Keçid linkləri

Təcili xəbərlər
2021, 13 May, Cümə axşamı, Bakı vaxtı 23:20

ABŞ və NATO qoşunları Əfqanıstandan çıxır


Əfqanıstandakı ABŞ qoşunları, arxiv foto

Ağ Ev və Pentaqon səlahiyyətliləri şənbə günü ABŞ və NATO-nun rəsmi olaraq mayın 1-dən Əfqanıstandan qoşunlarını geri çəkməyə başladığını açıqlayıb.

Əfqanıstanda olan 2500-3500 ABŞ əsgəri və təxminən 7000 NATO əsgərinin yayın sonuna qədər ölkəni tərk edəcəyi gözlənilir.

Son həftələrdə ordu artıq Əfqanıstandan avadanlıq çıxarmağa başlayıb. Əvvəllər ABŞ və Taliban nümayəndələri tərəfindən bağlanmış müqaviləyə uyğun olaraq, xarici qüvvələr 1 may tarixinə qədər Əfqanıstandan çıxmalı idilər. Lakin ABŞ Prezidenti Co Bayden hərbi mövcudluğun çox sərt bir şəkildə azalmasının Amerikalı və müttəfiq kontingenti təhlükə altına qoyacağını əsas gətirərək bu müddəti təxirə salıb.

"Amerikanın Səsi"-nə görə, müttəfiq qüvvələrin geri çəkilməsi müharibə şəraitində olan ölkədə yeni bir qeyri-müəyyənlik dövrü açır.

Bir NATO rəsmisi birliklərin geri çəkilməsi zamanı Taliban hücumlarının olasılığından danışarkən bu hücumlara qətiyyətlə cavab veriləcəyini deyib.

Əfqanıstanın daxili işlər naziri vəzifəsini icra edən Hayatullah Hayat aprelin 30-u axşam polisə təhlükəsizlik tədbirlərini sərtləşdirməyi əmr edib.

Daha əvvəl Loqar əyalətinin inzibati mərkəzi olan Puli Alamda bir avtomobilə qoyulmuş bomba nəticəsində ən az 26 nəfər ölüb və yüzdən çox adam yaralanıb. Hücumun məsuliyyətini heç bir qruplaşma öz üzərinə götürməyib.

Şərhlər

XS
SM
MD
LG