibkar İlqar Məhərrəmov AzadlıqRadiosuna bildirib ki, o, əmlakı 2009-cu ildə - hələ tikinti gedə-gedə alıb. Bina isə 2015-ci ildə girov qoyulub. Binanın girov qoyulmasından da onun və başqa obyekt sahiblərinin xəbəri olmayıb: "Binanın 16 min kvadratmetri girov qoyulub, amma ümumi sahə 22 min kvadratmetrdir. Bizim banka iradımız yoxdur. Amma deyirik ki, bizim də sənədlərimiz, hüquqlarımız tanınsın. Qol gücünə bütün binanı götürmək düzgün deyil".

Sahibkarların sözlərinə görə, binanın girişindəki mühafizəçi onları içəri buraxmır.

"İkinci mərtəbədə 144 kvadratmetrlik obyekt almışam, təmir də elətdirmişəm. Əlimdə açar ola-ola əmlakımdan istifadə edə bilmirəm. Məcbur olub başqa yerdə icarəyə obyekt götürmüşəm", - bunu isə Natəvan Bağırova deyir.

'Əlimdə 40 minlik mal qalıb': Sahibkarlar ziyanda
Gözlə

No media source currently available

0:00 0:04:14 0:00

"Xalq Bank"dan AzadlıqRadiosuna bildirilib ki, hazırda bu mübahisə ilə əlaqədar məhkəmə prosesi gedir: "İndiki mərhələdə heç bir şərh verə bilmərik".

Mərhəmət Bəşirovun atası Bəşir Bəşirov Azərbaycan Texniki Universitetinin prorektoru olub. Onun rəhbərlik etdiyi şirkət Bakıda çoxmərtəbəli binaların tikintisi ilə məşğul olub,

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG