Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:20

Moskvadakı ABŞ səfirliyi ixtisara gedir


Moskvada ABŞ səfirliyi
Moskvada ABŞ səfirliyi

“Rusiya hökumətinin hərəkətləri nəticəsində konsulluq fəaliyyətimizi 75 faiz azaltmağa məcbur qalmaqdan təəssüflənirik, ABŞ vətəndaşlarına mümkün qədər çox xidmət göstərəcəyik”, – səfirlik bəyanatında qeyd edir

Birləşmiş Ştatların Moskvadakı səfirliyi konsulluq xidmətlərinin sayını azaltdığını bildirir. Səbəb Rusiyanın yerli vətəndaşların işə götürülməsinə limit qoymasıdır.

“Mayın 12-dən başlayaraq Moskvadakı ABŞ səfirliyi konsulluq xidmətlərini məhdudlaşdıracaq, yalnız ABŞ vətəndaşlarına təcili xidmət göstərəcək, çox məhdud sayda yaşlılara, həyat, yaxud ölüm kimi fövqəladə hallarda immiqrant vizaları verəcək”, – səfirlik aprelin 30-da bəyanatında deyib.

Vizaların verilməsi məhdudlaşdırılır

Səfirlik yada salır ki, Rusiya hökuməti aprelin 23-də bu ölkədəki ABŞ missiyasına əcnəbiləri işə götürməyi qadağan edəcəyini açıqlayıb. “Qeyri-diplomatik səyahət üçün qeyri-immiqrant vizasının verilməsi dayandırılacaq”, – məlumatda deyilir.

Prezident Vladimir Putin ötən həftə imzaladığı qanunla xarici diplomatik missiyalar və digər agentliklərdə işləyən yerli əməkdaşların sayını məhdudlaşdırıb. Rusiya hökumətinə göstəriş verilib ki, məhdudiyyətlərə məruz qalacaq “qeyri-dost” ölkələrin siyahısını hazırlasın.

Vaşinqton və Moskva arasındakı gərginlik yeni fazaya daxil olub. Ağ ev kiberhücumlar, seçkiyə müdaxilə, Əfqanıstandakı ABŞ əsgərlərinə təhdidlərlə əlaqədar sanksiyalar tətbiq edib.

Konsulluq fəaliyyəti 75 faiz azalır

Kremlin tənqidçisi Aleksey Navalnının zəhərlənməsi və həbsi, Rusiyanın Ukraynanın şərqində və Krımdakı hərbi fəaliyyəti, Rusiyanın 2014-cü ildə Çexiyada silah anbarının partlayışında iddia olunan rolu durumu daha da mürəkkəbləşdirib.

“Rusiya hökumətinin hərəkətləri nəticəsində konsulluq fəaliyyətimizi 75 faiz azaltmağa məcbur qalmaqdan təəssüflənirik, ABŞ vətəndaşlarına mümkün qədər çox xidmət göstərəcəyik”, – səfirlik bəyanatında qeyd edir. Səfirlik Rusiyada təcili xidmətlərin göstərilməsində “yubanmanı, məhdudlaşmanı” istisna etmir, çünki əməkdaşların Rusiyadan kənara səyahət etmək imkanları daralır.

Qurum Rusiyadakı ABŞ vətəndaşlarını Rusiya hökumətinin qoyduğu son tarixi – iyunun 15-ni diqqətə almağa çağırır. Həmin tarixdə vizaların, yaşayış izni və immiqrasiya sənədlərinin müvəqqəti uzadılma müddəti bitir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG