Keçid linkləri

Təcili xəbərlər
2021, 14 May, Cümə, Bakı vaxtı 00:14

Türkiyə müdafiə sənayesinin nümayəndə heyəti ilə görüş olub


Türkiyə bayrağı

Aprelin 30-da Azərbaycan Müdafiə naziri Zakir Həsənov Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri İsmail Demirin rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti ilə görüşüb.

Azərbaycanda gerçəkləşən bu görüş barədə bu ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, görüşdə Türkiyənin “STM”, “ROKETSAN”, “HAVELSAN” şirkətlərinin və “ASELSAN-Bakı” ofisinin rəhbər heyətləri də iştirak edib.

Açıqlamaya görə, görüşdə Azərbaycan-Türkiyə ikitərəfli hərbi-texniki əməkdaşlığının aktual məsələləri müzakirə edilərək iki ölkə arasında yeni birgə layihələrin həyata keçirilməsi yolları müəyyən edilib.


Azərbaycan bir sıra ölkələrlə ( Rusiya, İsrail, Pakistan, Belarus) yanaşı Türkiyə ilə də hərbi-texniki sahədə əməkdaşlıq edir.

XS
SM
MD
LG