Keçid linkləri

Təcili xəbərlər
2021, 13 May, Cümə axşamı, Bakı vaxtı 05:08

Əfqanıstanda 100-dən çox silahlı öldürülüb


Əfqan əsgərlər, Qəzni vilayəti, 2 may, 2021-ci il

Talibanın hücumlarında azı 15 Əfqanıstan əsgəri öldürülüb. Qərbi Farah vilayətinin valisi Tac Məhəmməd Cahid bir gün öncə ordunun nəzarət məntəqəsinə hücumda azı 7 əsgərin öldürüldüyünü bildirib.

Taliban həmin hücuma görə məsuliyyəti götürüb, məntəqədən silah müsadirə etdiyini bildirib.

Herat vilayətində isə 100-dən çox talibançı bomba qoyulmuş iki maşını partladaraq hücuma keçiblər. Hücum zamanı təhlükəsizlik qüvvələrinin səkkiz üzvü öldürülüb, dörd nəfər yaralanıb.

***

Əfqanıstanın Müdafiə Nazirliyi son iki gündə Talibanla döyüşlərdə 100-dən çox silahlının öldürüldüyünü bildirir. Daha 52 talibançı isə yaralanıb. Nazirlik hökumət qüvvələrinin itkiləri haqda açıqlama verməyib.

Toqquşmalar bir neçə vilayətdə, o cümlədən yaraqlıların keçmiş istehkamı Qəndəharda baş verib. ABŞ ordusu mayın 1-də həmin əraziyə “dəqiq zərbələr” endirildiyini bildirib və əsgərlərini çıxarmağa başlayıb.

Taliban isə döyüşlər haqda informasiya yaymayıb.

Tərəflər arasında 20 illik münaqişəni bitirmək üzrə danışıqlarda durğunluq yarandıqca zorakılıq da artıb.

ABŞ ordusu mayın 1-dən bu ölkədə qalan əsgərlərini çıxarmağa başlayıb. Prezident Co Bayden ötən ay bununla bağlı göstəriş verib. Prosesin ABŞ-da 11 sentyabr terrorunun 20-ci ildönümünədək başa çatacağı gözlənir.

Şərhlər

XS
SM
MD
LG